image_pdfimage_print

29 oktyabr Bakıda 28 Cinemada Sinan Erginin master-klassları olacaq. Təşkilatçılar təbii ki, Sizin Marketinq AİR olacaq. Hamınızı 28 Mall-da gözləyirik! Biletləri burada onlayn ala bilərsiniz.

Yalnız bir gün iki çox vacib mövzu: marketinq və liderlik istiqamətində Sinan bəyin təlimləri olacaq. Bu toplantıda mənimdə dəyərli marketoloqlarımıza, dəyərli dostlarımıza dəyəcəklərim olacaq. Söz verirəm heç eşitmədiyiniz, heç bilmədiyiniz bəzi yeniliklərlə Sizləri tanış edəcəyik.

Biz Azərbaycanda ilk dəfə Milli Marketinq forumu təşkil etdiyimiz zaman, yerli marketoloqlara “hədiyyə” olaraq Sinan bəyi Bakıya dəvət etmişdik. Sinan bəydən dostlarımız çox məmnun qalmışdı və bu dəfə biz yenidən Sinan Ergini Bakıya dəvət etmişik.

Ölkədə marketinq gündən-günə inkişaf edir. Artıq 4P və 4C kimi terminlərlə heç kimi təəcübləndirmək mümkün deyil. Onun yerinə daha kreativ, daha sistemli və daha yenilikçi marketinq metodları lazımdır. Biz bu tezisi ölkə marketoloqlarına, dostlarımıza maksimum çox aşılamaq istəyirik.

Marketinq bugün bir dissiplina, bir funksiya, bir peşə kimi deyil, həyat tərzi kimi meydana çıxır. Marketinqlə məşğul olmaq üçün marketoloq olmağa ehtiyyac yoxdur və ya başqa cürə desək, marketinqlə yalnız marketoloqlar məşğul olmur. Bizim həyatımızın hər bir anında bizə marketinq, brendinq lazımdır. Biz bu istiqamətdə 29 oktyabrda Sizinlə ətraflı söhbət edəcəyik.

Tədbir iştirak etmək üçün 28 Cinema kassalarından artıq biletləri ala bilərsiniz. Həmçinin “intelektual” dostlarımız üçün mən onlayn alış “yolunuda” göstərirəm. Bilətlərin qiyməti son dərəcə aşağı təyin etmişik. Səbəb?! Səbəb çox sadədir – bu bizim üçün əsas biznes deyil. Biz ölkədə marketinq səviyyəsini qaldırmaqla daha çox pul qazanmağı hədəfləyirik. Bizə çoxlu güclü marketoloqlar lazımdır.

Marketinq AİR olaraq biz seçdiyimiz yolda sağa-sola baxmadan hərəkət edirik. Məqsədimiz hamı üçün aydındır, hədəflərimiz hamıya açıqdır. İstər Marketinq AİR təlimləri, istər FMR TV, istər Milli Marketinq Forumu, istər 29-da ediləcək Master-Klass istərsədə daha sonra düşündüyümüz sensasiya olacaq layihələrlə Azərbaycanımızda Marketinqi, Biznesi, intelektual idarəetməni inkişaf etdirmək üçün damcı-damcıda olsa işlər görürük. Dostlar ayağımız qazdadır!

Bizimlə bu istiqamətdə hərəkət edən butün dostlarımıza buradan bir daha çox sağ ol deməyi borc bilirəm. Sağ olun ki, bizim yanımızdasız. Sağ olun ki, Azərbaycanı bizdən daha çox sevirsiniz. Sağ olun ki, bizim kimi düşünür, bizim ki marketinq inkişafına çalışırsınız…. hələ bu harasıdır…

… Xəyal deyil gerçəkdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Yəni bu adamın – S.Erginin nitqini qələmə almalı. Azərbaycandakı bütün ali məktəblərdə, orta məktəblərdə Marketing-biznes yönümlü oldu olmadı hər kəsə fəsil-fəsil oxutdurmalı. Bu cür insanları Bakıda görmək onlardan biznes və həyat dərsi dinləmək biz gənclər üçün çox önəmlidir. Bu cür imkanları yaratdığınız üçün sizə şəxsən minnətdarlığımı bildirirəm.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close