image_pdfimage_print

Bugün Marketinq AİR təlimləri çərçivəsində tələbələrimizə “Brend nədir?” mövzusunda ev tapşırığı vermişdik. Son dərəcə kreativ və istəkli iki prezentasiya izlədik. Əlbətdə qalib yalnız bir komanda olsada, əsas qazanan biz olduq. Biz bu ev tapşırığı ilə öz məzunlarımıza bir daha brendinqin əhəmiyyətini başa sala bildik. Brendlər muasir biznesdə mütləqdir. Biz bugün birinci yazımızın davamı olaraq, muasir biznesi məhv edən “cəlladlardan” söhbət edəcəyik. Brend cəlladlarından.

Nə qədər gülməli səslənsədə əslində bir çox şirkətlər öz brendlərinin cəlladları funksiyasında olurlar. Əgər birinci yazıda biz brendin cəlladı kimi zəif distribyusiya fəaliyyəti barədə danışdıqsa, bu dəfə biz sistemsiz reklamlardan danışmaq istəyirik.

Maliyyəçilər elə bilir ki, reklam siyasətindən buraxılan səhv şirkətin pullarının havaya getməsinə gətirib çıxarır. Əlbətdə biz onlarla razıyıq… lakin burada əsas səbəb daha dərində gizlənir. Səhv reklam dedikdə biz satışı artıracaq reklamlar deyil, məhz brendin imicinə zərbə vuran reklamları başa düşürük. Maliyyəçi dostlarımız əlbətdə bunu bir-az başqa cür başa düşür.

Türkiyyənin məhşur xalça brendi Merinos bir vaxtlar daxili bazarda tam lider vəziyyətdə idi. Bu vəziyyətin dahada bərkidilməsi və brendi dahada premium seqmentə qaldırmaq üçün brend İbrahim Tatlısəslə kontrakt imzaladı. Reklamlar başladıqdan sonra Merinosun satışı ciddi şəkildə aşağı düşməyə başladı. Səbəb?! Səbəb odur ki, türk insanı İbrahim Tatlısəsi premium seqmentdə qəbul etmir və brend imic kimi seçim səhv edilmişdi. Merinos ciddi bazar payı itirdikdən sonra Merinosla reklamları tam dayandırdı.

Digər bir misal yenədə türkiyyə təcrübəsindən olacaq. Pepsi qlobal səviyyədə fərqli seçim imkanı kimi özünü mövqeyləndirir, daha çox gənc hədəf kütləsinə xitab edən brend hesab edilir. Seda Sayanın reklamda oynatmaqla tamamiylə hədəf kütlənin maraqlarına nəzərə almayın Pepsi qısa müddətli dövrdə satışlarını qaldırsada, brend imici ciddi zərbə vurdu. Əlbətdə tezliklə Pepsi Türkiyyənin Marketinq direktoru işdən çıxarılsada, brendə dəyən zərbə dəymişdi.

Biz bilirik ki, brend kommunikasiyalarda sabitlik və ardıcıllıq ən vacib prinsiplərdən biridir. Bir gün Britni Spirs, digər gün Seda Sayanı reklamda oynatmaq əlbətdə brendin dəyərini müştərinin gözündən sala bilər. Unutmaq olmaz ki, bugün insanlar qarışıq informasiyardan beziblər. Hamının dərdi özünə bəsdi. Biz heç bir şəkildə brend kommunikasiyalarda müştəriyə “krossvord” həll etdirməli deyilik. Brendin identifikasiyası dəgig və ardıcıl olmalıdır.

Brendinq səbrli və uzunmüddətli bir prosesdir. Brend yaratmaq prosesi asand görünsədə, əsl brendlər bizim beynimizdə olur. Bu baxımdan əsl brendinq etmək üçün biz daimilik prinsipinə riayyət etməliyik. Hər reklam kampaniyasında fərqli informasiya verməklə biz öz brendimizin cəlladına çevrilirik. Biz nəyin ki, brendimizə belə reklamlarla kömək edirik, əksinə biz onu məhv etmiş oluruq.

Ardıcıl və sistemli brendinq nümunəsi görmək istəyirsinizsə əlbətdə alman brendlərini göstərmək olar. İstər Mersedes, istər BMW, istər SAP, istər digəri. Brend kommunikasiya sistemi vahid mesajın üzərində qurulur. Öyrənəcək hələ çox şeylərimiz var…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close