image_pdfimage_print

Hər həftənin birinci günü İqtisad Universitetində MBA tələbələrinə mühazirə oxuduğumuzda, Universititetlə yanaşı olan Kitab evinə tez-tez girirəm. Dərsimiz saat 18:30 başlayır və mən probka  (tıxac sözündən xoşum gəlmir) olmasın deyə bəzən daha tez gəlmiş oluram. Təbii ki, vaxtımı kitab mağazasında keçirirəm. Azərbaycanda dilində olan biznes kitabları vərəgləyə-vərəqləyə bir məsələnin şahidi olmuşam.

Azərbaycanda dilində yazılan iqtisadiyyat kitablarının bir çoxu son dərəcə qalın və bol materiallarla dolu olur. Amma… amma bu materialların heç biri real biznesdən, real təcrübən deyil. Kitablar elə bil kitabın nəşr edilməsi üçün yazılıb. Heç bir praktik əhəmiyyəti yoxdur.

Müəllif adlarını çəkmək istəmirəm… çünki hər biri istər yaşca, istər biliklə məndən çox-çox yuxarıdadırlar… amma bəzi neqativ faktları deməyə məcburam.

Birincisi kitablarda demək olar ki, səmimilik anlayışı yoxdur. Kitab elə təsəvvür yaradır ki, müəllif bu kitabı tam “can-dərdi” yazıb. Müəllif haqqında olan informasiyadan tutmuş, kitaba girişə qədər. Kitab quru tərcüməyə oxşayır. Belə kitablara oxumaqla nəyin ki, bilik əldə etmək, bilik əldə etməyə həvəsimiz tam yox ola bilər.

İkincisi kitablar son dərəcə ümumi mövzularda yazılır. Məsələn kitab evində gözümə “Xidmət sektorunun marketinqi” kitabı toxundu. Kitabda xidmət sektoruna demək olar ki, butün sahələr haqqında məlumat verilir. Məsələ burasındadır ki, məlumatlarda yerli şərtlər heç bir şəkildə nəzərə alınmır. 90-cı illərdə olan marketinq terminlərindən istifadə edilməklə müəllif xidmət sektorunu tam əhatə etmək istəyir. Nəticədə kitab “havada” qalır. Söhbətin konkret nədən getdiyini və kitabın niyə yazıldığı aydın deyil.

Üçüncüsü kitablar biznes haqqında olsada, ümumi olaraq gəliz elmi dildə yazılır. Biz daha əvvəldə bir neçə dəfə qeyd etmişik, indidə yadınıza salmağa özümüzə borc bilirik. Qəliz danışma hansısa mövzu haqqında məlumatın az olduğunun bariz nümunəsidir. Elə təsəvvür yaranır ki, Azərbaycan dilli kitablarımızın müəlliflərə özləri cümlələri gəlizləşdirik ki, kitab oxunaqlı olmasın.

Dördüncüsü kitablar inanılmaz dərəcə konseptsiz, rəngsiz formada çıxır. Belə demək mümkündürsə, kitab müəllifləri çıxardıqları kitabın marketinqini etmirlər. Əslində, yuxarıda dediyim kimi, bu kitablar can-dərdi çıxdığı hiss edilir. Rəngsiz, quru, qalın, ağır və s. bir sözlə kitab müəllifləri çap etdikləri kitabın alınmaması üçün əllərin gələni edirlər.

Beşincisi ən sonda olsada bəlkədə ən vacibi: bu kitablar muasir biznes atributlarından heç birini özündə formalaşdırmır. Elə təsəvvür formalaşır ki, hansısa bir fəlsəfə kitabı oxuyursan. Bu tendenstiya özünü bir-başa olaraq ölkəmizdə iqtisad elmi ilə akademik səviyyədə məşğul olan istiqamətlərdə göstərir. Praktika onlar üçün maraqlı deyil, əsas qalın və çətin oxunaqlı kitab yazmaqdır.

Dediklərimiz nəticəsində nə baş verir?! Çox sadə, kitaba qarşı olan maraq aşağı düşür. Bugün Azərbaycanda kitab oxunmamasının ən birinci səbəbi, sadəcə oxumaq üçün kitab olmamasıdır. Biz hesab edirik ki, ölkədə kifayət qədər keyfiyyətli kontenti olan kitablar olsa, onlar çox tezliklə satılacaq. İnsanlar biliyə bugün acdır.

Mən çox inanıram ki, bizim iqtisadçı alimlər ana dilimizdə biznes ədəbiyyatın çoxalmasına fikir verəcək, bunun üzərində işləyəcəklər. Bu lazımdır. Praktik marketoloq dostlarımızdan xahişim isə, kitab yazmalarıdır. Ola bilər, bu kitab olmaz. Amma praktikanızı gənclərə bölüşdürməyiniz bugün çox aktualdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close