image_pdfimage_print

Vabi-Sabi gədim yapon fəlsəfəsi olsada bugün ki, biznes mühitində mükəmməl alət kimi çıxış edə bilər. Çox zaman aşırı mükəmməllik, mükəmməlliyi məhv edir. Tanıdığım bir çox böyük şirkətlərdə “perfektsionizm” böyük problemlər yaratdığının şahidi olmuşam. Vabi-Sabi adlanan yapon fəlsəfəsinin əsas postulatlarından biri bu haqdadır: Əsil mükəmməllik məhz təbii olmaqdır. Biznesdə, şəxsi həyatda və cəmiyyətdədə belədir. Bu yazıda Sizə vabi-sabi nəzəriyyəsi barədə danışacam.

Təbii olan şeylərdə gözəl olmayan ləkələr və ya əyriliklər olur. Məsələn bahalı dəridən olan qış geyimlərinin bir çoxunda heyvanın bədən quruluşu açıq şəkildə hiss edilir. Bu ləkəli olur. Buna baxmayaraq məhz bu ləkələrə görə lüks seqmentdə olan insanlarla belə geyimlərə 5 rəgəmli qiymət ödəyirlər. Əgər tam təbii olan məhsullara diqqət yetirsəniz onların hər birinin süni alternativləri ilə müqayisədə daha “pis” göründüyünün şahidi olarsınız. Amma biz hamımız təbii məhsullara üstünlük veririk. Səbəb?! Səbəb çox sadədir axı, biz mükəmməllik axtarmırıq və ya mükəmməllik qusurlardadır.

Mənim bloqumda 10-larla hərf səhvləri, səhv qrammatik cümlələr olur. Buna baxmayaraq bizim bloqun oxucuları gündən-günə artır. Mən bu bloqda mükəmməlliyi çalışmıram. Sadəcə əmin olduğum və mənim xasiyyətimə, biznes görüşlərimə uyğun olduğu mövzular barədə yazıram. Biz axı özümüzü Sizə göstərmirik. Biz necə varıq elə o formada Sizinlə söhbət edirik. Bəlkə buna görədə “İlkin Manafovun bloqu” belə oxunaqlıdır?!

Azərbaycanda yəgin ki, 1o-larla güclü və savadlı marketoloqlar var. Buna baxmayaraq bizim verdiyimiz konsaltinq xidmətlərinə böyük təlabat var. Biz şirkətlərə hansısa bir mükəmməl strateqiya və ya geyri-adi fikir vermirik – sadəcə biznesin inkişafı üçün düzgün hesab etdiklərimizi tətbig etməyə çalışırıq. Bəlkədə buna görə bizim göstərdiyimiz konsaltinq xidmətlərinə bazarda təlabat böyükdür?! Bizim qiymətlərimiz ortalama bazar qiymətlərindən daha bahadır.

Vabi-Sabi nəzəriyyəsinə görə sadəlik – gözəllik sözünün sinonimidir. Biz bununla tamamiylə razıyıq. Ümumiyyətlə biznesdə, marketinqdə uğur qazanmaq üçün hər şeyi maksimum sadələşdirmək lazımdır. Müştərilər, insanlar bilmədikləri şeylərdən qaçırlar. Bu baxımdan ən gəliz məhsulları belə müştəri üçün sadə, istifadəyə asand vəziyyətə gətirmək vacibdir. Lakin bir məsələ diqqətimizdən qaçmasın. Sadəlik heçdə boşluq deyil. Əslində sadəliyin özü belə əlçatmaz olmalıdır. Sadəlik mənim gözümdə bir incəsənət əsəri kimi olmalıdır.

Bəzən görüşlərdə çox gəliz, çox ədəbi danışan və ya danışmağa cəhd göstərən adamlar görəndə yazığım gəlir. Bu adamlara elə gəlir ki, gəliz danışdıqca onların səviyyəsi yuxarı qalxır. Sizcə bu belədir?! Şəxsən mən hiss etsəm ki, kimsə öz sözləri ilə danışmır, əmin oluram ki, bu adam sahəni və ya danışdığı mövzunu bilmir. Vabi-Sabi nəzəriyyəsini əsasa alaraq dostlarımıza əmin olduğum bir neçə məsələ barədə demək istəyirəm.

  1. Heç vaxt qusurlarınızdan utanmayın. Bugün səmimilik ən güclü silaha çevrilmişdir. Bizim bugün ki, dünyamızda insanlar o qədər “maskaya” girib ki, səmimilik hamı üçün göydən düşmə olur. Çalışın qusurlarınız ört-basdır etmək deyil, onları aradan qaldırmaq və ya bu qusurlara alternativ üstünlüklər əldə edəsiniz.
  2. ÖZ”ünuzu hər zaman qoruyun. İstənilən mövzuda, istənilən “kruqda” öz fikir nöqtənizi saxlayın. Heç vaxt qarşınızdakı duruma görə dona girib  daha qlamur, daha bahalı, daha savadlı və ya daha ağıllı görünmək istəməyin. İnanın mənə xeyri yoxdur. Əgər bizim başımızda nesə varsa, onun üzə çıxmaq yolu yalnız özümüz olmaqdır. Maskada olanda şəxsi üstünlüklərimizi aşkarlamaq çox çətin olur.
  3. Professionallığınızı deyil, insanlığınızı önə çıxarın. Ay mən marketoloqam, ay mən Elmlər namizədiyim, ay mən filan ölkədə oxumuşam… inanın mənə bugün hamı bilir ki, yaxşı işçi olmaq üçün bunlar heç bir əhəmiyyəti yoxdur. Yaxşı işçi insan xarakteridir. Heç vaxt “süni gül” kimi çox gözəl görünməyin. Özünüz kimi olun. Sizi dəyərləndirəcəklər. Onda artıq Sizin professionallığınızdan hamı danışacaq.
  4. Gördüyünüz işləri açığa çıxarın. Heç vaxt nedənsə çəkinib, nəyisə etməkdən imtina etməyin. Biznesdə, marketinqdə kompleksli adamlara yer yoxdur. Biz heçnədən çəkinməli deyilik. Biz marketoloqlar risk etməsək bu böyük risk ola bilər. Gördüyünüz işləri urəkli müzakirələrə çıxarın. Kritikaya açıq olun.

Ümumiyyətlə mən hesab edirəm ki, Vabi-Sabi nəzəriyyəsi bugün Azərbaycan reallıqlarında bizə çox lazımdır. Açıq olun, əvəzində müsbət dəyişiklikləri hiss edəcəksiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Cox gozel yazidi Ilkin muellim.Sizin yazilarinjizi maraqla oxuyuruq/

  2. Imran Bakuvi Zairov - Reply

    Yaxşı ki, boynunuza alırsız ki, onlarla səhv var yazınızda. Çox səliqəsiz yazırsız, amma maraqlı yazırsız. Azərbaycan qramatikası ilə dostlaşsaz, yaxşı olar….

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close