Monthly Archives Noyabr 2013

Sizcə aldanmaq necədir?! Sizi heç aldadıblar? Bəs Siz bilirsinizmi bəzən bilərəkdən aldanmaq, bizə böyük xeyr verə bilər. Hər bir işdə, hər bir prosesdə mütləq qaydada bir fürsət, imkan var. Güclü menecerlər bu fürsətləri görə bilir, zəiflər isə sadəcə aldanmaqdan qorxur. Mən bu yazıda Sizə aldanmağın faydalarından və ya aldanmağın uğurlu idarəetmə aləti olduğu barədə danışmaq istəyirəm. Başlayaq?!

Bugün dostumuz İsa müəllimin dəvəti ilə Qafqaz Universitetinin bazasında olan Texnoparkla tanışlığa getmişdim. Dostlar bilir ki, mənim Qafqaz Universiteti haqqında məlumatım çox azdır və özüm üçündə bu ali məktəbə getmək maraqlı edi. Əzizlərim… gördüklərim məni sadəcə valeh etdi.

Daha əvvəl bizim Startup mövzusunda düşündüklərimiz barədə Sizinlə paylaşmışdım. Bu istiqamətdə Vaqif bəylə görüşümüzün videosunu bloqumuzda təqdim edirəm. Sondada qeyd etdiyimiz kimi biz, inanırıq ki, tezliklə böyük arenalarda qlobal səviyyəli Azərbaycan startupları müzakirə edəcəyik. Biz buna inanırıq, biz buna ümid edirik. ƏLAVƏ OXUMAQ ÜÇÜN: Xırda ekranlar - böyük pullar FMR TV-in qonaqları Twittermaniya Internet ömrümüzü qısaldır

Dostlarımızın bildiyi kimi, biz hal-hazırda iki Ali məktəbdə Marketinq ixtisassı üzrə MBA tələbələrinə dərslər deyirik. İqtisad Universiteti və Turizm Universitetlərində. Sizə səmimi deyim, Ali məktəbdə işə başlamazdan əvvəl tələbələrimiz barədə düşüncə neqativ edi… bugün isə çox sevinirəm Azərbaycan gəncliyi təhsilə daha maraqla yanaşır. Mənim gördüyüm MBA tələbələrini bir sözlə ifadə etmək istəsək məncə bu söz aşağıdakı kimi olar:

Biz hamılıqla başa düşürük ki, muasir biznesi brendinq fəaliyyəti olmadan aparmaq mümkün deyil. Təklif edilən məhsulun növündən, qiymət seqmentindən və ya müştərilərindən asılı olmayaraq brendinq mütləq qaydada vacibdir. Bununla yanaşı brendinqin əsas təhlükəsi məhz “qara kopyalama” faktorudur. Brendləri kopyalamaq, bəzən yeni brend yaratmaqdan daha asand, daha sadə olur. Amma brendlər var ki, onları kopyalamaq sadəcə mümkün deyil. Bu brendləri biz kopyalanmayan brendlər adlandırırıq. Biz bu yazıda Sizinlə kopyalanmayan brendlərin yaradılma yollarından danışmaq istəyirik.

Son vaxtlar istər işlə əlaqəli, istərsədə sadəcə dostlarımız olan bir çox sahibkarlarla görüşürəm. Bu görüşlərdən bir məsələni aydın şəkildə hiss edirəm. Uğurlu, güclü, bacarıqlı sahibkarları fərqləndirən və hamısının demək olar eyni olduğu bir məsəsə olur – bu adamlar güclülərini heç vaxt parçalamırlar. Ümumiyyətlə biz hesab edirik ki, gəlirli biznes qurmaq və ya sistemli iş yaratmaq üçün ən birinci şərt gücümüzün vahid istiqamət üzrə istifadə edilməsidir. Bu uğurlu biznesin ən vacib elementlərindəndir.

Sizə bir məsələ barədə danışım. Gördüyüm işlərdə, etdiklərin hansısa proseslərdə hər zaman sonda işin sürətinin azaldığını hiss edirəm. Məsələ burasındadır ki, bu yalnız fərdi qaydada deyil, ətrafımda olan proseslərdədə öz əksini tapır. İşin sonunun hər zaman belə ağır getməsi bir neçə vacib nəticələri bizə təqdim edə bilir.

Son vaxtlar bir məsələyə diqqət edirəm: bəzi adamlar danışmağı hər zaman nəsə etməkdən üstün tuturlar. İstər sosial şəbəkələrdə, istər gündəlik həyatımızdan çoxlu boş-boş danışan adamlar görürəm. Bu adamların ən böyük problemi bilirsiz nədir?! Bunlar danışırlar, amma icra etmirlər. Dalaşırlar, amma kiminlə və nə uğrunda bilmirlər. Yox deyirlər, amma nəyə YOX dediklərini bilmirlər… və əsası bunlar biznesdə, dostluqda uğur qazana bilmirlər. Mən bu yazını artıq belə olmuş adamlara deyil, birdən belə ola biləcək dostlarımıza ünvanlayıram. Qardaşlar mən bilirəm ki, bizim bloqumuzu bunlar oxumurlar, amma hər ehtimala qarşı bir-neçə müqayisə vermək istəyirəm. İcazənizlə, başlayaq?!

Bugün biz bu ay ərzində 8 çəkilişlə FMR TV-ə start verəcəyik. Son dərəcə maraqlı verilişlərimiz olacaq. İstər qonaqlarımız, istər mövzularımız, istər bizim həvəsimiz… bir sözlə uğurlu olacağından əminəm. Bugün danışdığımız verilişlərdən biridə internet startup-lar haqqında oldu. Sizdən nə gizlədim, mən Azərbaycanda internet startup anlayışını investor pulunun xərclənməsi prosesi kimi görürəm. Azərbaycanda internet startup – boş şeydir… Bilirsiz niyə?!

Bilmirəm niyə amma hər keçən gün ətrafımda olan adamların biznes açmaq istəyinin dahada çoxaldığını hiss edirəm. Əlbətdə bu yaxşıdır. Bu o deməkdir ki, artıq insanlar sahibkarlıq ruhunu hiss edirlər, bu o deməkdir artıq “müftə” pul qazanmaq istəyi get-gedə azalır və s. Ölkədə biznesmen sayı nə qədər çox olarsa, biz bir o qədər güclü olarıq. AMMA və LAKİN. Burada bir böyük problemli məsələ var. Biznes açmaq kənardan göründüyü qədər asand deyil və bunun üçün mütləq hazırlıqlı olmaz lazımdır. Hazır olmadan biznes qurmaq insana böyük mənəvi (həmdə maddi) zərbə vura bilər. Bəs necə başa düşmək olar ki, biz biznesə hazırıq və ya hələlik bizim üçün tezdir?!

İstər sosial şəbəkələrdə, istərsədə gündəlik işlərimizdə bir çox dostlarımızın müxtəlif mövzularda fikirlərini oxuyuram (eşidirəm). Biznes etika, şəxsi həyat, və ya karyera cəhətdən baxsaq elə mövzular var ki, bu haqda çox danışmaq bir mənalı şəkildə meneceri gözdən sala bilər. Bu hansı mövzulardır?

Sizcə savadlı adam necə olur?! Sizcə ümumiyyətlə savad nə deməkdir?! Sizcə savadlı olmaq üçün ayda neçə kitab oxumaq lazımdır?! İndi isə hazır olun. Mən Sizə bir sirr açacam. Hazırsız?! MƏN HESAB EDİRƏM ki, çoxlarımızın qəbul etdiyi savad heç kimə lazım deyil. Vacib olan bilirsiz nədir?!

12
Close