image_pdfimage_print

Son vaxtlar bir məsələyə diqqət edirəm: bəzi adamlar danışmağı hər zaman nəsə etməkdən üstün tuturlar. İstər sosial şəbəkələrdə, istər gündəlik həyatımızdan çoxlu boş-boş danışan adamlar görürəm. Bu adamların ən böyük problemi bilirsiz nədir?! Bunlar danışırlar, amma icra etmirlər. Dalaşırlar, amma kiminlə və nə uğrunda bilmirlər. Yox deyirlər, amma nəyə YOX dediklərini bilmirlər… və əsası bunlar biznesdə, dostluqda uğur qazana bilmirlər. Mən bu yazını artıq belə olmuş adamlara deyil, birdən belə ola biləcək dostlarımıza ünvanlayıram. Qardaşlar mən bilirəm ki, bizim bloqumuzu bunlar oxumurlar, amma hər ehtimala qarşı bir-neçə müqayisə vermək istəyirəm. İcazənizlə, başlayaq?!

Onlar Almaniyanın aparıcı qlobal biznes akademiyası ilə razılıq əldə edirlər, Azərbaycanda ilk dəfə praktik marketinq kursları yaradırlar. Bu kursların artıq 150-ə qədər məzunu olur. Məzunlar isə kursları bitirdikdən sonra karyeralarında ciddi uğurlar əldə edirlər. Bunlar… bir-iki ingilis dilli söz öyrənib danışırlar

Onlar Azərbaycanda ilk dəfə onlayn marketinq televiziyası yaradırlar. Bu televiziya üçün çəkilişlərdə tam öz vəsaitləri ilə verilişlər çəkirlər. Bunlar… televiziyadan kənardan yenədə danışırlar.

Onlar Azərbaycanda ilk dəfə Milli Marketinq Forumu edirlər. Marketinq bir ixtisas kimi prinsipial yeni səviyyəyə qaldırmaq istəyirlər. Ölkə marketoloqları ciddi olaraq bir araya toplaşır. Xaricdən qonaqlar gəlir… və butün bunlar demək olar ki, pulsuz deyiləcək bir məbləğə olur. Bunlar… bunlar yenədə danışırlar… danışmaqları bir yana foruma gəlmirlər))) (onlarsız da nə forum?!)))

Onlar ölkənin aparıcı ali məktəblərində dərs deyirlər. Hər bir dərsə ciddi olaraq gecə-gündüz hazırlaşırlar. Onlar hansısa şirkətlərdə, hansısa sahələrdə çalışa-çalışa ali məktəb fəaliyyətinə önəm verirlər. Çünki bilirlər ki, güclü marketinq, güclü ali təhsildən başlayır. Bunlar… bunlar orda-burda Azərbaycan təhsilinə gülüb yenədə ingiliscə danışırlar!)

Onlar pullarını yığıb (az-çox olanlarını), gənclər üçün marketinq kitabxanaları yaradırlar, onlar gənclərlə tez-tez görüşür təlimlər, treninqlər, seminarlar verirlər. Bunlar… yenədə bahalı restoranlarda oturub kitabxanada olan kitabların azlığına gülüb danışırlar…

Onlar marketinq düşərgələri yaradır. Gənclərə marketinq sevgisini tam aşılamağa calışırlar. Bunlar isə gənclərə danışmaq aşılayır…

Onlar 260 nəfərlik salona 320 nəfər adamla biznes və marketinq istiqamətində görüşlər keçirirlər. Bu görüşdə xaricdən gələn təlimçilər iştirak edir. Bunlar… bunlar yenədə danışırlar!)

Bilirsiz dostlar mən bloqda “əlbəttə” yerinə “əlbətdə” yazıram, mən bloqda “g” “q” ilə səhv salıram… mən hətta internet sözündə olan “İ” hərfini xırdada yazıram… amma bizim bloqda 400-ən çox yazı var. Bizim bloqun abunəçi sayı, gündən-günə artır və mən çox inanıram ki, bu yazdıqlarımız Sizin üçün faydalıdır. Başqa hansı bloq var?! Bunların niyə bloqu (kitabı, jurnalı, gəzeti) yoxdur?!

Çox istəyirəm ki, yuxarıda sadaladığım hər birin işin yanında əlavə alternativlər olsun. AMMA bunlar yenədə danışırlar!) Görəsən biz kimin tərəfinə keçək?! Onların ya Bunların?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Biz ONLARIN tərəfindəyik və cəsurcasına marketing silahıyla silahlanıb ordu şəklində ONLARLA çiyin-çiyinə BUNLARI məhv etməyə doğru gedirik. BUNLAR isə yenə də boş-boş danışırlar

  2. Oxuduğum ən gözəl yazılardan biri, təşəkkürlər.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close