image_pdfimage_print

Bugün Marketinq AİR çərçivəsində təqdimat etmə qabiliyyətinə yönəlmiş xüsusi marketinq kursu olacaq. Biz Stiv Djobsun etdiklərini konkret misallarla öyrənəcəyik.

Biz inanırıq təlimdən sonra bunun kimi, prezentasiya etməyin yollarını biləcəyik.

Marketinq AİR çərçivəsində biz iştirakçılara ev tapşırıqları vermişdik. Bu tapşırıqların yerinə-yetirilməsi mükəmməl görünsədə bir xırda, lakin xırda olduğu qədər vacib məsələni hiss etdik. Yaxşı marketoloqun ən güclü silahı – gözəl inandırma qabiliyyəti və ya təqdimat bacarığıdır. Daha əvvəl demişdik ki, yaxşı təqdimat edə bilməyən adamın satışda işləməsi mümkün deyil. Bu baxımdan mən bugün Marketinq AİR proqramından kənarlaşaraq marketoloqun ən güclü silahı barədə təqdimat edəcəm. Daha konkret desək…

Daha konkret desək bugün aşağıda olan mövzular barədə söhbət edəcəyik.

  • Təqdimatlarda slaydlar necə hazırlanmalıdır
  • Təqdimatın quruluşu necə olsa məntiqli olar
  • Təqdimatda bədən dili
  • Təqdimatda səsin dəyişməsi
  • Metaforalardan istifadə
  • Siyasətçilər necə edirlər
  • Yaxşı danışmaq niyə vacibdir
  • Maliyyəçi ilə Marketoloqun fərqi nədir?!
  • Təqdimatlarda necə səhv etmək olar?!
  • Ekspromt olarmı?!
  • Və s. (əslində Sizə əmin edirəm, “və s.” daha əhəmiyyətli ola bilər)

Bu təqdimata mən çox güvənirəm. Mən hesab edirəm ki, əgər bugün biz uğurla AİR-çilərə təqdimat etmə qabiliyyətini aşılaya bilsək… bizim məzunlar çox güclü “silahlanmış” olacaqlar. Mən inanıram ki, bugün olan təlimdən sonra bizim AİR-çi dostlarımız aşağıdakılara hakim olacaqlar:

  1. Onlar öz fikirlərini çalışdıqları şirkətlərdə gözəl əsaslandıra biləcəklər. Biz çox saylı marketoloq dostlarımızı tanıyırıq… onlar əslində marketinq bilikləri yüksəkdir, lakin inandırma qabiliyyəti olmadığını görə biznesdə fərqlənə bilmir.
  2. Bu təlimlə AİR-çilər müşahidə etmə qabiliyyətini bir-başa olaraq praktikada istifadə edə biləcəklər. Onlar artıq istənilən yerdə, ətrafı müşahidə edərək, məsələləri hiss edəcəklər. Bu marketoloq üçün vacibdir.
  3. Bu təqdimatla AİR-çilər öz fikirlərini düzgün ifadə edə bilmə imkanları əldə edəcəklər. Biz maksimum öz iş təcrübəmizdə etdiyimiz 100-lə prezentasiyalarda buraxdığımız səhvləri maksimum sadə formada izah edəcəyik. Marketinq AİR məzunları bunu hiss etməlidirlər.

Butün AİR-çi dostlarımızı təqdimatda gözləyirik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close