image_pdfimage_print

İstər sosial şəbəkələrdə, istərsədə gündəlik işlərimizdə bir çox dostlarımızın müxtəlif mövzularda fikirlərini oxuyuram (eşidirəm). Biznes etika, şəxsi həyat, və ya karyera cəhətdən baxsaq elə mövzular var ki, bu haqda çox danışmaq bir mənalı şəkildə meneceri gözdən sala bilər. Bu hansı mövzulardır?

Hamımıza məlumdur ki, bir mənalı qarşılanmayan və əslində həqiqətin çox dərində olduğu, bəlkədə ümumiyyətlə subyektivliyə əsaslanan mövzular var. Belə mövzular barədə hamının içində fikir bildirmək bizi lazımsız mübahisələrə aparır. Bu mövzuları sadalayaq…

  • Siyasi mövzular
  • Dini mövzular
  • İdman, futbol (Fenerbahçe, Galatasaray və s.)
  • Millət, yerlilik (baxır harda və necə)
  • Təhgir xarakterli mövzular

Mən bu mövzular haqqında olan fikirlərimizi Sizinlə bölüşməzdən əvvəl qeyd etmək istəyirəm, səhv yerdə deyilən soz, bizi nəyin ki karyera, həmdə bir insan kimi son dərəcə pis vəziyyətlərə sala bilər.

Siyasi mövzular. Siyasətdə düzgün və ədalətlilik prinsiplərini gözləmək doğru deyil. Şəxsən mənim üçün siyasət bir peşə fəaliyyətidir. Bu peşənin gözəl PR-ı var, bu peşə əhali arasında o qədər geniş yayılıb ki, çoxlarımız özümüzü “oxumamış alim” hesab edirik. Siyazi mövzularda butün fikirlər sırf subyektivliyin üzərində qurulur. Hansısa menecer dostumuzun (menecer – rəhbər deməkdir bizim üçün) siyasi mövzuda əminliklə fikir söhləməsi onun sevməyən adamların sayını çoxalda bilər. İkinci tərəfdən siyasətə aşırı alüdə olmaq, bizi səhv istiqamətə aparır. Axı siyasət bir peşədir və bu peşə sahiblərinin tamamiylə başqa prioritetləri var. Biz siyasətdən danışaraq, kiminsə fikirlərini danışırıq, eyni zamanda hansısa siyasətçinin əksini deyirik. Menecer siyasi fikirlərini heç bir şəkildə cəmiyyət içində bölüşməli deyil.

Dini mövzular. İnsanlar üçün ən əlçatmaz və metoforalı mövzu dindir. Biz dindən danışarkən tam subyektivlik amilini ortaya qoymuş oluruq. Sosial şəbəkələrdə bəzən dostlarımızın hansısa dini açıqlama verməsini başa düşə bilmirəm. Onların bununla nə demək istəyirlər?! Din haqda aktiv danışmaq, fikir bildirmək heç bir şəkildə bizə “xal” qazandıra bilməz. Həmçinin unutmayaq ki, insanların ən rahat idarəedilmə elementi dini məsələlər ola bilər. Sosial şəbəkələrdə dini faktorlardan danışmaqla biz həm özümüzü, həmdə insanları səhv istiqamətə yönləndirə bilərik. Bu bizi gözdən sala bilər.

İdman, futbol. Galatasaray – Fenerbahçe futbolundan sonra düşmən olan bilirsiz neçə nəfər var?! Bu hələ üzdə görünənlərdir. Mən futbolu çox sevirəm, amma derbi oyunlarında sadəcə gözəl futbola baxmaq istəyirəm. Həqiqət tam olmayan və hər iki tərəfin doğru olduğu mövzular haqqında neqativ fikir demək heç birimizi xeyr gətirə bilməz.

Millət və yerlilik. Bizim buraxacağımız ən böyük səhvlərdən biridə əlbətdə hansısa millət və ya yer haqqında ümumi mənfi və ya müsbət fikir demək ola bilər. Cəmiyyət içində belə mövzular danışmaq bizi heçnədən gözdən sala bilər. Burada bir məqam deyim, anadan olduğunuzu yeri önə çıxarmaq Sizin şəxsi brendinqiniz üçün vacibdir. Əgər ətrafınızdakıların çoxu Bakıdan, Siz isə Yevlaxda anadan olmusunuzsa bunu demək lazımdır. Lakin heç bir şəkildə hansısa millət (ləzgi, avar, talış, türk və s.) və ya yer (Yeraz, Gurcustanlı, Qazaxlı və s.) haqqında cəm şəkildə fikir demək çox risklidir və bizi pis vəziyyətə sala bilər.

Təhgir xarakterli mövzular. Heç bir şəkildə təhgir xarakterli sözlər yazmayın. Sizi əmin edirəm, bu Sizi heç vaxt xeyr verməz. Vacib deyil, bu kim və ya nə haqdadır. Sosial-şəbəkədə, insanlar arasında deyilən hər bir təhgir xarakter söz sonra Sizin üzərinizə bumerang olaraq gələ bilər. Həm Siz təhgirə layiq adamı təhgir etsəniz belə özünüzü onun səviyyəsinə salmış olursunuz.

Mən düşünürəm ki, biz dediklərimiz sözlərə, yazdıqlarımız statuslara ciddi əhəmiyyət verməliyik. Bununla biz həm daha çox dost, həmdə sağlam münasibətlər yaratmış olaraq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close