image_pdfimage_print

Bugün biz bu ay ərzində 8 çəkilişlə FMR TV-ə start verəcəyik. Son dərəcə maraqlı verilişlərimiz olacaq. İstər qonaqlarımız, istər mövzularımız, istər bizim həvəsimiz… bir sözlə uğurlu olacağından əminəm. Bugün danışdığımız verilişlərdən biridə internet startup-lar haqqında oldu. Sizdən nə gizlədim, mən Azərbaycanda internet startup anlayışını investor pulunun xərclənməsi prosesi kimi görürəm. Azərbaycanda internet startup – boş şeydir… Bilirsiz niyə?!

Ona görə ki, bugün Azərbaycan bazarı o qədər xırdadır ki, burada lokal bazara xitab edən və uğurlu internet biznes qurmaq real deyil. Bunun bir çox səbəbləri var. Məsələn:

  • Azərbaycan ölkə olaraq Rusiya və Türkiyyə məntiqinə daha yaxındır. Bu o deməkdir ki, yaradılan yeni internet resurs oz rəqabət bazarını yalnız lokal şirkətlər deyil, həmçinin Rusiya və Türkiyyə kimi ölkələrin internet layihələri ilə müqayisə edəcək səviyyədə yaratmalıdır. Bu real deyil. Çünki bazar həcmi buna dəymir.
  • Azərbaycan İT ənənələri olmayan bir ölkədir (tərsini deyib – özümüzü aldatmayaqda…). Buna görədə bizdə güclü kadrlar yoxdur. Güclü kadr olsa belə, bu kadrın Azərbaycanda nə işi var?! Güclü olsaydı əlbəttə daha böyük bazara gedərdi və s.
  • Azərbaycan istehlakçısı ölkənin corafi ərazisinin xırda olduğunu nəzərə alaraq, internetdən edilən alış-veriş məntiqinə daha üzaqdır. Bizim paytaxtımızı bir altı-bazara tam gəzmək olar. Biz Rusiya və ya Kazaxstan kimi böyük corafiyalı ölkə deyilik ki, burada internet şoppinq dahada aktual olsun.

Ona görə ki, Azərbaycandan qlobal layihə çıxması son dərəcə böyük bir sensasiya olar. Bizdə bugün qlobal know-how edəcək nə komanda, nədə intelektual baza var. Dostlarımızın xətrinə deyməsin. Mən onların gücünə, bacarığına çox inanıram… sadəcə bu sahədə bir çox qlobal forumlarda iştirak edib gördüyümü gordüyümə görə… belə neqativ düşünürəm. İnşallah səhv edərəm. İnşallah tezliklə Azərbaycanın öz Facebook olar… amma buna inanmaq “yümşaq” desək sadəlik olar. Mən inanmıram.

Ona görə ki, bizdə bugün daha asand pul qazanma yerləri var. Bugün investor və ya biznes məntiqi olan menecer öz gününü “qara” edib startup dalınca düşməkdənsə, daha rahat bir biznes qurar və yaxşıda pul qazanar. Azərbaycanda hansı internet resurs bugün rentabelli işləyir?! GoldenPay?! Qardaşlar, olmazdı GoldenPay… olardı nə bilim, GumüşPay onda iş getməyəcəkdi?! Başqa?! GoldenPaydən başqa nə var?! Mən bilmirəm… səhvimi düzəldin, məni sevindirin. İnanın mən hamıdan çox istəyirəm ki, bizdədə startuplar rentabelli olsun. Amma olmur!

Ona görə ki, Azərbaycanda internet startupları maliyyələşdirmək üçün elementar qanunvericilik bazası yoxdur. Qanun yoxdursa, biz hansı sahədən danışırıq?! Mənim yadıma gəlir, doktorluq dissertasiyası üçün mövzu götürmək istəyirdim. Vençur kapitalda marketinq funksiyasından çox yazmaq istəyirdim… amma dedilər ki, hansı vençur kapitaldan danışırsan, bizdə heç vençur qanunvericiliyi yoxdur. Bu qanun bugündə təsdiqlənməyib. Yaxşı ki, götürmədim yoxsa bugünə qədər PhD ola bilməyəcəkdim!)

Mən tezliklə olacaq kommunikasiyası sərgisinə çox ümidli yanaşıram. Mən arzu edirəm ki, bu sərgidə mən elə faktlar görüm ki, öz fikirlərimi təkzib edim. Kaş mən səhv edim. Amma inanın mənə bugün ki, vəziyyətdə internet startup edən dostlarımızı bir məsləhətim var: “Özünüzü əlavə iş tapın!”

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

10 Comments

  1. Ilkin Manafov "Amma inanın mənə bugün ki, vəziyyətdə internet startup edən dostlarımızı bir məsləhətim var: “Özünüzü əlavə iş tapın!" cümləsini çox sevdim 😀 )) olacaq olacaq İlkin bəy) amma hazırki vəziyyətdə mənə də gülməli gəlir bəzi şeylər 😀 Amma maliyyə dəstəyi olsa inanın çox gözəl şeylər etmək olar.

  2. Bəlkə əvvəlcə dilimizin qrammatikasını öyrənib, sonra bloq açaydınız? Əgər mətnin elə birinci sözü səhvlə başlayırsa, sona qədər oxumaqdan vaz keçirəm…

  3. Qismən razı, qisməndə razı deyiləm.

  4. Qismen razi deyilem brat… o qeder savadli uwaq var ki bu sahede… lap uwaq kimi daniwdin ki… eger varsa azerbaycanda ne iwi var… gedib xaricde iwleyer… bes camaat ailesini qoyub getsin xarice… ele bilirsen xaric de bombadi… hara getsen de 2ci adamsan….oz olkemde ele wir oluram da…

  5. Internet startup etmek uchun kicik maliye lazumdi… yqlniz hosting ve domain almaq … meselen men Azerbaycanda en boyuk proyektlerden biri olan MEYDAN.AZ rpg oyununun qurucusuyam. Artiq 6 ildit ki oyun dayanmadan iwleyir. Gozel gelirleri olan vaxt olub ve men proyekte hosting ve domain adindan bawqa bir pul qoymamiwam. Reklama da ehtiyaci olmayib oyunun. Oyunun adina baki ve sumqayit weherlerinde 2-3 internet klub da var… menim onlardan hec xeberim de olmayib… yeni azerbaycan bu gun milyonlarla pul qazanilacaq yerdi…sadece duzgun fikirlewmek lazimdi proyekt etrafinda

  6. Dostum Ilkin Manafov bəyin bu yazısını, bu gün 2 sabah 3 cü gun DMP- də faəliyyət göstərən ( və ya ona elə gələn ki fəaliyyət göstərir) bir şəxs və ya qurumun mənfi müzakirə mövzusu etməsi gülməlidir. Bəli İlkin bəy bir nəçə məqamə səhv deyir, lakin xeyrimizə deyir. O da ümid bəsləyir ki bizim "internet alverxanamız" daha perspektivli inkişaf etsin. Mən də razıyam ki, texniki biliklər ilə, marketing biliklərini bir yerdə cəmləşdirməyən bir mütəxəsis üçün bu mövzu ağırdır. Amma dostlar bir az daha realist olaq. İlkin startup`lara makro mənada yanaşır və bu belə də olmalıdır. Mən onunla razıyammı? Əsla! Son 3 ayda 10 dan artıq perspektivli milli layihə oxumuşam və milli team`lərin əvvəl axır daha uğurlu layihələr edə biləcəyinə əminəm. Burada fərqli bir baxış da var, bazar meyarları sadəcə olaraq onun sayı və boyu ilə ölçülmür. Bizim sayımız Türkiyədən balacadırsa o demək deyil ki layihələrimizə spektik yanaşmalıyıq.

  7. Seminarlar verən bir insanın bu qədər pessimist mövqedən çıxış etməsi heç də bəyənilən hal deyil. Xatırladım ki, Azərbaycanda insanlar hələ də internet deyiləndə ya komputer başa düşür, ya da feysbuk. Amma vaxt var idi heç komputerin nə olduğunu bilmirdilər. Deməli bu bir inkişafdır. Dediyiniz Türkiyədə internet layihələrin bazarı son 5-7 il ərzində aktivləşməyə başlayıb. Amma Azərbaycanda isə internetin sürəti və qiymətləri problemi hələ də həllini gözləyir. Azərbaycanda domeynin onlayn alışı qaydası 2013-cü ildə aktivləşdi. O da ala-yarımçıq. Azərbaycanda İnternet vasitəsilə pul qazanan adamlar var, bu boş bir şey deyil, sadəcə iş sistemini düzgün qurmaq lazımdır. Artıq bir neçə ildir ki, biz də burada qurduğumuz işimizin sayəsində gəlir əldə etməyə başlamışıq. HƏR KƏSƏ UĞURLAR!

  8. Hergun cayxanada esittiyim sohbet blog olaraq yazilib. Deyishen bir dene "Startup" sozudu. Cayxanda o soz yerine "Xidmet sektoru", "Marketing", "Satis", "Kadr", "Mutexessis", "Firma" hetta "Yaxsi araq" olur. Qalan hersey cumlesi cumlesine eynidir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close