image_pdfimage_print

Bu yaxında bir nefər maraqlı adamla tanış olmuşam. Dövlət strukturundan işləməsinə baxmayaraq son dərəcə innovativ və sistemli düşüncə qabiliyyətinə malikdir. Açığını deyim, bizdə (və butün dunyada) belə adamlar özəl sektorlarda, biznesdə olurlar. Bu necə nazirlikdə işləyə bilir?! Neysə… Dostumuzla söhbət etdikdə o son dərəcə maraqlı bir tezizlə çıxış etdi: “İnternet əslində bizim ömrümüzü uzadır”. Maraqlı tezisdir. İcazə versəniz bu fikri açıqlamaq istəyirəm.

Düşünün ki, internet yoxdur və biz hansısa məlumatı təcili olaraq xarici ölkəyə çatdırmalıyıq. Bugün WhatsApp vasitəsi ilə istənilən foto, sürətli şəkildə lazım olan ünvana gedə bilir. İnternet olmasa bu mümkündürmü?! Təbii ki, yox. Bəs biz bu funksiyanı necə həyata keçirəcəyik? Sözsüz ki, eyni hədəfə çatmaq üçün biz daha çox resurs, daha enerji və ən əsası daha çox zaman sərf edəcəyik. Bilirsizdə zaman, bizim ömrümüzün bir hissədir.

Beləliklə WhatsApp əslində bizim ömrümüzü uzadır. Çünki biz eyni hədəfə çatmaq üçün ömrümüzdən daha az vaxt sərf edirik. “Qənayət” etdiyimiz vaxt bizim ömrümüzü qalır. Ömrümüz uzanır!

Bugün Skype bizi dünyanın istənilən yeri ilə son dərəcə rahat bağlantı qurmaq şəraiti yaradır. Arıq hansısa bir ölkəyə zəng edib, kimisə telefona çağırmaq kimi vaxt itikisi yoxdur. Siz istənilən şəxsi Skype goruşub hansısa bir məsələyə razı sala bilərsiniz və s.

Düşünün ki, evinizi təmir etmək istəyirsiniz. Bizim yeni biznes istiqamətlərdən biri olan German Studio Azərbaycanda ilk dəfə olaraq mətbəx mebelində 3D effektlərdən istifadə edə bilir.

Düşünün ki, Siz evinizin təmirindən qabaq German Studio gəlirsiniz. Bizim dizaynerlər Sizin mənzilinizi onlayn rejimdə alman dizaynerlərlə birlikdə hazırlayır, mənzilə uyğun mebellər seçir və Siz evinizi 3D formatda görə bilirsiniz. Hansı divar kağızı, hansı mebel, hansı xalça və s. sualları həll etməyə vaxtınız getmir. Düşünə bilirsiniz, German Studio internet və xüsusi kompyuter proqramları ilə Sizin mətbəx mebeli seçiminizi necə asandlaşdırır?! Düzdür bu bir premium xidmətdir və qiymətləri çox bahadır. Lakin… alınan məhsul bunu tam kompensasiya edir. German Studio internet vasitəsi ilə bizim vaxtımıza qoruyur. Vaxt isə ömür deməkdir. Ömrümüzü uzadır.

Bu yaxınlarda mən i-phone vasitəsi ilə internetdən gedəcəyim şəhərə təyyarə bileti aldım, otel bron etdim və hava limanından gedəcəyim şəhərin otelinə taksi sifariş verdim. Butün bunlara cəmi 18 dəqiqəm getdi. Bilirəm çoxdur. Amma düşünə-düşünə edirdim. Razılaşın ki, internet olmasaydı mən bu işləri ən azı bir günümü sərf edəcəkdim. Əziyyətidə öz yerində. Beləliklə internet mənim vaxtıma və ömrümə yenə gənayət etdi. Ömrümü uzatdı.

Mənim tanıdığım bir ailə var. Qurban olduğum butün xəstələrə şəfa versin. Bu ailənin uşaqları xəstədir. Onlar internet vasitəsi ilə mualicə üçün xəstəxanalar tapırlar. İnternet yalnız vaxta deyil, həmçinin informasiyanın düzgün və vaxtından yayılmasınada xeyr edir.

Çəkdiyimiz butün misallarda bir məsələ aydın şəkildə ortadır. İnternet, yeni texnologiyalar bizim ömrümüzü uzadır. Çünki internet bizim vaxtımıza gənayət edir. Bizdə (ağlımız varsa) öz vaxtımızı digər işlərə sərf edirik. İnsanlar bir ömürdə daha çox şeylər etməyə vaxt qazanırlar. Onların ömürləri uzanır!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close