image_pdfimage_print

Hər bir fəaliyyətin uğurlu olması üçün mütləq qaydada hesabat sistemi olmalıdır. Gördüyümüz fəaliyyətin təyinatından asılı olmayaraq… vacib deyil bu hansısa bir xeyriyyəçilikdir və ya “milyonluq” biznes layihə prinsip eynidir – biz gəldiyimiz yol barədə məlumatlı olmasaq, gələcək üçün plan qurmağımız mümkün olmaz. İlin sonu olduğundan mən etdiyin butün işlərin hesabatlarını hazırlayıram. Sırf gələcəkdə işlərimizi daha yaxşı planlamaq üçün. İstirahətdə olmağımıza baxmayaraq bloqumuzun hesabatını açıq şəkildə dəyərli oxucularımızla paylaşmaq istəyirəm.

Mən hesabatımızı iki istiqamət üzrə Sizlərə təqdim edəcəm: birincisi – sırf statistika, kəmiyyət göstəriciləri, ikincisi – keyfiyyət xarakterli məlumatlar.

Başlayaq Statistik hesabatdan.

Bu il ərzində bloqumuzda 217 bloq post dərc edilmişdir, yəni biz 2013-cü ildə Sizinlə 217 bloq yazısı ilə söhbət etmişik. Bunun əvəzində bloqumuzda bu il ərzində sosial şəbəkələrdə gedən yazışmalar daxil olmaqla, 2500-ən çox komment yazılmışdır. Komment sayımızda olan müsbət dəyişiklik bizi sevindirir.

Bloq postlarımızda biznes və brendinq mövzuları ümumi yazılanların 50% təşkil etdiyi halda, yerdə qalan yazılar digər sahələr haqqında olmuşdur. Bizim bloqumuz daha çox biznes və brendinq yönümlü olduğu aydın şəkildə hiss edilir. Biz bundan çəkinmirik. Biz yalnız bildiyimiz sahələrdən yazırıq. Düzdür hərdən-birdən problemli sahələrdəndə danışmağa məcbur oluruq. Səbəb çox sadədir – biznes və brendinq bizim həyatımızın demək olar ki, hər bir mərhələsində var.

İl ərzində ən çox oxunan yazımız – “Üğurlu biznesin üç sirri”, ikinci yerdə “Biznesmen olmamağın yolları” olmuşdur. Qısa müddətdə ən çox oxunan yazımız “Embawood-la yollarımızı ayırdıq” olmuşdur.

Bloqumuzun fəaliyyətini xarakterizə edən əsas göstəricilərdən biridə təbii ki, oxunma sayıdır. 2013-cü ildə bloqda olan yazılarımız 75 000 çox oxunmuşdur. Başqa sözlə desək bu il bloqumuzda bir yazı ortalama olaraq 350 dəfə oxunmuşdur. Mən göstəriciyə daim diqqət etdiyimdən Sizlərə deyə bilərəm ki, 2012-ci ildə bizim bloqda olan bir yazı ortalama olaraq 200 dəfə oxunurdu. Bu o deməkdir ki, bizim bloq keçən ilə 60% daha çox oxunur. Bu superdir!

Sizində bildiyiniz kimi, bizim bloqda mövzuya aid bir dənədə olsun şəkildə istifadə edilmir. Biz bunu prinsipial olaraq etmirik və gələcəkdədə bloqumuzda şəkil olmayacaq. Amma bunun əvəzinə bizim bloqda bu il 60-an çox mövzuya uyğun video paylaşılmışdır. Biz bu yolla fikirlərimizi daha düzgün ifadə edə bilirik. Gələcəkdə video sayını dahada artırmağı düşünürük.

Sonda qeyd etməliyəm ki, Google bloqumuz üçün mükəmməl imkanlar yaradır. Sağ olsun. Bloqumuz demək olar ki, istədiyimiz butün açar sözlər üzrə ilk 1oluqdadır. Bu bizi sevindirir.

İndi icazə versəniz keçərik keyfiyyət göstəricilərinə.

Bloq nəticəsində biz çooooxlu dostlar qazanmışıq. Bizim bloqa görü nəyin ki, dost, hətta düşmənlərimizdə var. Olsunda, onların olması bizim doğru yolda olduğumuzu sübut edir. Həmdə dostlarımızla münasibətlərimiz dahada bərkiyir. Biz hesab edirik ki, bloqun düşmənləridə olmalıdır. Əsas odur ki, bizim bloqu onlarda oxuyur.

Sizə səmimi deyim, bu bloq mənə maddi cəhətdəndə kömək edib (edir). Çoxlu adamlarla tanış oluram, bəziləri ilə tanışlığımız biznes münasibətlərinə keçir. Biz bir çox şikətlərə konsaltinq veririk. Onlarla qarşılıqlı karlı işlər görürük. Ətrafdakılara xeyr verməklə pul qazanmaqdan yaxşı nə ola bilər?!

Bloqumuzda olan aktivlik nəticəsində biz Marketinq AİR, FMR TV, Milli Marketinq Forumu və s. kimi tədbirləri daha tez hədəf kütləmizə çatıdra bilirik. Michal Hyatt sözləri olması bloqumuz bizim üçün yaxşı platforma rolunda çıxış edir.

Qeyd etməliyəm ki, məhz bloqda olan oxucularımızın təkidi ilə biz brendinq haqqında kitabımızı tezliklə dərc etdirəcəyik. Biz inanırıq ki, kitabımız son dərəcə maraqlı və oxunaqlı olacaq. Bunun üçün həqiqətəndə ciddi işləyən dostlarımız var. Tezliklə kitabımızı oxuyacaqsınız.

Sonda deyim ki, gələn il inşallah bloqumuzu eyni aktivliklə aparmağı düşünürük. İnanırıq ki, Sizlər üçün faydalı nesə edə bilirik. Sağ olun ki, bizi oxuyursunuz!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close