image_pdfimage_print

Sizcə savadlı adam necə olur?! Sizcə ümumiyyətlə savad nə deməkdir?! Sizcə savadlı olmaq üçün ayda neçə kitab oxumaq lazımdır?! İndi isə hazır olun. Mən Sizə bir sirr açacam. Hazırsız?! MƏN HESAB EDİRƏM ki, çoxlarımızın qəbul etdiyi savad heç kimə lazım deyil. Vacib olan bilirsiz nədir?!

Vacib olan zehmetsevərlik, informasiya və networkingdir. Qalan məsələlər özləri-özündən düzəlir. Fikirlərimi açıqlamağa başlayım.

Savadlı adam dedikdə çoxlarının ağlına xarici dil bilən, ali təhsili, çox kitab oxumuş adam obrazı canlanır. Müasir dövrdə isə “savadlılıq” anlayışı öz mənasını dəyişmiş vəziyyətdədir. Bugün savadlılıq konkret sahə haqqında informasiya, dünyagörüşü, yorulmadan konkret hədəfə çatmaq üçün fəaliyyət və əlbətdə əlaqə qura bilməkdir. Bunu etmək üçün kitab oxumaq, ali təhsil almaq və ya xarici dil bilmək sadəcə və sadəcə vasitədir.

Vacib deyil, biz ali məktəbə 600 və ya 650 balla daxil oluruq, vacib olan ali məktəbdə oxuduğunuz zaman yolunuzun düzgün seçilməsi, seçdiyiniz yol üzrə maksimum çox informasiya, əlaqələr qurmaq bacarığıdır. Mən bugün dərs dediyim ali məktəblərdə, çalışdığım və ya konsultatsiya verdiyim şirkətlərdə olan ekspertlərə baxaraq əmin oluram ki, yalnız oxumaqla biznesdə uğur qazanmaq mümkün olmur.

Sizə səmimi deyim, 10-11 siniflərdə ümumiyyətlə orta məktəbə az gedirdim. Aktiv şəkildə şahmata alüdə olmuşdum. Təbii olaraq ali məktəbə hazırlaşa bilmirdim. Buda azmış kimi, rus sektorunda oxuya-oxuya azərbaycan dilində imtahan verməli oldum. Cəmi-cümlətəni 240 bal yığdım. Ali məktəbə möcüzə yolu ilə girdim… daha sonra, daha sonra həm ali məktəbi fərqlənmə diplomu ilə bitirdim, həm DAAD (Almaniya) stipendiya aldım, həmdə PhD edərək beynalxalg şirkətdən aprobasiya aldım. Cemi 245 bal. Bugün elə, 600+ ballı tələbələr var ki, mən yox eee, heç kim onları işə götürməz və s. D

Savadlı insanı savadsızdan fərqləndirən əsas xüsusiyyətlərdən biridə məhz dinləmək qabiliyyətidir. Dinləyə bilən hər birimizin qarşısında çox böyük sərvət, çox böyük imkanlar yaranır. Necə ki, güclü marketinq bir-başa olaraq müştərini başa düşmək və dinləməkdən asılıdır, eləcədə savadlı olmaq dinləmək qabiliyyətindən asılıdır. Dinləmək üçün, hamının eşitdiyini deyil, məsələnin məğzini tutmaq şərtdir. Elementar danışıq zamanı heç kimi gözləmədən danışmaqdan tutmuş, düz sadəcə danışıqlara qulaq asıb nəticə çıxarmağa qədər, insanda ciddi savadsızlıq problemləri yaradır. Oxuduğumuz kitablar, bitirdiyimiz ali məktəblər, bildiyiiz dillər deyil, bizi əsl savadlı edən dinləmək qabiliyyətidir.

Belələliklə biz qəbul edirik ki, savadlı olmaq aşağıdakı kriteriyalardan asılıdır:

  1. Əlaqələr qurma qabiliyyəti – networking
  2. Zəhmətsevərlik, yəni konkret hədəfə çataq üçün fəaliyyət
  3. İnformasiya emal edə bilmək – dinləmək qabiliyyəti

İndi Sizə bir qorxulu xəbər verim: bunların heç birini ali məktəblərdə, MBA və ya elmlər namizədi olanda öyrətmirlər. Bu xüsusiyyətlərin hər birini formalaşdırmaq üçün yeganə yol düzgün mühitdir, düzgün mühitə düşməkdir. Dolayısı ilə bizə belə nəticəyə gəlirik ki, savadlı olmağın ən asand və düzgün yolu əlaqələr qurmaqdır. Fikirləriniz maraqlıdır!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

7 Comments

  1. 99% razıyam. Bizim günümüz tehsil sistemi ise bunun tamam eksine yonelmişdir. Daha çox kitab oxuyan ,Daha çox yazan-pozan…inistutlarda ise sovet rejminden qalma daha çox ders=daha çox bilik sersem mentiqe esaslanan qayda. Ona gore de telebeler keçdiyi fenlerin heç adını yadlarında saxlaya bilmir. O ki qaldı nese oyrenek. Ya da Orta tehsil+Ali tehsil+Esgerlik+Magistratura filan… Yaş olub 26-27 hele de biliklenir.Mence bu cür gününü 500 seifelik kitablara serf edenler sadece alim olmaq üçün çalışmalıdırlar. Eyneyini taxsın(Hormetsizlik kimi başa düşmüyün) , kastyumunu geyinsin hansısa bir elm ocağında oz keşflerini etsin,kitab çıxarsın,meqale yazssın filan…biznesinde tetbiqini lazım bilenlerse faydalansınlar bezilerinden.
    Ve men 1% sizinle razı deyilem,ona gore ki bu günkü günde Biznesmen imicini daşıyan adamlar en azından işgüzar seviyyeli Xarici dili bilmelidirler,yeni en azından araşdıran bir işgüzar üçün bu çox vacibdir, mence.

  2. Dedikleriniz gözeldir. Amma Azərbaycan kimi bir yerde cetindir

    • Maraqlidir… bes Azerbaycanda necedir?!
      Bizde tanishlig vaib deyil?
      Bizde informasiya vacib deyil?!
      Belke bizde zehmetseverlik vacib deyil?!
      Bugun Azerbaycanda olan biznes ve ya inkishaf muhiti bir daha olmayacaq. Inanin mene. Ugurlu dostlarimiz bugun ki, veziyyetden istifade edir, zeifler ise… zeifler ise hele her zaman narazi olaraq galir. Bizim bloqu narazi olan adamlar oxuya bilmir)

  3. perfect İlkin müəllim (y)

  4. Sonda birde duzgun muhit dediniz, bu duzgun muhitde duzgun yonlendirme cox vacibdir. Azerbaycanda cox teesufki zamaninda genclerimize destek olanlar cox azdir

  5. cox gozel musahibedir .Sizin ve ENES OLGUN nun fikirlerinizin ortaq mexreci insanin her weye qadir olar olmasidir.(istisna hallardan bawqa)

  6. Men sizin fikirlerinizle 90% razi deyilem
    Cunki insan tehsil almasa onda hec bir yaradicu fikirler oyana bilmez.qaldi ki, biznes saheside. Siz indi elde etdiyiniz ugurlari 240 bal yigmaqla qazandiginizi sanirsiz.duzdu onda calismamisiniz.ve numayis etdirmek istiyirsiniz ki, men 240dan ugurlu netice elde etdim.amma siz axi qeyd etdiz ki.men telebelik heyatimda calisqan olmusan ve evvel etdiyiniz sehvleri(tebii ki, tehsil sahesinde) sonradan duzeltmusiz ve bilik elde edib ugur qazanmisiniz. Belelikle bu telebelikde elde olunmus bilik size komek edib.Eslinde savadsiz biznesmen olmaqdansa savadli mellim olmagi ustun tuturam.tebii ki,savadsiz biznesmen olmur. Netice olaraq onu deyim ki,demeli savad onemlidir. Odur ki , savad kitabin calisqanligin simasinda özünü gosterir.Dil bilikleri de cox onemlidir.Tebiiki savadli adam her kes terefinden beyenilir.savadina gore.(diger sexsi keyfiyyetleri bura qatmiram)Kitab oxumuyan insan beyni nece imkisaf ede biler axu? Diger terefden aldigi informasiyani nece deyerlendire biler? Siz sadece telebelik heyatinda aldiginiz keyfiyyetleri perdeleyirsiz ve 240 bal ile bu ugurlari elde etdiyinizi gosterirsiz.bir nov o bali yiganlar ucun gozel bahane yaradirdiz.deyirler mes. her hansi fenn , kitab,isimde mene mene nece komek eder axi? Bu lazim deyil.oyerenmirem.amma fikirles ki,her hansi fenn sene birbasa olmasa da dolayi yol ile komek edir.beynini inkisaf etdirir.ve senin isinde yaradici olmagi sagliyir. Sizin dediyiniz

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close