image_pdfimage_print

Biz bloqumuzda biznes düşüncəsini daim alqışlayırıq. Belkədə buna görə bloqu öz biznesini açmaq istəyən dostlarımız aktiv şəkildə izləyir. Ən çox verilən suallardan biridə: “Mən biznes açmaq istəyirəm, amma investitsiyanı hardan tapacağımı bilmirəm” olur. Əziz oxucu, əgər Siz öz biznesinizi açmaq üçün kifayət qədər maliyyə dəstəyinə sahib deyilsiniz, deməli hələlik biznes açmaq Sizin üçün tezdir. İlk biznes heç vaxt dayı, əmi və ya atanın verdiyi pulla olmur. İlk biznes üçün kapitalı Siz özünüz qazanmalısınız. Fikrimi açıqlayım.

Ən iri biznes belə bir vaxtlar çox xırda bir fəaliyyətdən başlamışdır. Əgər Siz özünüz güclü biznes qurmaq istəyirsinizsə, mütləq sıfırdan başlamaq lazımdır. Çoxlarımızın beynində hansısa parlaq ideya olur (var). Biz bu ideyanı həyata keçirmək üçün təbii olaraq pul axtarırıq. Əlbətdə pul olmur. Bu təbii haldır. İnsan oğlu hər zaman özündə olmayan şeylər barədə xəyal edir. Lakin elə bu nöqtədə xəyalpərəstlərlə, biznesmentlərin arasında olan fərq ortaya çıxır.

Biznesmen son hədəfə çatmaq üçün xırda hədəflər ayırır. Düşündüyü yerə birdən-birə deyil, addım-addım, mərhələ-mərhələ gedir. Belə olduqda əlbətdə uğurlu olma ehtimalı çox böyük olur. Təkrar edirik, ömründə 20 kv.metr. mağazası olmayan adamın ticarət mərkəzi açması mümkün deyil. Biznes – kiçikdən başlayır.

Xəyalpərəst isə pula sahib olmadığına görə gələcəyini iki alternativlə qura bilir: ya ömrünün sonuna qədər xəyal edir, yada qohumların birindən pul tapır (0nları inandıra bilir) və ilk biznesi açır… Day-day pulu hesabına açılan bizneslərin aqibəti isə xoşa gələn olmur. Bilirsiz niyə?

Bugün Azərbaycanda investor sözü çox “moda” binib. Ağlında yarım-yarımçıq ideyası olan hamı investor axtarır. Amma bu dostlarımız başa düşmür ki, kənar investitsiya biznesi məhv edə bilər. Özünüzü sual verin: Siz niyə biznes açmaq istəyirsiniz?! Sərbəst olmaq, daha çox vaxtınızın olması, daha çox pul qazanmaq və s. Dostlar əmin olun, Siz investor pulunu biznes qursanız bu dediklərimin heç birinə malik ola bilməyəcəksiniz. Ən qorxuslu isə, Sizin biznesiniz alınmayacaq. Səbəblərini deyim.

  1. İnvestor pulunu açılan bizneslərdə Sizin nəzarət funksiyanız olmayacaq. İnvestor pul quyduğu üçün işə qarışacaq, gərarlar verəcək. Daha dəhşətlisi əgər investor yeni açılan biznesdə xəbərsizdisə… ümumiyyətlə verilən qərarlar səhv olacaq. Siz nəyin ki, gərarlar verəcəksiniz, ümumiyyətlə Sizin işiniz gərarların yerinə-yetirilmısi olacaq. İnvestor Sizə sərbəstlik verməyəcək.
  2. Pul Sizin deyil, investorun olduğundan biznesi tam hiss edə bilmirsiniz. Məsələn mənim üçün yaratdığım bizneslərdə birinci kriteriya öyrənməkdir. İnvestor pulu ilə açılan bizneslərdə öyrənmək anlayışı ola bilməz. Adam öz pulunu qoymayanda işə sahibkar kimi yanaşması çətinləşir. Özünüzü əsl sahibkar kimi hiss etmirsiniz, çünki əsl sahib pulu qoyan, day-daydır!
  3. Nəğd pul əsas prioritetə çevrilir. Siz problemli vaxtlarda daim investor qarşısında ruslar demiş “otçitivatsa” edirsiz. İnvestorun ağlında qısa müddətə pul qazanmaq olur. Təcrübəli dostlarımız bilir ki, biznes heç vaxt qısa müddətli idarəetmə ilə irəli gedə bilməz. Biznes diqqət istəyir. Biznes hədəflərin düzgün qoyulmasını istəyir
  4. İnvestorlarla münasibət Sizi əsas işlərdən yayındırır. Siz yeni yaratdığınız biznesinizlə “yatıb-durmaq” əvəzinə investorlarla münasibətləri düzgün qurmağa konsentrasiya olursunuz. Əsas iş kənarda qalır. Biznesin ilk açılan vaxtlarında sahibkarın orda daha çox vaxt, enerji, ürək sərf etməyi isə… əlbətdə vacibdir!
  5. Pulu lap əvvəldən qazanmadığınız üçün təcrübənizdə “qara” ləkə yaranır. Pul qazanmağı bacarmayan adamdan, biznesmen olmaz. Xətrinizə dəyməsin… amma əgər Siz öz biznesiniz üçün hələdə pul qazana bilməmisiniz, yaxşı olar ki, heç biznes qurmayasınız. Biznes qurmaqlada pul qazanacağınız böyük risk altındadır. İnvestor axtarında özünüzə bir yaxşı şirkətdə iş axtarın… salla başını, al maaşını söhbəti!

Bu yaxınlarda özü pul qazanmayan iki nəfər tanışım şərikli şəkildə bir biznes qurdular. Biznes qurmağa pulları olmadığından bir investor tapdılar. Bugün biznes tam olaraq məhv olmuş durumdadır. Səbəb çox sadədir. Tanışlarımızın hər ikisi ömürlərində yalnız, çalışdıqları şirkətdən pul qazanıblar. Yeni biznes açmaq isə, fərqli biliklər tələb edir. Bu adamlar ömürlərində pul qazana bilmədiklərinə görə işidə apara bilmədilər. Təkrar edirəm iş bacaran olsaydılar, biznesləri üçün ilkin investitsiya məbləğini qazanardılar.

Əziz oxucu, “mən ölü, Siz diri” heç vaxt, heç vaxt ilk biznesinizi investor, day-day pulu ilə açmayın. Açmaq istədiyiniz biznesə imkanınız çatmırsa, hansısa daha xırda bir işdən başlayın… AMMA və LAKİN heç vaxt qazanmadığınız pulu ilk açacağınız biznesə qoymayın. İri hədəfləri xırda hissələrə bölməyi öyrənin. Onda pulda bir o qədərdə lazım olmayacaq. Hamınıza bol bərəkətli, yeni bizneslər arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

7 Comments

  1. Ruslar demiş “Zolotie Slova”) Əla (y)

  2. Yazı üçün çox sağolun. Vacib məqamlara toxunmusuz yenə də. Ama mən ” salla başını al maaşını” kəlamında ilişdim nəsə. Yəni başlanğıc üçün adamın sərmayəsi yoxdursa və İnvestorlarla day-dayılarla işimiz alınmaz deyiriksə, bir müddət üçün hansısa bir şirkətdə maaşla işləməsi vacibləşir. Yəni adam SƏRMAYƏNİ HARDAN TAPMALIYAM? sualına cavabı elə məhz burada bəlkə aydınlaşa bilər. Yoxsa başqa necə sərmayə əldə etməy olar ki? :)

    • Cox dogrudur. Təsbitiniz super! Bizdə demək istəyirik ki, investitsiyanın qazanılma yolu maaşdır. Birdə daha vacib məsələ çalışmalıyıq ki, ilk yaradacağımız biznesdə maksimum investitsiya az, əmək tərəfi çox olan biznes olsun. Daha ətraflı Marketinq AİR danışarıq!)

      Bu arada Milli Fast Food gozleyirəm!!!

      • Aydınlaşdırmanız üçün təşəkkürlər. )
        Ama mən Təşəbbüskar insanların borc və kredit məsələsinə də girişəcək qədər cəsarətli olmaları gərəkdiyini düşünürəm,hərçənd işlər alınmıyanda fakturası ağır ola bilsə belə…
        Əlbətdə bu fastfood ideyası mənim ağlımda da hərdən hərlənir. Ama açığı,İlkin bəy yaxın bir müddətdə bu cür cəhd üçün nəsə düşünmürəm.(Bəlkə də yerdə qalan yoldaşlar bunu bacaracaq) Pul problemindən ötə nəsə hələ lazım deyilmiş kimi gəlir mənə.Ama biriləri bunu mütləq gerçəkləşdirməli. Kim bilir bəlkə də biz Airçilər bunu birlikdə elədik elə… )

  3. Muellim sizin cox yazilariniz oxuyuram ve maariflenirem. Amma bu mesele meni acmadi. Hazirda men 3 investorla 4 biznes qurmusam ve sukur ele bir problen olmayib. Sadece islemek lazimdir.

  4. Ola biler. Sadece yalniz investor pulunu guvenib gurulan biznesler,,, ugurlu olursa – bu mustesna haldir. Xeyrli olsun gurdugunuz ishler!)

  5. Norwegia

    Szata graficzna ok, podoba mi sie:) zapraszam do siebie…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close