image_pdfimage_print

Bu yazı ilə bloqumuzda 400-cü postumuzu Sizinlə paylaşmış oluruq. İlk baxışdan ciddi bir rəqəm kimi görünsədə, qlobal bazda son dərəcə zəif və bəsitdir. 400 yazı nədir ki?! Kraynovların, Tinkofların, Set Godinlərin, Michael Hyattların yazdıqlarının heç yarısının yarısıda deyil. Amma Sizi təbrik etməyədə səbəblərimiz var.

Birincisi biz Azərbaycan dilində olan yeganə biznes-bloq müəllifiyik ki, öz bloqunda bu qədər sayda yazını cəmləşdirmişik. Başqası yoxdur. Bu məni çox sevindirir. Mən şahmat oynadığım vaxtlardan gördüyüm hər bir işdə lider olmağa çalışmışam. Yadıma gəlir bloqa təzə başladığım vaxtlar bunun mümkünsüz hesab edirdim. Bugün bu reallıqdır.

Əsas sevindirici tərəf bloqun yazı sayının çoxluğundan əlavə, oxucu sayının kifayət qədər çox olmasıdır. Bizim bloqda məsələn 6000 nəfər tərəfindən oxunan yazılar var. Bizim bloqumuzun abunəçi sayı gündən-günə artır. Sizə səmimi deyim, bu göstəricilər mənim üçün çox vacibdir. Bizi oxuyurlarsa, deməli bizimlə razılaşırlar. Bizimlə razılaşırlarsa, deməli biz nələrisə düz edirik. Biz nələri düz ediriksə… deməli… bir sözlə bizim bloqumuzun belə oxunaqlı olması superdir!

İkincisi bizim bloqu Azərbaycanın bir çox şirkətlərində tanıyırlar. Son vaxtlar getdiyim demək olar ki, butün dost şirkətlərdə hansısa bloq postum barədə söhbət gedir. Bizi nəyin ki oxuyurlar, bizə həmdə inanırlar! Bu mənim qarşımda ciddi məsuliyyətlər yaradır. Bu çox yaxşıdır, çünki biz yalnız bloqumuzda innovativ biznes modellər, yeni marketinq alətərindən yazırıq. Deməli bizi oxuyaraq şirkətlərimizdə daha sistemli biznes aparırlar. Bir vaxt var edi, mən elə bilirdim ki, mənim bloqumu özümdən və dostlarımdan başqa heç kimi oxumur. İndi hiss edirəm ki, bloqu həmdə dostlarım oxuyur!)

Üçüncüsu bizim real olaraq düşmənlərimiz yaranıb. Deyəcəksiniz ki, burda təbrik etməli nə var?! Düşmənin olmasına görə adamı təbrik edərlər?! Amma mən bunu sevinirəm. Bizim düşmənimiz varsa, deməli bizim bloqun bir dəsti-xətti, bir istiqaməti var. Deməli bizim fikirlər kimlərisə narahat edir. Biz kimisə narahat ediriksə, deməli dostlarımızı qane edirik. Unutmayın – biz 100 dollar deyilik ki, hamının bizdən xoşu gəlsin. Əsas odur ki, bizim dəsti xəttimiz hiss edilir. Düşmənlərimiz sağ olsun bizi daha güclü olmağa sövg edirlər. Bu superdir!!!

Dostlar bizim bloqun oxunması məndən çox Sizin gələbənizdir. Əgər Siz bizi oxuyursunuzsa və Sizin kimi adamların sayı çoxdursa, deməli biz hamımız doğru yoldayıq. Artıq Azərbaycandada, azərbaycanca oxuyanlar var.

Əlbətdə “meşə çaqqalsız olmaz” misalını bir daha xatırlatmalıyıq. Bizim bloqu oxuyaraq durmadan guya tənqid edənlərdə var. Bu adamlar özləridə bilir ki, səhv yoldadırlar… amma bu yoldan dönə bilmirlər. Mənim onlara yazığım gəlir. Arzu edirəm tezliklə bu “qalınlıq” xəstəliyindən xilas olarlar!)

Bizim bloqda səhvlər çoxdur. Amma inanın mənə bu təbiiliyin, səmimiliyin yaratdığı problemlərdir. Mən axı Sizinlə “maskalı” danışmıram. Mən öz savadsızlığımı, diqqətsizliyimidə gizlətmirəm. Nədirsə, budur!)

Bir daha xatırlatmaq istəyirəm ki, bizim bloqun əsas istiqaməti biznes və brendinq fəaliyyətləri üzərindədir. Biz yalnız və yalnız etdiyimiz işlər barədə yazırıq. Heç bizim bloqda hansısa bir KSM və sosial aktivliklər barədə yazı oxumusunuzmu?! Əlbətdə yox. Heç bizim bloqda NLP, maliyyə sistemləri, biznes-proseslər barədə oxumusunuzmu?! Əlbətdə yox. Səbəb çox sadədir. Biz inanmadığımız və tətbig etmədiyimiz heç bir şey haqqında yazmırıq.

Çox zaman bloqumuza müraciyyət edərək: “İlkin müəllim xahiş edirik, bizim şirkətimiz (brendimiz, təlimimiz və s.) haqqındada yazın” deyirlər. Hətta bunun müqabilində bizə pulda təklif edirlər. Heç bugunə qədər bloqumuzda reklam xarakterli yazı görmüsünüzmü?! Məncə oxumamısınız. Oxusanız belə əmin olun ki, o reklam deyil. Mən bloqumuzda yalnız əmin olduqlarımdan yazıram. Bloq bizim üçün pul qazanmaq yeri deyil (bizim pula ehtiyyacımız var, sadəcə pulu başqa yerdən qazanırıq) və təbbi olaraq biz belə təkliflərə bir mənalı olaraq YOX deyirik və deyəcəyik.

Biz bloq vasitəsi ilə məndən konsaltinq almaq istəyən çox saylı dostlarızla tanış olmuşuq. Əlbətdə hər biri ilə əməkdaşlığız alınmayıb. Bizim konsaltinq xidmətləri bazarda ən bahalı qiymətlərdir. Biz gətiyyən bundan çəkinmirik, amma biz bilirik ki, əməkdaşlıq etdiyimiz hər bir şirkətə əlavə dəyər qazandırırıq. Buna görədə bizim xidmətlər baha və tələb olunandır.

Sonda butün oxuculardan bizim bloqa olan maraqlarına görə çox sağ ol deyirəm. Birdə bir xahişim var, imkan daxilində öz  bloqunuzu yaradın. Bizim dildə nə qədər çox bloq olsa bu bizə bir o qədər xeyr olacaq. Həm unutmayın bloq, şəxsi brendinq yaratmaq üçün mükəmməl bir vasitədir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. İlk once bizimle.oz tecrübe ve biliklerinizi paylaşdığınız üçün teşekkür edirem. Düşünürem ki,bir.gün mütleq 1000-ci YAZININ YAZISInı da bizimle bolüşeceksiniz. Sizde herf sehflerine gore qüsur axtarıb,tenqid etmek istiyenlerse eminem ki, sadece sizin TEVAZOKARLIĞINIZDAN VE SEMİMİYYETİNİZDEN. Xebersizdirler. ) Belkede tenqid onlar üçün tezdir. Ediblerden birinin dediyi kimi…TENQİDÇİLERE FİKİR VERMİYİN,BU GÜNEDEK HEÇ BİRİNİN HEYKELİ QOYULMADI.
    Bir daha uğur olsun!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close