image_pdfimage_print

Bugündən sonra bloqda olan yazılar imkan daxilində 2014-cü ildə bizə gözləyəcək əsas marketinq, biznes trendləri barədə olacaq. Əlbəttə biz falçı deyilik, sadəcə bu silsilə yazılarda 2014-cü ildə Azərbaycanda olacağına inandığımız (olacaq demirik, olacağına inandığımız deyirik) bəzi tendensiyalar barədə fikirlərimizi Sizlərlə bölüşəcəyik… Sizinlədə bölüşməyib kiminlə bölüşək, elə deyil?!)

İlk əvvəl yaxın dostlarımlzdan birinin qeyd etdiyi kimi, 2014-cü il at ili olduğu üçün, daha çox işləyən, daha çox qaçan, daha çox təşəbbüs göstərənlərin ili olacaq. Biz səmimi qəlbdən inanırıq ki, Sizində həyatınızda 2014 son dərəcə yadda qalan, uğurlu və bərəkətli olacaq. Bunun üçün biz hamımız ciddi şəkildə işləməliyik. İşləmək demişkən, bugündən mən tam istirahətdəyəm. Artıq bu yazını Sizə Azərbaycandan kənardan yazıram, amma əsas odur ki, ürəyim hər zaman bloq oxucularının yanındadır! Neysə… keçək əsas məsələyə. 2014-cü ildə Azərbaycanda hansı marketinq trendləri bizi gözləyir?!

TREND №1 – Brendinqin əhəmiyyəti artacaq. Azərbaycanda marketinq “gəl məni al, əvəzində bunu verim” erasını bitirmək üzrədir. Biz hesab edirik ki, 2014-cü ildə marketinq kommunikasiyalarında brendinq ağırlıqlı reklamların, kampaniyaların sayı xeyli artacaq. Bu özünü ilk əvvəl istehsalçılarda, daha sonra isə pərakəndəçilərimizdə bariz şəkildə önə çıxaracaq. Bugün artıq Azərbaycan istehlakçısı yalnız rasional faydalarla məhsul seçməkdən yorulub. 2014-cü ildə brendlərin daha “möhkəm” danışacağı və emosional dəyərlərin dahada aktuallaşacağına inanıram.

TREND №2 – TV reklamlar öz payını itirəcək. İldən-ilə TV reklamların effektivliyinin itməsini hamımız açıq şəkildə hiss edirik. Əgər 2013-cü ildə TV reklam “sevər” marketoloqlarımız bölgələri əsas gətirərək internetin faydasına inanmırdılarsa, 2014-ən bunu demək mümkün olmayacaq. Artıq ölkənin reqionlarındada internetin istifadə faizi kifayət qədər çoxdur. Buna baxmayaraq mən, hesab edirəm ki, TV reklamlarının payının bir hissəsini internet “yesədə”, yerdə qalan hissə küçə reklamları və BTL tədbirlər tərəfindən ələ keçiriləcək.

VACİB QEYD: Bu o demək deyil, ki TV öz aktuallığını itirəcək, sadəcə TV reklamların təsirliyi 2014-ə daha az olacaq. Nəzərə alın, xahiş edirəm!)

TREND №3 – Lider brendlər rəqabətlə qarşılaşacaq. Yadıma gəlir bir dəfə dostlarımızdan biri demişdi ki, Azərbaycan marketinqin inkişaf etməməsinin ən böyük problemi bir sektorda yalnız bir lider şirkətin olmasıdır. Mən düşünürəm ki, 2014-cü il sözü gedən məsələnin demək olar ki, yox olacağı il olacaq. Əgər daha əvvəl liderlər özlərini arxayın hiss edirdisə bu il qətiyyən belə olmayacaq. Demək olar ki, bütün sektorlarda yeni oyunçular yaranır və rəqabət dahada qızışır. Biz 2014-cü ildə bir çox sektorda yeni-yeni rəqabət, marketinq mübarizələri görəcəyik.

TREND №4 – Facebook aktuallığını itirməyə doğru gedəcək. Bugün Facebook marketinq kommunikasiyalarında olan əhəmiyyəti çox güclüdür. Seqmentindən asılı olmayaraq. İstər orta, istər aşağı istərsədə premium təklifdən asılı olmayaraq FB bugün işləyir – bu gerçəkdir. Lakin biz düşünürük ki, bugün FB öz aktuallığını marketoloqlar üçün itərməyə doğru gedir. Facebookda artıq reklam klatteri çox yüksəkdir. Onun yerinə daha az klatterli reklam sosial şəbəkələr aktuallaşacaq. İnanıram ki, tezliklə bunun şahidi olacaqsınız.

TREND №5 – AVM-ər pərakəndəçiliyi dəyişəcək. Pərakəndəçilək özünü AVM-lərə doğru aparacaq. Tək duran mağazanın marketinqini etmək çətin olacaq. Bu haqda burada danışmışdıq.

Əziz oxucu, mən istirahətdə olduğum üçün düşüncələrimi Sizlərə hissə-hissə çatdıracam. Tezliklə Sizə digər trendlər barədə yazacam. Çalışacam növbəti dəfə brendinq və biznes istiqamətində düşündüyüm trendlər barədə yazım. Sizə isə bir məsələni xatırlatmaq istəyirəm. Marketinq (brendinq) riyaziyyət deyil, bu sahəni elə digər peşələrdən daha çətin (çətin olduğu qədərdə maraqlı) edən əsas məsələ, burada çoxlu gözlənilməz məsələlərin olmasıdır. Yaxşı marketoloqlar trendləri sadəcə özləri yaradır… düşünməyə dəyər?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close