image_pdfimage_print

Çox zaman beynimizdə hansısa parlaq biznes ideya olur (bizə elə gəlir ki, bu parlaqdır). Biz inanırıq ki, bunu etsək işlərimiz əla gedər və s. Lakin bunu etmirik və ən əsası özümüzə təsəlli verirmiş kimi deyirik: “Vaxtı çatanda edəcəm” və ya “Vaxtım olanda edəcəm”. Əziz oxucu Sizə əminliklə deyirəm – istənilən ideyanın yaxşı və ya pis olduğunu bilmək üçün onu sadəcə etmək lazımdır.

Bugün böyük şirkətlərdə işləyən bir çox dostumuz mənimlə söhbət edəndə öz bizneslərini qurmaq haqqında danışırlar. Onlar elə bilirlər ki, şəxsi biznes qurmaq və ya hansısa ideyanı reallaşdırmaq üçün mütləq vaxt lazımdır. Bu gətiyyən belə deyil.

İlk əvvəl deməyə məcburam ki, necə ki, “Moskva bir gündə qurulmur” eləcədə heç bir biznes (ideya) bir gündə böyük olmur. Ən böyük layihələr belə, ilk dəfə xırda-balaca işlərdən başlayırlar. Məsələn?!

Məsələn, bu yazını bitirdikdən sonra share edəcəyim Facebook bir vaxtlar balaca bir yerdən başlayıb. Bugün Facebook ofisi İT sahəsində ən böyük şirkətlərdəndir.

Məsələn İKEA ilk mağazasını 80 kv.metrlik bir yerdən başlayıb. Bugün İKEA ən böyük ərazisi olan ev əşyaları satış şəbəkəsidir.

Məsələn… Məsələn Sizin indi oxuduğunuz bloqda bir vaxtlar cəmi 10 yazı var edi. Bugün bu bloq Qurban olduğuma min şükür, Azərbaycanda ən çox yazı olan və ən oxunaqlı biznes bloqdu. Çox sağ olun ki, bloqumuzu oxuyursunuz!

Bir sözlə hansısa bir işi xırda həcmdə görmək üçün bizə (Sizə) heçnə mane olmur.

Düşünə bilərsiniz ki, hələ vaxtı çatmayıb. Belə fikirlər bizə daim geriyə aparır. Unutmayın – Bugün tezdirsə, sabah gecdir. Ümumiyyətlə mən hesab edirəm ki, istənilən işdə uğur qazanmaq üçün heç kimin etmədiklərini etmək lazımdır. Belə işlər isə hər zaman “hələ tezdir” və ya “hələ vaxtı çatmayıb” damğası ilə olur. Əzizlərim… əgər bazarda nesə yoxdursa, bu o demək deyil ki, bunun vaxtı çatmayıb. Bu o deməkdir ki, bunu Siz ilk olaraq bazar sala bilərsiniz.

Ümumiyyətlə mən hansısa inandığım biznes ideya olduğu zaman bu ideyanı reallaşdırmağın ən sadə yolunu axtarıram. Bundan sonra bəsit formada tətbig edirəm. Ruslar demişkən “провераем методом – тыка!”. İşin gedişatına görə daha sonra gərarlar verilir.

Hansısa bir işin başlanılmasının digər düşmənidə var – Vaxtım olanda edəcəm. Bu söz dəhşətli mənfi təsir gücünə malikdir. Bizim vaxtımız yoxdur?! Ola bilməz. Hər birimizin əslində kifayət qədər vaxtı var. Sadəcə bəzilərimiz öz vaxtında səmərəli istifadə edir, digərlərimiz isə vaxtını “çölə” atır. Birimiz Facebook-a çatlaşırıq, digərimiz Linkedin-ə “kruq” yaradırıq. Birimiz durub-oturub biznes qurmaq haqda danışırıq, digərimiz danışmaq əvəzinə hərəkət edirik. Siz hansı olmaq istəyirsiniz?!

Mən əminən ki, Siz istəyirsiniz öz biznesiniz olsun, mən əminəm Siz istəyirsiniz ki, müstəgil olasınız. İstənilən vaxt maddi cəhətdən rahat olaraq hansısa bir işdən imtina və ya hansısa bir işi başlaya biləsiniz. Düzdür?!

Əgər cavab “HƏ”-sə məncə Siz bu yazını oxuyub bitirən kimi – BAŞLAYIN! Nesə edin, axı karvan yolda düzələr. Axı nəyəsə nail olmaq üçün nesə etmək lazımdır. Siz istəsəniz səhər hamı kimi səkkizdə deyil, 6-da dura bilərsiniz. Əgər 6-da yuxudan oyansanız gününüz çox bərəkətli və effektiv olacaq. Bununlada Siz daha çox vaxt qazanacaqsınız və s.

Bu dediklərimizi Siz əlbətdə bir-bir uyğulamaq məcburiyyətində deyilsiz. Sadəcə bizimlə raşılaşarsınız ki, istək olsa vaxt özü tapılar.

Mən öz təcrübəmdən bir şeyin şahidi olmuşam. Əgər biz nə isə çox istəyiriksə, o zaman onu etmək üçün vaxt tapırıq. Vaxt tapırıq və nail oluruq. Nəyin ki, vaxt ideyanın reallaşdırılması üçün butün resursları tapırıq. Başlayın, arxası gələcək!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close