image_pdfimage_print

Son vaxtlar istər işlə əlaqəli, istərsədə sadəcə dostlarımız olan bir çox sahibkarlarla görüşürəm. Bu görüşlərdən bir məsələni aydın şəkildə hiss edirəm. Uğurlu, güclü, bacarıqlı sahibkarları fərqləndirən və hamısının demək olar eyni olduğu bir məsəsə olur – bu adamlar güclülərini heç vaxt parçalamırlar. Ümumiyyətlə biz hesab edirik ki, gəlirli biznes qurmaq və ya sistemli iş yaratmaq üçün ən birinci şərt gücümüzün vahid istiqamət üzrə istifadə edilməsidir. Bu uğurlu biznesin ən vacib elementlərindəndir.

İlk əvvəl qeyd etməliyəm ki, bu məsələ nəyin ki, Azərbaycan butün dunyada belədir. Lider şirkətlərin uğur hekayəsini təhlil etsək bunu rahatca başa düşərik. Məsələn:

  • Gilette yalnız təraş üçün istifadə edilən vasitələrin satışı ilə məşğuldir. Brendin güclü tərəfi bu olduğu üçün digər biznes sahələrini girmir;
  • Mann brendi yük avtomobilləri istehsal edir. Şirkət bu sahədə böyük təcrübəyə malikdir. Bu ona ciddi üstünlüklər yaradır. Mann digər sahələrə “baş qoşmur”;
  • Wall Mart və ya İKEA əsas istiqamət üzrə pərakəndəçiliyin üzərində inkişaf edirlər. Bununla paralel heç bir brend öz istehsalının qurulması barədə düşünmürlər. Burada əsas məntiq məhz, şirkətin gücünün pərakəndəçilikdə olmasıdır.

Eyni misalları biz Azərbaycan brendlərindəndə gətirə bilərik. Bizim ölkədədə güclü, lider şirkətlər məhz güclərini cəmləşdirə bilən şirkətlərdir. Məsələn mebel sektorundan misal olaraq buna Zivella, Palitra kimi şirkətləri göstərmək olar. Bu şirkətlərin hər biri uğurlu biznesi dar ixtisaslaşmanın üzərində təşkil etmişdir və bugün heç bir şəkildə öz “nişalarından” çəkilmək fikirləri yoxdur.

Uğurlu və güclü biznes qurmaq üçün butün resursların vahid nöqtə üzrə konsentrasiya edilməsi çox vacibdir. Biz çalışmalıyıq ki, öz məqsədimizə uyğun olaraq gücümüzü heç bir şəkildə bölməyək.

Məsələn mən Embawood-an çıxdıqdan sonra mənə çox saylı iş təklifləri gəlir. Mən bu təklifləri əlbətdə nəzərdən keçirirəm, əlbətdə bu təkliflərin hər biri mənim üçün vacibdir və s. Amma məni düşündürən digər məsələdir. Yalnız bizim bugün ki, bilik dərəcəsi və hədəflərimizlə uyğun gələcək iş mənim üçün əlbətdə cazibədar görünə bilər.

Gücün parçalanması anlayışı biznesi butün sahələrində istifadə edilməlidir. Bir neçə misalla fikrimi dahada açıqlayım:

  • Yeni brend yaradılması prosesində çoxlu sayda SKU ilə bazara girmək doğru deyil. Belə olduqda brend (və ya yeni məhsul) öz gücünü parçalayır və uğur qazanmaq çətin olur;
  • Mağaza açılışında hamı üçün, hər şey satmaqdansa, vahid seqmentə xitab etmək hər zaman daha effektiv olur. Az olsun, saz olsun;
  • Reklam çəkilişlərində. İnformasiya fokuslaşmış və sadə verilməlidir. Belə olmadıqda reklamın təsiri parçalanır və hədəf kütləyə heçnə çatmır (lap marketoloq kimi danışdım, deyəsən!))
  • Yeni biznes açılışında. Sahə dəyişəndə diqqət parçalanır. Həm köhnə, həmdə yeni biznesə zərbə dəyir və s.

İstənilən işdə uğur qazanmağın yeganə yolu, məhz düzgün formada gücünü başa düşmək və gücü parçalamadan istifadə etməkdən keçir.

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close