image_pdfimage_print

Əlbəttə 2013-cü ilin sonlarına doğru Azərbaycanımızda belə dəhşətli hadisənin baş verməsi, bizdə yalnız və yalnız ürək ağrısı yarada bilər. Bizim bloqumuzun mövzusu biznes, brendinq və ya innovativ marketinq itiqamətləri olsada baş verən hadisə haqqında, vətənimizin keşiyində duran bir nəfərin belə dəhşətli şəkildə dünyasını dəyişməsinə fikir bildirməmək və ya mövzu yazmamaq ən azından “vicdansızlıqdır” deyə düşünürəm. Mən hesab edirəm ki, bu dəhşətli hadisənin günahkarları tezliklə öz cəzasını tapacaqlar. Sizin bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm.

Biz hamılıqla başa düşməliyik ki, dünyada ən ali dəyər, ən ali qanun insanlıqdır. Heç bir qanun insan münasibətlərindən, vicdandan ali ola bilməz. Hətta məhkəmələrdə belə, ittiham oxunanda: “Vicdan və Qabunvericiliyə görə… sözləri işlədilir”. Diqqət edin… ilk olaraq VİCDAN sözü səslənir.

Biz hamılıqla başa düşməliyik ki, Azərbaycanımız yolunda döyüşən hər bir adam bizim üçün müqəddəsdir, bizim üçün əzizdir. Hətta Ramil Səfərov Budapeştdə cinayət işlədəndə biz xalq olaraq Ramilin tərəfində edik. O cümlədən bu hadisədə məhkəmə və qanun nə dəyirsə desin… biz torpaqlarımız uğrunda mübarizə aparmış vətəndaşımızın yanında olmalıyıq. Hamımız!!! Tələbəsindən… məhkəməsinə qədər və s.

Biz hamılıqla başa düşməliyik ki, ölkədə cəza prinsipləri olmalıdır. Bu prinsiplərin vəzifədən, statusundan, pulundan asılı olmayaraq hamı üçün eyni olmalıdır. Kimsə, kiməsə görə… intihar edibsə… həmin kimsə cəzalanmalıdır. Günahkar gunah etdiyi dünyada cəzasını görməlidir… onsuzda axirətdə elə adamların yeri hamımızı məlumdur. Mən “adamlar” adam deməklə oxucularımızı təhgir etmiş oslamda… bağışlayın!

Biz hamılıqla başa düşməliyik ki, dünyanın sərvəti dünyada qalır. Bu heçdə işləməyək və mübarizə aparmayaq mesajı deyil. Əsla deyil. Biz çalışmalıyıq, biz mübarizə aparmalıyıq, biz hədəflər qoymalı, bu hədəflərə çatmaq üçün yollar düşünməliyik… lakin biz heç bir şəkildə hərislik etməli deyilik. Axı hər bir işdə haram-halalçılıq var… inanın var. Siz düşünürsünüz ki, qazinin ölümündə təqsirli olanların boğazından “loxma” kəçər?! İnanın keçməz. Heç vaxt keçməz.

Biz hamılıqla başa düşməliyik ki, … birirsiz dostlar mənə bu hadisə çox pis təsir etdi. Mən inanıram ki, mən ümid edirəm ki, 2014-cü ildə insanlıq ən ali prinsip olacaq. Bu hamımıza aiddir. İnanın… qazimizin ölümündə bizdə gunahkarıq…

Allah rəhmət eləsin, allah butün gunahlarını bağışlasın…

Bizə isə əlbəttə Allah, səbr və ali məqsədlərə çatmaq, daha cəsarətli işləməyimiz üçün güc versin.

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close