Monthly Archives Noyabr 2013

Bugün Marketinq AİR təlimləri çərçivəsində tələbələrimizə “Brend nədir?” mövzusunda ev tapşırığı vermişdik. Son dərəcə kreativ və istəkli iki prezentasiya izlədik. Əlbətdə qalib yalnız bir komanda olsada, əsas qazanan biz olduq. Biz bu ev tapşırığı ilə öz məzunlarımıza bir daha brendinqin əhəmiyyətini başa sala bildik. Brendlər muasir biznesdə mütləqdir. Biz bugün birinci yazımızın davamı olaraq, muasir biznesi məhv edən “cəlladlardan” söhbət edəcəyik. Brend cəlladlarından.

Bu yazı ilə bloqumuzda 400-cü postumuzu Sizinlə paylaşmış oluruq. İlk baxışdan ciddi bir rəqəm kimi görünsədə, qlobal bazda son dərəcə zəif və bəsitdir. 400 yazı nədir ki?! Kraynovların, Tinkofların, Set Godinlərin, Michael Hyattların yazdıqlarının heç yarısının yarısıda deyil. Amma Sizi təbrik etməyədə səbəblərimiz var.

Gün ərzində bu suallı düşünüb özüm-özümə nervilənmişəm. Hal-hazırda mənim üçün son dərəcə əhəmiyyətli 2 vacib layihənin intelektual səviyyədə planını hazırlamaq lazımdır + FMR TV sabah çəkilişidir. Butün bunlara baxmayaraq mən 2013-cü ildə ilk dəfə ciddi olaraq soyuqlamışam (harda mənə soyuq dəydi?!). Dostlar Sizə səmimi deyim, mən bunu sınamışam. Nə vaxt mənim vaxt sıxıntım olur: mən mütləq xəstələnirəm. Buradan bir-neçə nəticəyə gəldim.

Mən bölgədə ticarətlə məşğul oluram… və hər zaman hesabatçılıq problemi məni ciddi narahat edir. Açıq deyim, hətta bəzən bu hesabatçılığa görə biznesdən “küsürdüm”. Söhbət açılmışkən deyim… ali məktəbdə oxuduğum gündən, elə indiyənədək mühasibatçılıqdan, maliyyədən xoşum gəlmir. Marketoloq hara, muhasibatçılıq hara?! Sırf carəsizlikdəkdən hər dəfə aylıq hesabatlar zamanı məcbur olub təhlillər edirdim. Amma bugün tanış olduğum kompyuter proqramı məni son dərəcə sevindirdi. Əgər ilin sonunadək bu proqramı mağazalarımda tətbiq etsən… mühasibatın məndən, mənim ondan canı qurtaracaq!

Biz bloqumuzda biznes düşüncəsini daim alqışlayırıq. Belkədə buna görə bloqu öz biznesini açmaq istəyən dostlarımız aktiv şəkildə izləyir. Ən çox verilən suallardan biridə: “Mən biznes açmaq istəyirəm, amma investitsiyanı hardan tapacağımı bilmirəm” olur. Əziz oxucu, əgər Siz öz biznesinizi açmaq üçün kifayət qədər maliyyə dəstəyinə sahib deyilsiniz, deməli hələlik biznes açmaq Sizin üçün tezdir. İlk biznes heç vaxt dayı, əmi və ya atanın verdiyi pulla olmur. İlk biznes üçün kapitalı Siz özünüz qazanmalısınız. Fikrimi açıqlayım.

Bu yaxında bir nefər maraqlı adamla tanış olmuşam. Dövlət strukturundan işləməsinə baxmayaraq son dərəcə innovativ və sistemli düşüncə qabiliyyətinə malikdir. Açığını deyim, bizdə (və butün dunyada) belə adamlar özəl sektorlarda, biznesdə olurlar. Bu necə nazirlikdə işləyə bilir?! Neysə… Dostumuzla söhbət etdikdə o son dərəcə maraqlı bir tezizlə çıxış etdi: “İnternet əslində bizim ömrümüzü uzadır”. Maraqlı tezisdir. İcazə versəniz bu fikri açıqlamaq istəyirəm.

Bakcell şirkətinin bazara çıxardığı yeni smartfonları son vaxtlar diqqətlə izləməyə başlamışam. Əslində bu ideyanı mən Azercell-ən gözləyirdim (yadınıza gəlirsə bu haqda təxminən bir il qabaq yazmışdıq). Amma Bakcell-in belə bir yeniliklə GSM bazarına canlılıq gətirməyi məni bir marketoloq olaraq çox sevindirdi. Bloqumuzun dəyərli oxucuları ilə bu istiqamətdə olan düşüncələrimi paylaşmaq istəyirəm.

Bakcell-in yeni smartfonla bazara girməsi və brendin sərhədlərinin genişləmməsi prosesinə bir neçə aspektdən yanaşaq.

12
Close