Monthly Archives Dekabr 2013

Əziz oxucu, bu bloqla biz 2013-cü ildə son bloq-postumuzu edirik. 2013-cü il öz sevincli-kədərli, qazanclı-ziyanlı, sevgili, dostluqlu günləri ilə sona çatır. Bir neçə saatdan sonra bizi yeni – 2014cü il gözləyir. Əlbəttə butün oxucularımızı bu gözəl gün münasibəti ilə təbrik edirəm!!!

Mən arzu edirəm ki, qarşıdan gələn 2014-cü il hər birimizin həyatına bol-bol sevinc bəxş etsin. Bizim bloqun oxucuları əsasən iş adamlarıdır… lakin bunu baxmayaraq mən hesab edirəm ki, hər bir uğurlu iş adamının xoşbəxt olması üçün mükəmməl şəxsi həyat olmalıdır.

Əlbəttə 2013-cü ilin sonlarına doğru Azərbaycanımızda belə dəhşətli hadisənin baş verməsi, bizdə yalnız və yalnız ürək ağrısı yarada bilər. Bizim bloqumuzun mövzusu biznes, brendinq və ya innovativ marketinq itiqamətləri olsada baş verən hadisə haqqında, vətənimizin keşiyində duran bir nəfərin belə dəhşətli şəkildə dünyasını dəyişməsinə fikir bildirməmək və ya mövzu yazmamaq ən azından “vicdansızlıqdır” deyə düşünürəm. Mən hesab edirəm ki, bu dəhşətli hadisənin günahkarları tezliklə öz cəzasını tapacaqlar. Sizin bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm.

Sizi bilmirəm mən arada-bir bəzi yazılara təkrarən oxuyuram. Bu həm mənə istirahət kimi təsir edir, həmdə əlavə bilik, savad (məlumat verir). Yazılarımızın içərisində bu il ərzində yazdığım və özümün çox sevdiyim TOP 5 yazını Sizlərə paylaşmaq istəyirəm. Beləliklə 2013-cü ildə bloqumuzda xoşuma gələn və məni əyləndirən yazılar hansılardır?! Anekdota davam. Bu yazıda biz Almaniyada bir mağazada başıma gələn bir hadisə…

Əvvəla deyim ki, ildən-ilə bizim yerli brendlərimiz dahada güclənir. İstər keyfiyyətə olan baxışları, istər marketinq fikirləri, istərsə işçilərinə qarşı münasibət müsbət istiqamətdə dəyişir. və bunun nəticəsində güclü milli brendlərimizin yaranma ehtimalı dahada çoxalır. Mən bu yazıda Sizinlə öz müşahidələrim əsasında 2013-cü ilə “qızıl” hərflərlə adlarını yazdırmış Azərbaycan brendləri barədə danışacam. Başlayaq?!

Bugün qızımın təkidi ilə, Mall of the Emirates getmişdik – Pingvinləri görmə arzumuz (qızımın arzusu) mənim üçündə əlavə bilik yaratdı. Bu yazıda Louis Vuitton keçirdiyim yarım saatda gördüklərim barədə Sizinlə danışmaq istəyirəm. Daha əvvəldəndə, mən bu brendi yaxından izləyirəm, bugün isə belə demək mümkünsə “əməlli-başlı” treninq keçdim.

Əslində dünyada lüks məhsul adı çəkiləndə mənim gözümdə Louis Vuitton və Gucci canlanır. Həqiqətəndə bu brendlər bizə əsl marketinq və ya sadə dildə desək “heç-zadı, çox pula necə satmaq olar?!” suallına cavab verir.

Hər bir fəaliyyətin uğurlu olması üçün mütləq qaydada hesabat sistemi olmalıdır. Gördüyümüz fəaliyyətin təyinatından asılı olmayaraq… vacib deyil bu hansısa bir xeyriyyəçilikdir və ya “milyonluq” biznes layihə prinsip eynidir – biz gəldiyimiz yol barədə məlumatlı olmasaq, gələcək üçün plan qurmağımız mümkün olmaz. İlin sonu olduğundan mən etdiyin butün işlərin hesabatlarını hazırlayıram. Sırf gələcəkdə işlərimizi daha yaxşı planlamaq üçün. İstirahətdə olmağımıza baxmayaraq bloqumuzun hesabatını açıq şəkildə dəyərli oxucularımızla paylaşmaq istəyirəm.

Bugündən sonra bloqda olan yazılar imkan daxilində 2014-cü ildə bizə gözləyəcək əsas marketinq, biznes trendləri barədə olacaq. Əlbəttə biz falçı deyilik, sadəcə bu silsilə yazılarda 2014-cü ildə Azərbaycanda olacağına inandığımız (olacaq demirik, olacağına inandığımız deyirik) bəzi tendensiyalar barədə fikirlərimizi Sizlərlə bölüşəcəyik… Sizinlədə bölüşməyib kiminlə bölüşək, elə deyil?!)

Düşünün ki, işdən evə gəlirsiz, TV-ni açırsız və… başlayırsız cib telefonuzdan e-maillinizə baxmayağa, bəlkədə FB statusları yoxlamağa, bəlkədə WhatsApp yazışmağa. Televizordada reklam gedir… biz öz işimizlə məşğuluq, reklam verənin isə pulu gedir. Bugün Shazam vasitəsi ilə qlobal brendlər bu problemi həll etməyə çox yaxındılar. Bilirsiz necə?!

Əslində P&G artıq bu istiqamətdə ciddi addımlar atır. Bugün müştəri ilə danışmaq üçün brendlər mobil cihazlarının içinə tam inteqrasiya olunmalıdırlar. Bu bir mənalı şəkildə olmalıdır. Bunu necə etmək olar?!

Əziz oxucu daha əvvəl Sizlərə söz verdiyim kitabı bugün axır ki, redaktəyə verdik (redaktə edəcək adamın yerinə pis oluram, mənim yazımı redaktə etmək həqiqətən dəhşətdir!). Bu o deməkdir ki, bizim kitabımız artıq tam yazılmış vəziyyətdədir və tezliklə oxucularımıza təqdim ediləcək. Bloq oxucuları üçün özəl olaraq kitabımız haqqında bir neçə sirlərini açmaq istəyirəm.

Bugünlərdə dostlarımızın bir çoxu şəxsi brend qurmaq, şəxsi brend qurmaq üçün nələri etmək lazımdır və ya hamıya şəxsi brend lazımdır kimi mövzularda mənimlə tez-tez danışmağa başlayıblar. Mən açıq şəkildə hiss edirəm ki, müxtəlif sahədə çalışan menecerlər bugün şəxsi brendlərini qurmaq barədə düşünürlər. Bu yazıda biz şəxsi brend qurmaq üçün vacib olan bir neçə məsələ barədə söhbət edəcəyik. Beləliklə şəxsi brend olmaq üçün nə etmək lazımdır?!

Bugünlərdə FMR TV-ə silsilə verilişlərmiz davam edir. Daha əvvəldə, ölkədə tanınmış marketoloqlarla müxtəlif verilişlərimiz olmuşdu. Bu dəfə qonağımız istər həyat təcrübəsini, istər marketinq biliklərini, istərsədə insani münasibətlərinə görə hörmət etdiyim şəxslərdən biri – Azmi Arslan oldu.

Biz verilişdə ölkədə Marketinqin vəziyyəti, inkişaf perspektivləri, gələcəyi, Azərbaycanda marketinq məktəbi və s. mövzular haqqında danışdıq. Marketinq direktorunun karyera yolu, marketinq direktorundan sonra hansı istiqamətdə inkişafın vacib olduğu barədə danışdıq.

İstənilən biznesdə durğunluq, stabillik dövrü olur. Biznes hansısa həddə gəlir və… bundan sonra necə inkişaf etmək lazım olduğu haqda fikirlər yaranır. Kimiləri üçün bu ildə 100 min, kimiləri üçün 1 milyon, kimiləri üçün daha çox ola bilər. Burada sahibkarların qarşısında iki alternativ olur: durğunluq və ya yeni inkişaf xətti. Durğunluğu seçən şirkətlər tezliklə biznesdən tam çıxmış olurlar, çünki Sizin bildiyiniz kimi, biznesdə statik vəziyyət olmur. Ya inkişaf, yada geriləmə. Bəs inkişafı seçən bizneslərdə hansı imkanlardan istifadə edə bilərlər? Biznesi necə genişləndirmək olar?

12
Close