image_pdfimage_print

Bakcell şirkətinin bazara çıxardığı yeni smartfonları son vaxtlar diqqətlə izləməyə başlamışam. Əslində bu ideyanı mən Azercell-ən gözləyirdim (yadınıza gəlirsə bu haqda təxminən bir il qabaq yazmışdıq). Amma Bakcell-in belə bir yeniliklə GSM bazarına canlılıq gətirməyi məni bir marketoloq olaraq çox sevindirdi. Bloqumuzun dəyərli oxucuları ilə bu istiqamətdə olan düşüncələrimi paylaşmaq istəyirəm.

Bakcell-in yeni smartfonla bazara girməsi və brendin sərhədlərinin genişləmməsi prosesinə bir neçə aspektdən yanaşaq.

İlk olaraq brendinq cəhətdən təhlil edək. Hamımıza məlumdur ki, GSM brendinqlərin ən böyük problemi onların təkliflərinin qeyri-maddi olmasındadır. Başqa sözlə desək, əgər Coca-Cola almaqla müştəri mağazadan sırf əlində nesə çıxa bilirsə, GSM sektorunda müştərinin aldığı əslində “havadır”. Bu baxımdan GSM brend adı ilə telefon aparatlarının çıxması brendinqə bir mənalı olaraq müsbət təsir edir. Belə telefonlarla Bakcell brendi müştərilərin beynində rabitə xidməti göstərən kimi daha dərin assosasiyalar etdirəcək.

Biz bilirik ki, istənilən brendin ana mövgeylənməsi məhz kateqoriyadan başlamalıdır. GSM brendinin telefon istehsal etməsi kateqoriyada mövgeylənməni dahada güclü edir. Bu təcrübə istər dünyada, istər post-sovet ölkələrində geniş yayılmışdır. Məsələn GSM sektorunda innovativ lider olan Vodofone öz telefon istehsalı ilə bizim üçün bariz nümunə ola bilər. Bizə yaxın ölkələrdə öz brendi altında cihaz istehsal edən mobil operator kimi, Rusiyanın MTS şirkətini göstərmək olar.

İstər Vodofene, istər MTS bu sahədə ciddi uğurlar əldə etmişlər. Düşünün ki, MTS şirkətinin eyni adlı Smartfonunun bazara girməsi ilə natural satışlarda Rusiya bazarında dördüncü yerə yüksəlmişdir. Razılaşın ki, ciddi uğurdur.

GSM şirkətinin öz brendi altında telefon aparatı istehsalının doğru addım olduğunu göstərən növbəti amil kimi, biz müştərilərin vaxt itirmədən telefonla təklif edilən mobil operatorla işləmə istəyidir. Mənim yadıma gəlir Marketinq Forumunda olduğum zaman MTS-in o vaxt ki, marketinq direktoru Garret Djonsonun bu sahədə geniş prezentasiya ilə çıxış etmişdi. Qlobal araşdırmalara görə istehlakçılar telefon seçiminə, mobil operator seçimində daha ciddi yanaşırlar və telefon aldıqda təklif edilən operatorla işləmə daha meyllidirlər. Nəzərə alsaq ki, Azərbaycanda GSM sektoru gənclərin hesabına inkişaf edir, deməli Bakcell telefon satışı ilə paralel yeni müştərilərdə əldə edə bilər.

Beləliklə ilk baxışdan elə görünür ki, Bakcell brendinin yeni smartfonları tezliklə bazarı alt-üst edəcək və s… AMMA… amma əslində məsələ bir o qədər asand deyil.

Biz yuxarıda Sizinlə misal olaraq təhlil etdiyimiz hər iki brend: Vodofone və MTS son dərəcə sistemli və innovativ pərakəndəçi şəbəkəyə malikdirlər. Eyni adlı. Məsələn GSM sektorunda Vodofone pərakəndə satış şəbəkəsi bu sektorda yeniliyin lokomotivi hesab edilir. MTS-ə Rusiya miqyasında son dərəcə güclü pərakəndə formatına malikdir.

Mobil telefonların uğurlu satışında məhz düzgün və sistemli nümayiş etdirilmənin hesabına olur. Bunu istər Vodofone, istərsədə MTS rahatlıqla öz salonlarında edə bilər. Bəs Bakcell?! Bakcell bu smartfonarının satışını necə təşkil edəcək və təşkilatçılıq Vodofone qədər brendə əlavə sinerji gücü verə biləcəkmi?!

Biz hesab edirik ki, Bakcell şirkəti öz brend potensialından tam istifadə etmək və əlavə sinerji effekti ilə brendini gücləndirmək istəyirsə mütləq eyni adlı pərakəndə şəbəkə üzərində işləməlidir. Bu şəbəkəni Bakı və digər böyük şəhərlərdə özü açıq, biznesin gəlirlilik səviyyəsini təyin etdikdən sonra rahatlıqla françayzinq formatı ilə inkişaf etdirmək olar.

Həmçinin bir məsələni nəzərə almaq lazımdır ki, eyni adlı telefonların istehsalını autsorsinq etdiyi zaman GSM operator mütləq keyfiyyət parametrlətini diqqətə almalıdır. Burada buraxılan keyfiyyət problemi onsuzda, keyfiyyətsiz rabitə imicini özündən tam atmamış Bakcell brendi üçün ölümcül ola bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close