image_pdfimage_print

Gün ərzində bu suallı düşünüb özüm-özümə nervilənmişəm. Hal-hazırda mənim üçün son dərəcə əhəmiyyətli 2 vacib layihənin intelektual səviyyədə planını hazırlamaq lazımdır + FMR TV sabah çəkilişidir. Butün bunlara baxmayaraq mən 2013-cü ildə ilk dəfə ciddi olaraq soyuqlamışam (harda mənə soyuq dəydi?!). Dostlar Sizə səmimi deyim, mən bunu sınamışam. Nə vaxt mənim vaxt sıxıntım olur: mən mütləq xəstələnirəm. Buradan bir-neçə nəticəyə gəldim.

Birincisi heç vaxt sağlamlıq haqqında unutmaq olmaz. Əgər bizim işimiz çoxdursa, deməli biz öz sağlamlığımıza daha çox vaxt ayırmalıyıq. Düşünün ki, uzaq yola çıxırsız və çox tələsirsiz. Benzin doldurma məntəqəsinə girsəniz əlbətdə vaxtınız gedəcək. Amma “zapravka” olmadan getmək mümkün deyil, düzdür?! Eləcədə əgər biz həyatdan daha çox nəticə almaq istəyiriksə, sağlamlığımıza daha çox vaxt qoymalıyıq. Fitnes-klub, üzgüçülük və s. mütləqdir!

İkincisi biz hansısa bir vacib işi “tələsik” statusuna salmalı deyilik. Vacib olan heç bir iş tələsik statusunda ola bilməz. Əhəmiyyətsiz işlər tələsik edilsə, heç nə olmaz, amma vacib və strateji layihələr reaktiv formada ola bilməz. Deməli biz öz strateji layihələrimizə ciddi formada hazırlaşmalı və daha əvvəldən nələrisə qurmalıyıq. Tələsən təndirə düşər.

Üçüncüsu xəstəlik bizimlə “zarafat” etməyi sevir. Buna görədə ona çox üz vermək olmaz. Zarafatın yerini bilməyən adamla necə zarafatı saxlamaq olar?! Çox sadə birinci dəfədən onun yerini göstərmək lazımdır. Eləcədə xəstəliyin ilk simptonları olanda müalicəyə başlamaq vacibdir. Ona çox “üz vermək” olmaz.

Sonda bir sözdə deyim, bəzən xəstəliyin özü belə faydalı olur. Adam “xəstəliyi” özünə bəhanə edərək bir-az tənbəlləşə bilir (bilər). Neysə… bu bizim hal deyil. Arzu edirəm heç biriniz vaxtınız az olanda xəstələnmiyəsiniz!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close