image_pdfimage_print

Sizə bir məsələ barədə danışım. Gördüyüm işlərdə, etdiklərin hansısa proseslərdə hər zaman sonda işin sürətinin azaldığını hiss edirəm. Məsələ burasındadır ki, bu yalnız fərdi qaydada deyil, ətrafımda olan proseslərdədə öz əksini tapır. İşin sonunun hər zaman belə ağır getməsi bir neçə vacib nəticələri bizə təqdim edə bilir.

Bu nəticələr barədə Sizinlər fikrimi bölüşməzdən əvvəl görülən işlərin sonunun daim düşündüyümüzdən çətin olacağı barədə misallar verim.

Fikir vermişəm hər dəfə hansısa böyük bir inşaat işinin və ya hansısa layihənin ən çətin tərəfləri sonuncu tamamlama işləri olur.

  • Fabrik tikilmə prosesində hər zaman ən çətin və vaxt aparan proses havalandırma sisteminin və mərkəzi təhlükəsizlik sisteminin qurulması olur
  • Yaşayış binasının inşasında hər zaman ən çətin iş sonuncu tamamlama işləri olur.
  • Hansısa məqalə yazırsansa ən çətin fikrin tamamlanması və ya sonuncu cümlənin yazılması olur.

Düşünün ki, hal-hazırda dissertasiyanı müdafiyə etmişəm. Ali Attestasiya komissiyasında kolleqiyadan keçmişən amma diplom alınması üçün sənədlərin toplanması prosesi mənə çox əziyyət verir. Məni yorur. Hansı ki, dissertasiya mövzüsünün yazılması və aprobasiyadan keçməsi prosesi məndə cəmi 1 ilə bitmişdir.

Yazdığımız kitabın sonuncu dəfə oxuyub yoxlamaq lazımdır. Bu iş düz bir aydır uzanır. Düşünün ki, kitabın yazılışı prosesinə cəmi 2 ay vaxt sərf etmişik.

Belə misalları əlbətdə çox göstərə bilərik. Amma bununla belə vacib olan bir məsələ var. Hansısa bir işi başlamaq azdır, vacib olan bu işin sona çatdırılması prosesidir. Vacib olan nəticəyə çatmaqdır. Sizinlə bir neçə dəfə danışdığımız kimi, prosesə deyil, nəticəyə aksent etmək vacibdir.

Çox zaman məndən soruşurlar: “Hansı tip adamlarla şəriklik (partnyorluq) etmək olmaz?”. Mənim cavabım hər zaman olduğu kimidir “Hədəfə yönəlməyən adamla partnyorluq etmək təhlükəlidir” (Söhbət sırf biznesdən gedir).

Hədəfə çatmağın vacib olduğunu qəbul etsək deməli böyük işləri icra etmək üçün məhz sonuncu mərhələlərə fikir vermək lazımdır. İşin uğuru və ya nəticə sonuncu hissədə meydana çıxır. Mən hər zaman fikir vermişəm, işlərində uğurlu olan şəxslər daim işi sonuncu nöqtəyə qədər müşahidə edirlər. Təcrübəsiz adamlar isə tam əksini edirlər. Onlar butün güclərini layihənin məhz başlanğıc mərhələsinə qoyurlar. Son yaxınlaşanda ya onların həvəsi olmur, ya da ümumiyyətlə resursları.

Mən şahmatla aktiv məşğul olduğum vaxtlar Ukraynada keçmiş dünya çempionu Anatoli Karpova belə sual verdim: “Qrossmester olmaq ən çox nəyin üzərində işləmək lazımdır?” Karpovun cavabı sadə oldu: “Qrossmester olmağən üçün, sən gərək endspieli (oyunun sonu), butün digər hissələrdən yaxşı oynaya biləsən”.

Ümumi olaraq dediklərimizdən aşağıdakı nəticələrə gəlmək olar:

  1. İşin canı nətəcədir – nəticə sonda həll edilir. Hər bir işdə nəticə sonda bilinir və yüksək nəticə əldə etməyin yolları məhz sonda düzgün icranın olmasıdır.
  2. İşin sonunda biz həvəsdən düşürük. Bu çox böyük səhvdir. Biz işdən həzz almağı yalnız sona saxlamalıyıq. Prosesindən həzz aldığınız işlərdən ehtiyyatlı olun, onlar bizi hədəfə çatmaqdan yayındıra bilir.
  3. Heç vaxt starta enerjizi tam istifadə etməyin. Bu Sizi sonda enerjisiz qoya bilər. Layihənin miqyasından asılı olmayaraq, sona güc saxlayın. Əmin olun, ən lazımlı proseslər sonda olur.
  4. Heç bir narazılıq və sözlərə fikir vermədən gördüyünüz işi tam təhvil alın. İşi bitməmiz saxlamayın.

Əlbətdə çalışdığımız sektordan asılı olmayaraq işin uğurlu olub-olmaması sonuncu mərhələdən asılıdır. Bu baxımdan işin sonuna son kimi deyil, yeni bir uğurun başlanğıcı kimi baxmağımız lazımdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close