image_pdfimage_print

Bilmirəm niyə amma hər keçən gün ətrafımda olan adamların biznes açmaq istəyinin dahada çoxaldığını hiss edirəm. Əlbətdə bu yaxşıdır. Bu o deməkdir ki, artıq insanlar sahibkarlıq ruhunu hiss edirlər, bu o deməkdir artıq “müftə” pul qazanmaq istəyi get-gedə azalır və s. Ölkədə biznesmen sayı nə qədər çox olarsa, biz bir o qədər güclü olarıq. AMMA və LAKİN. Burada bir böyük problemli məsələ var. Biznes açmaq kənardan göründüyü qədər asand deyil və bunun üçün mütləq hazırlıqlı olmaz lazımdır. Hazır olmadan biznes qurmaq insana böyük mənəvi (həmdə maddi) zərbə vura bilər. Bəs necə başa düşmək olar ki, biz biznesə hazırıq və ya hələlik bizim üçün tezdir?!

Bu suala cavab verməzdən əvvəl qısa və konkret şəkildə deyim: “Biznesə başlamaq hər zaman lazımdır və keçən gün Sizə geriyə aparır, əsas məsələ açdığınız işin miqyasını düzgün görə bilməkdir!!!” Burada məsələ biznesə nə vaxt başlamaqda deyil, yeni yaratdığınız biznesin miqyasını düzgün seçə bilməkdir. Yazdıqlarımı bir neçə real misallarla açıqlayım.

Misal №1. Tanıdığım bir nəfər var. Bu dostlarımız yeni biznes açmaq, yeni iş qurmaq haqqında durmadan düşünürdülər. Onlara elə gəlirdi ki, çox geçikirlər və yaranan ilk biznes imkanını reallaşdırmağa başladılar… Düşünün ki, ömürləri boyu heç vaxt bir dənədə olsun məhsulu xaricdən gətirməyən, dostlarımızın tanınmış bir brendin Azərbaycanda tək və ekskkluziv distribyutorları oldular. Bəs sonra?!

Sonra məlum oldu ki, onlar bu biznesə heç bir şəkildə hazır deyillər. Düşünün…

  • Xariclə işləmə təcrübələri yoxdur. Məhsul gömrükdən çıxarılma prosesində elementar hesab ediləcək səhvlər edirlər. Nəticəsə məhsul çox gec və baha şəkildə Bakıya təslim edilir.
  • Təmsil etdikləri brendi tanımaqları bir yana, ümumiyyətlə kateqoriyadan, onun satış texniklərindən xəbərləri yoxdur.
  • Aldıqları distribyutorloq çox iddiyalı markadır. Təbii olaraq ki, marka ciddi investitsiya tələb edir. Dostlarımızın ümumiyyətlə maliyyə qaynaqları yoxdur. Buda azmış kimi, biznesi borc pulu açıblar (bu haqda ikinci misalda ətraflı danışacam).

Əziz oxucu burada heç bir şəkildə problem yeni biznes yaradan dostlarımızın vaxtından əvvəl biznes açmaları deyil. Problem daha dərin və sadədir. Dostlarımızın sadəcə “ayaqlarını yorğanlarına görə uzatmayıb” и все!!!

Misal №2. Bizim digər bir tanışlar yeni bir türk brendini Azərbaycana gətirmək istəyirdilər. Bu məqsədlə dostlar gedib “çöldən” investor tapdılar. Birinci gündən bunun səhv olduğunu dedim. Bilirsiz, yeni açılan bizneslərdə investor böyük maneyələr yaradır. Necə?!

  • Konkret biznes spesifikasından başı çıxmadığı üçün investor düşünür ki, “onun pulunu dağıdırlar, bunun xəbəri yoxdur”. Buna görədə lazım oldu-olmadı sorğu-suallar edir. Nəticədə bu suallar ümumi işə mane olur.
  • Yeni bizneslər risk dərəcəsinə görə əlbətdə çox yüksək olur. İnsan öz pulu ilə risk etdikdə daha ciddi çalışır. Pul investorun olanda, bir növ biznes açan “əlini daşın altına” qoymur. Buna görədə yaranan birinci problemdə, işdən əli soyuyur (pul axı onun deyil).
  • Kiminsə pulu ilə açılan bizneslər çox zaman düzgün idarəedilmir. Bu haqda Sizinlə ətraflı danışmışdıq.

İkinci misalın məntiqi əslində çox sadədir. Yeni açılan biznesə Sizin öz pulunuz çatmalıdır. Biznesin genişlənməsi üçün investor tapmaq olar. Amma ilk biznes Sizin pulunuz çatacaq qədər xırda olmalıdır.

Ümumiyyətlə Sizə deyim ki, biznes açmağa hazır olmağın ən vacib indeqatorlarından biridə şəxsi qazandığın hər pulun olmasıdır. Əgər yeni açacağınız biznesə lazım olan pulu hələ qazana bilməmisinizsə, deməli Siz biznes açmağa hazır deyilsiniz. Borcla, kreditlə ilk biznes açılmaz (diqqət edin, mən ilk biznesdən danışıram, mövcud biznesin genişlənməsi başqa məsələ). Kənardan maliyyə cəlb edilməsi üçün Sizin mütləq çalışan və kifayət qədər rentabelli biznesiniz olmalıdır. Bu biznesi yaratmaq üçün, sadəcə hədəflərinizi xırda hissələrə bölün. Nə edə bilirsinizsə, nəyə imkanınız varsa onu edin.

Bir dəfə yazmışdım, yenədə təkrar edərik: “Ömründə 10 kv.metr yeri rentabelli işlədə bilməyən adamın ticarət mərkəzi açmaq istəyi son dərəcə təhlükəlidir!”

Hər birinizə uğurlu və rentabelli bizneslər arzusu ilə. Unutmayaq: Bugün tezdirsə, sabah gecdir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. cox gozel dediniz ! Genclere ve ozume faydali oldu

  2. cox sag olun faydalaniriq
    Tesekkurler

  3. Beyenilsin! Cox gozel ve biznes biliklerinin tam olmasada 100/ de 75 % tewkil edir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close