image_pdfimage_print

Bugün dostlarımız Anar və Rafiq müəllimlərlə Ulduz şokolad fabrikində tanışlıq məqsədi ilə görüşümüz oldu. Dostlar Sizə səmimi deyirəm, çox sevindim. Çox sevindim ki, bugün Azərbaycanımızın belə güclü şirkətləri yaranır və ən əsası… belə şirkətlər marketinq, brendinq kimi məsələlərə diqqət ayırır. Bu məsələləri müzakirə edirlər.

Ulduz şokalad fabrikində tanışlıqdan danışmazdan əvvəl, şirkətin CEO-su dostumuz Vusal müəllim barədə məlumat verməliyəm. Sektorunu, şokolad bazarını, ümumi menecment prinsiplərini dərin bilməklə yanaşı Vusal müəllimin brendinq fəaliyyətini verdiyi diqqət məni çox sevindirdi. Demək ki, xoşbəxt gələcək yavaş-yavaş gətirilir!

Fabrikdə olan ümumi ab-hava işçilərin bir-birləri ilə davranışları sözün həqiqi mənasında mükəmməl edi. Belə davranışları mən xarici şirkətlərdə çox görmüşəm. Amma bizim yerli şirkətlərdə belə mühitin olması, xəbər verirdi ki, şirkətdə personalla iş düzgün və sistemli aparılır. Bu məni sevindirirdi.

Ümumiyyətlə mən hesab edirəm ki, yerli brendlərimizin güclənməsinin yeganə yolu, şirkətlərin xarici bazarlara açılmasıdır. Azərbaycan bazarı həm həcmi, həmdə rəqabət səviyyəsinə görə çox təəsüf ki, güclü brend (brendlər) yetişdirə bilmir. Mən Ulduzun bir brend olaraq möhkəmlənməsində bir mənalı olaraq 20-ən çox ölkədə fəaliyyət göstərməsini görürəm. Təsəvvür edin, Ulduz brendi dünyanın 24 ölkəsinə ixrac edilir. Azərbaycan brendi!!!

Şirkətdə keyfiyyət prosesinə qoyulan investitsiyalar, işçi personalının treninq budcəsi, brendinq fəaliyyəti üçün alınan məsləhətlər bir daha Ulduz brendinin bazar lider olması səbəblərini ortaya qoyur. AMMA və LAKİN…

Biz bilirik ki, güclü brend qurmaq yalnız yaxşı istehsal, yaxşı idarəetmə ilə deyil həmdə sistemli brend inkişaf və marketinqlə mümkündür. Bugün Mars kimi, Lindt kimi, Ülkər kimi, Roshen kimi dünya nəhənglərinin uğuru heçdə istehsal prosesində deyil. Brendinq 21-ci əsrdə biznes üçün ən əhəmiyyətli vasitədir. Biz düşünürük ki, bu istiqamətdə Ulduz şokolad şirkətidə bəzi addımlar atmalıdır. Daha konkret desək aşağıdakı addımlar mütləqdir:

  1. Butün dünyada pərakəndəçi brendlər məhsul brendlərinin üstünə keçir. Pərakəndəçi brend daha güclüdür. Ulduz şokoladları brendiq fəaliyyətinin güclənməsi mütləq şəhərin prestijli yerlərində ən azı 3 mağaza açmalıdır. Bununla brend assosasiyalar müşləriləri düzgün çatdırılacaq və brendə emosional dəyərlər qatılacaq. Dünyada bunu şokolad sektorunda Lindt, Roshen kimi brendlər son dərəcə uğurla həyata keçirirlər.
  2. Dünyanın 20-ən çox ölkəsinə idxal edən brend mütləq qaydada özünü qlobal səviyyədə göstərməlidir. Brend kommunikasiyalarda Azərbaycanın qlobal brendi önə çıxarılmalıdır. Necə deyərlər, yerli bazarda – qlobal, xarici bazarda – lokal davranmaq lazımdır. Bu Ulduz brendinin kommunikasiyası daha böyük güc qatacaq. Bu haqda biz Sizinlə söhbət etmişdik, yerli istehsal sindromunu reklamla qırmaq olar.
  3. Daxili bazarda və post-sovet ölkələrində (əsasən, Rusiya, Kazaxstan, Gürcustanda) sistemli marketinq (brendinq) fəaliyyətinə başlamaq. FMCG sektorunda brendinq etməyin birinci yolu əlbətdə ki, düzgün dsitribyusiyanın qurulmasıdır. Lakin bu olduqdan sonra artıq birinci həqiqət anı, yəni reklamlara ciddi ehtiyyac var. Ulduz olaraq xarici bazarlada reklamlar etmək vacibdir. Bunun birinci mərhələdə ən düzgün yolu hava limanlarıdır. Brend mütləq qlobal səviyyədə görünməlidir.

Mən hesab edirəm ki, Ulduz şirkətində olan menecment komandası bu məsələləri daha düzgün və sistemli şəkildə həyata keçirəcək. Biz tezliklə öz Marketinq AİR dərslərində milli brendlərimiz haqda danışanda keys kimi Ulduz brendindəndə danışaceyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. Bu cox sevindirici haldir ki, Azerbaycanda istehsal bele vuset alir. Arzumuz budur ki, faliyetde olan ve olmayan fabrik ve zavodlar gelecekde butun gucleri ile islesinler. Ve simaldan gelen vetndaslarimiza destek olsunlar onlari is yerleri ile temin etsinler. Metbuata esasen onalrin esas derdi Azerbaycan da is yerlerinin az olmasidir. Statistikaya gore Rusiyada 2,000,000 Azerbaycanli yasiyir onlar olkemize ilde 1 Milyard Dollar pul goderirler. Mene ele gelir parakendelik zamani bitdi. Indi biz bir millet kimi teskilatlanmaliyiq ve boyuk sirketler yaratmaliyiq ve cur be cur olkelerin bazrlarina cixmaliyiq. Bu 1 milyard dollari biz Rusiyaya ilde mehsul ixracindanda qazana bilerik.

    • Elbetde SIzinle tam raziyam Rusiya Azerbaycan istehsalcilarinin boyumesi ucun yegane shansdir. Bizim bazarin hecmi qlobal shirket yetishdirmek ucun kifayet etmir. Amma nezere almaliyig Rusiya bazari ozu son derece cetin ve regabetli bazardir. Sohbet BRIC olkelerini daxil olmush bir eraziden kecir ve dunyanin butun qlobal brendleri bu bazardan pay almag isteyir.

      Eyni zamanda Rusiya bazarinda ishlemek ucun neyin ki, mushteri davranishlari, rus mentaliteti hemcinin olkenin corafi xususiyyetlerini basha dushmek shertdir.
      Bloqu bele diggetle oxudugunuz ucun cox sag olun, Ilgar muellim.

  2. Ilkin muellim sizinle tam raziyam Rusiya bazari boyuk bazardir hemde ac bazardir. Ora ne ixrac etsen satilacaq. Cunki indiye qeder neften elde olunan gelir var. Amma umimiyetle yaxsi olardi ki, gelecekde bizim sirketler hemde dunyanin diger bazrlarina cixa bilsinler. Bizim dovlet ABS ile azad ticaret razilasmasi elde etse bu bizim sirketler ucun cox elverisli olardi. Haminin bildiyi kimi Alman, Yapon ve Cenubi Koreya sirketlerinin inkisaf anatomiyasinin esasida ele budur.

  3. […] – Araz. Azersun şirkəti, eyni şəkildədə Veyseloğlu yerli istehsalçı olaraq Azərbaycan bazarında bir çox kateqoriyalar üzrə tam olaraq bazar […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close