image_pdfimage_print

Biz hamılıqla başa düşürük ki, muasir biznesi brendinq fəaliyyəti olmadan aparmaq mümkün deyil. Təklif edilən məhsulun növündən, qiymət seqmentindən və ya müştərilərindən asılı olmayaraq brendinq mütləq qaydada vacibdir. Bununla yanaşı brendinqin əsas təhlükəsi məhz “qara kopyalama” faktorudur. Brendləri kopyalamaq, bəzən yeni brend yaratmaqdan daha asand, daha sadə olur. Amma brendlər var ki, onları kopyalamaq sadəcə mümkün deyil. Bu brendləri biz kopyalanmayan brendlər adlandırırıq. Biz bu yazıda Sizinlə kopyalanmayan brendlərin yaradılma yollarından danışmaq istəyirik.

İlk əvvəl qeyd edim ki, bugün həqiqətəndə muasir brendinqin ən böyük təhləkəsi kopyalanmadır. Bunun bir neçə səbəbləri var. İlk əvvəl bu səbəblərdən danışaq.

  1. İstənilən brendinq fəaliyyəti özündə əlavə xərclər yaradır. Brend qurmaq üçün mütləq investitsiya lazımdır. İnvestitsiya prosesi biznesdə dolayı yolla müştərilər üçün xərc deməkdir. Başqa sözlə desək brendlərin yaradılmasına qoyulan investitsiya dolayı (və ya bir başa) yolla müştərilərin cibindən çıxır. Brendlərin qiyməti eyni kateqoriyada olan digər məhsullardan daha baha olur. Təbii ki, bu brendinqə pul qoymadan eyni şeyi etmək istəyənlər üçün, yaradılan brendləri sadəcə kopyalamaq “imkanları” yaradır. Məhz buna görə bugün dünyada brendinqsiz – brendlər meydana gəlir.
  2. Brendinq fəaliyyəti özündə know-how tələb edir. Məsələn İKEA dünyada fərqli müştəri davranışları yaradır və bunu kopyalama bazasıdır. Məsələn McDonalds özündə xüsusi xidmət mədəniyyəti yaradır və bunu kopyalayaraq, daha münasib qiymət təklif etmək olur və s. Özləri know-how pul xərcləmədikləri üçün məhşur brendləri kopyalayaraq daha ucuz qiymət təklif vermək imkanları yaradır.
  3. Brendinq fəaliyyəti (ümumiyyətlə biznes fəaliyyəti) insanların üzərində qurulur. Bəzən şirkətin menecerləri, sadəcə rəqib şirkətə gedərək illərcə öyrəndikləri brendinq təcrübəsini rahatca digər şirkətlərdə kopyalaya bilir (yenilik emal edə bilər). Bununla brendlərin kopyalanma ehtimalı dahada asanlaşır.

Bəs Sizcə yuxarıda sadaladığımız şərtləri aradan qaldırmaq, brendlərin kopyalanma risklərini yox etmək üçün hansı alətlərdən istifadə etmək lazımdır?!

Bu suallın cavabı güclü brendlərin təhlilindən keçir. Gəlin bir neçə əfsanə brendlərin keyslərinə baxaq. Sonda biz Sizə nəticəni elan edəcəyik. Əvvəlcə xarici brendlərdən danışaq.

Zappos brendi. Amazon tərəfindən 1,2 mlrd. dollara alınan brendin əslində əsas vəsaiti cəmi 2,5 mln. dollar kimi qiymətləndirilir. Bəs Sizcə Amazon niyə Zappos brendini bu pulu verdi?! Sizcə niyə Amazon özü bunun alternativini etmədi?! Səbəb çox sadə edi, Zappos öz brendinqinə korporativ mədəniyyət aşılamışdı. Hamı intertnet startup edə bilər, amma çox az adam… müştərilərə xoşbəxtlik təklif edə bilər. Şirkətin əfsanəvi eks-sahibi Tomi Şey (Tony Hsieh) Amazon kimi dünya nəhənginə məhz kopyalanması mümkün olmayan brendlə qalib gəldi (Amazon brendi tam əlacsızlıqdan aldı, çünki gələcəkdə dahada böyüməsindən qorxdu). Zappos-da vacib olan ayaqqabı deyil, vacib olan heç internet serveridə deyil, vacib olan işçilərin müştəri sevgisidir. Hamı belə sayt yarada bilər, hamı heç kim Tomi Şey kimi işin üstünə öz mədəniyyətini aşılaya bilməz. Hamı brend konseptsiyada öz fərdiliyini önə çıxara bilməz. Bunu brend sırf şirkət sahibinin bir-başa işin üstündə durması, şirkət daxili mədəniyyətin yaradıcısı olmağı ilə təmin etdi. Mən Sizə tezliklə Zappos haqqında ayrıca yazaram.

Apple brendi. Bir vaxtlar Microsoft, İBM kimi şirkətlər dünya portativ kompyuter bazarında yekdil lider edilər. Kim düşünə bilərdi ki, hansısa bir “alma” o boyda imperiyaya qarşı çıxa bilər. Kim düşünə bilərdi ki, Apple şirkətin butün məhsulları bazarda olan analoqlarından daha baha satılmağı ilə, ən çox satan ola bilər?! Bunu Apple bacardı. Necə bacardı?! Məhsula Stiv Djobsun unikallığını qatmaqla bacardı. Apple istənilən məhsulunda Stiv Djobsun obrazı canlanır, onun düşüncə tərzi, onun xasiyyəti, onun xüsusi dəsti-xətti hiss edilir. Rəqiblər Apple hər bir elementini kopyala bilər, amma Stiv Djobsun verdiyi enerjini kopyalamaq mümkün deyil. Məhz buna görə Apple hələdə kopyalanmayan brendlərin siyahısındadır.

Bəs yerli brendlər?! Yerli brendlər silsiləsindəndə bir misal gətirmək istəyirəm.

Orxan Aslanov brendi. Siz düşünürsüz ki, Orxanın çəkdiyi fotolar o qədər bənzərsizdir?! Bəlkə düşünürsüz o foto çəkilişlərində işıqlarla hamıdan daha yaxşı oynayır?! Belkə onun kamerasından heç kimdən yoxdur?! Əlbətdə bunların heç birinin cavabı müsbət deyil. Sadəcə Orxan – Orxan Aslanovdur. Məhz Orxan Aslanov adına, onun brendinə görə Orxanın foto çəkilişləri ortalama bazar qiymətindən bahadır. Bu brendi kopyalamaq mümkündürmü?! Əsla yox. Hər bir şəkildə Orxanın fərdiliyi, Orxanın Orxanlığı ortaya çıxır və bu fotoqraf brendini heç kim kopyalaya bilməz. Onun şəkillərini çəkmək olar, amma Orxanın çəkdiyini çəkmək olmaz və s.

Əziz oxucu mən Sizin vaxtınızı çoxlu sayda misallarla almayım. Əsas odur ki, Siz mənim demək istədiyim fikrə artıq hazırsınız.

Yuxarıda dediklərimi nəzərə alaraq kopyalanmayan brend yaratmaq üçün, brendin yaradıcısı özünü məhsulun tərkib hissəsi etməlidir. Rəqiblər hər şeyi kopyalaya bilərlər, lakin Sizin özünüzü heç kim kopyalaya bilməz. Hətta Çinlilərdə!

Düşünün, suallınız olsa hər zaman burdayam!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Atalar sozumuz yadima dusdu. Deyir menim ayaqqabimi geyine bilersen amma menim kimi yeriye bilmez. Ela yazidir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close