MBA-də işlərimiz haqqında...

Dostlarımızın bildiyi kimi, biz hal-hazırda iki Ali məktəbdə Marketinq ixtisassı üzrə MBA tələbələrinə dərslər deyirik. İqtisad Universiteti və Turizm Universitetlərində. Sizə səmimi deyim, Ali məktəbdə işə başlamazdan əvvəl tələbələrimiz barədə düşüncə neqativ edi… bugün isə çox sevinirəm Azərbaycan gəncliyi təhsilə daha maraqla yanaşır. Mənim gördüyüm MBA tələbələrini bir sözlə ifadə etmək istəsək məncə bu söz aşağıdakı kimi olar:

Bugün dərs dediyim ali məktəb tələbələrini nəzərə alaraq deyə bilərik ki, Bizim tələbələr öyrənməyin, təhsilin, praktik bilgi əldə etməyə çox maraqlı və həvəslidirlər. Artıq mən hiss edirəm ki, bəzi köhnə fikirlərin bugün yeri yoxdur. Məsələn?!

  1. Daha əvvəl belə bir fikir var edi ki, gənclərin oxumağa marağı yoxdur. Əsla elə deyil. Bugün bizim dərslərimizdə olan gənclər sözün əsl mənasında məndən dərs, tədris, bilik tələb edirlər. Dediyim hər bir sözün, işlətdiyim hər bir cümləni dəfələrlə soruşurlar. Bu o deməkdir ki, gənclərimizin təhsilə marağı çoxdur.
  2. Daha əvvəl Ali məktəblərimizin tədris bazası çoz zəif edi. Bugün bu qətiyyən belə deyil. Məsələn, mənim dərs dediyim İqtisad Universitetində istər metodiki bazanın vəziyyəti, istərsədə sinif otaqlarının səliqə-səhmanı oxumaq üçün tam həvəs verir.
  3. Yaxşı işdə işləmək üçün oxumaq yox day-day lazımdır. Qətiyyən yox. Bugün yaxşı işdə işləmək üçün düzgün zəkaya, praktik bilgiyə, savadı ehtiyyac var. Bunun üçün gərək tələbə ali məktəbdə keçirilən hər bir dəgigənin qiymətini bilsin.

Ümumiyyətlə bugün Azərbaycanda ikinci oxuma erası başlayıb. Bugün təhsilə, elmə maraq son dərəcə yüksək səviyyədədir. Səbəb?! Səbəb əlbətdə bazar iqtisadiyyatının gətirdiyi faydalardadır. Biz artıq bilirik ki, nesə bilməsək işlərimiz yaxşı olmayacaq, yümşaq desək.

Bəs bugün Azərbaycanda MBA əsas problemi nədir?!

Sizə çox açıq və net şəkildə deyim – bugün əsas problem bizdədir – biz müəllimlərdə. Sadəcə tədris deyən adamlarda.

Tələbələrimiz biliyə “acdır”. Tələbələrimiz biznes düşüncəyə “acdır”. Tələbələrimiz kreativ tədris metodoloqiyalarına “acdır”. Tələbələrimiz praktik bilgiyə, biznesin içində gələn səslərə “acdır”.

Biz hesab edirik ki, muasir dövrdə tələbələri sadəcə düzgün mühazirələr deməklə, onlara biznes bilgisini vermək olmaz. Biz mütləq tələbələrimizi bilginin istehlakçısından, istehsalçısına çevirməliyik. Biz elə etməliyik ki, tələbələriz dərsdə özlərini rahat və informasiyaya açıq hiss etsinlər. Ən böyük problemlərdən biridə son dərəcə səhv formada qoyulmuş tələbə – müəllim münasibətləridir. Müəllim tələbənin dostudur. Bu yalnız şuar deyil, bu pedagoji düşüncə tərzi olmalıdır, məncə.

Daha bir məsələ bugün MBA-da mütləq qaydada biznes etikası, prezentasiya qabiliyyəti, inandırma, vaxtın idarəedilməsi, sahibkarlıq məntiqi kimi dissiplinalara məncə ciddi ehtiyyac var. Bu dərsləri keçərək məncə bizim tələbələrimiz daha tez bir şəkildə biznes idarəetmə üzrə menecer ola bilərlə.

Mən bizim Ali məktəblərimizin inkişaf dinamikasını görüb, gələcəyi son dərəcə umidliyəm. Mən əminəm ki, tezliklə bizim MBA məzunları öz sözlərini iş həyatında deyəcəklər. Həmçinin mən biznesin içində olan butün dostlarımıza ali məktəbdə dərs deməyin nə qədər vacib olduğunu bir daha xatırlatmaq istəyirəm. Biz öz ali məktəblərimizdə olan təhsilə gülməkdənsə, özümüz zəhmətimizlə nəyisə dəyişə bilərik.

Düzdür?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: