image_pdfimage_print

Əvvəla deyim ki, ildən-ilə bizim yerli brendlərimiz dahada güclənir. İstər keyfiyyətə olan baxışları, istər marketinq fikirləri, istərsə işçilərinə qarşı münasibət müsbət istiqamətdə dəyişir. və bunun nəticəsində güclü milli brendlərimizin yaranma ehtimalı dahada çoxalır. Mən bu yazıda Sizinlə öz müşahidələrim əsasında 2013-cü ilə “qızıl” hərflərlə adlarını yazdırmış Azərbaycan brendləri barədə danışacam. Başlayaq?!

Hə, yazıya keçməzdən əvvəl bir məsələ barədə Sizinlə səmimiyyət etmək istəyirəm. Əziz oxucu, bu yazıda və ümumiyyətlə bu bloqda yazılanlar mənim şəxsi, subyektiv fikirlərimdir. Əlbəttə, mənə görə burda yazılan hər bir fikir obyektivdir, belə olduğuna inanmasaydım, bloqumuzda bu haqda yazmazdım. AMMA ədalət naminə deməliyik biz burda konstitutsiya yazmaq üçün oturmamışıq… və burda yazılanlar İlkin Manafovun fikirləridir. O cümlədən aşağıda adları çəkilən brendlər MƏNİM fikrimcə bu il həqiqətən yaxşı mənada fərqlənmişlərdir, müzakirələrə hər zaman açığıq.

Bu il hansı Azərbaycan brendləri daha düzgün brend strateqiya ilə fərqləndi. Mən 5 brend barədə yazacam – İLK beşlik! Yuxarıdan başlayaq.

Brend № 5 – FAB boya. Mən FAB boyalarını çox yaxından tanıyıram. İstər biznesə olan yanaşmaları, istər sırf şirkət sahiblərinin şəxsiyyətinə olan hörmətim sonsuzdur. FAB şirkətində keyfiyyətə olan nəzarət, laboratoriya, işçilərə verdiyi dəyərə görə Azərbaycanda həqiqətəndə nümunə göstəriləcək şirkətlərdəndir. Buna baxmayaraq bu il şirkətin bazarda apardığı aktiv reklam siyasəti və istehsal prosesinə qoyduğu investitsiyası həqəqətəndə təqdirə layiqdir. Bu il ərzində etdikləri qablaşdırma dəyişiklikləri, yeni subbrendlərin yaradılması nəticəsində brend bazarda liderliyini tam möhkəmlətmişdir. Düşünürəm ki, FAB brendi 2013-cü ildə etdiyi aktivlik və sistemli biznes idarəedilməsi ilə öz adlarını qızıl hərflərlə yazmışdır.

Brend № 4 – Romantic. 2013-ci ildə pərakəndəçi brendlərindən ən aktiv və sistemli iş aparanlardan olmaqla yanaşı, xarici bazara çıxması Romantic brendini bizim cədvəlin layiqli nümayəndəsi edir. İçlərində dostlarımızın olduğu şirkət rəhbərliyinin marketinqdə, pərakəndənin əsas “baş ağrısı” olan kadr məsələrində etdiyi sistemli dəyişikliklər nəticəsində brendin spontan tanınmasından başqa real biznes göstəricilərindədə müsbətn dəyişikliklərin olduğundan əminəm. Hesab edirəm ki, Romantik 2013-cü ilə maraqlı brend idarəetmə məntiqi ilə ilin brendlərindəndir.

Brend № 3 – Bizim tarla. Bu il Azersun brendləri istər aktivlkləri, istərsədə ölkədə xarici brendlərə “qan uddurduqlarına” görə cədvəlimizin üçüncü yerdə gərarlaşırlar. Hətta ikinci yerə belə layiqdirlər. Brend kommunikasiya siyasətləri tam doğrudur və bu özünü satış rəqəmlərində göstərir. Sağ əlləri digər yerli brendlərin başına.

Brend № 2 –Bakcell. Bu il GSM operatorlardan həqiqətəndə ən aktivi Bakcell olduğu şübhəsizdir. Lakin bizim cədvəldə Bakcell-in üçüncü sırada olması sırf brend idarəetmədə apardığı 360 dərəcəlik kommunikasiya siyasətidir. Bakcell bu il ərzində istər MY-lə etdiyi sponsorluq (bunun səbəbini biz başa düşmədik), istərsədə İLK mobil operator kimi insanların beynində möhkəmləndi. Bu il Bakcell öz brendini genişləndirməyidə bacardı, o eyni adlı telefonlar çıxardı. Həm bu il Bakcell-in bazar payındada dinamik artım olmasından əminəm.

Brend № 1 – Asan xidmət. Bu il istehlakçılar tərəfindən ən çox bəyənilən, bizim həyatımızı müsbtət tərəfə dəyişən və ya il ərzində belə uğurlu startup edən xidməti necə ilin brendi elan etməmək olar?! Asan xidmət bir mənalı şəkildə 2013-cü tam damğa vurmuş və ən əsası xidmət sektorunda Azərbaycanımızın yeganə brendidir.

Mən çox istəyirəm ki, gələn il ASAN xidmətin yerində, ilə damğa vurmuş Azerpoçt, Azal, Azərbaycan Dəmir yolu kimi brendlərimiz olsun. Hələlik isə bizim siyahımız budur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. sag ol ilkin
    MARKETOLAQLARIDA YAZARDIN

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close