image_pdfimage_print

İstənilən biznesdə durğunluq, stabillik dövrü olur. Biznes hansısa həddə gəlir və… bundan sonra necə inkişaf etmək lazım olduğu haqda fikirlər yaranır. Kimiləri üçün bu ildə 100 min, kimiləri üçün 1 milyon, kimiləri üçün daha çox ola bilər. Burada sahibkarların qarşısında iki alternativ olur: durğunluq və ya yeni inkişaf xətti. Durğunluğu seçən şirkətlər tezliklə biznesdən tam çıxmış olurlar, çünki Sizin bildiyiniz kimi, biznesdə statik vəziyyət olmur. Ya inkişaf, yada geriləmə. Bəs inkişafı seçən bizneslərdə hansı imkanlardan istifadə edə bilərlər? Biznesi necə genişləndirmək olar?

Biz hesab edirik ki, biznesdə strateji inkişaf istiqamətlərini təyin etmək üçün aşağıda bəhs edəcəyimiz məsələlərə diqqət yetirmək vacibdir.

  1. Partnyorla inkişaf. Biznes hansısa bir mərhələyə gəldikdən sonra, inkişaf yollarından biridə bugünə qədər çalışdığınız partnyorlarla müştərək bizneslərin yaradılmasıdır. Burada söhbət şirkətin şaquli və (və ya) üfügi inkişafından gedir. Bu inkişafın ən risksiz həyata keçirilmə yolu mövcud olan partnyorlarla iş birliyi etməkdir.
  2. Satış corafiyasının genişləndirilməsi. Biznesin inkişafı satışın artırılması sözü ilə hardasa sinonim vəziyyətdədir. Satışın ən rahat artırılma yollarından biridə bugünə qədər çalışdığınız ərazidən kənara çıxmaqdır. Bunun üçün şirkətin kifayət qədər resursu (əsasənda insan resursu), hesabatçılıq sistemi və əlbəttə ən əsası olan, xüsusi rəqabətqabiliyyəti olmalıdır.
  3. Franşiza vermək. Bu metod ilk baxışdan çox çətin görünsədə əslində düzgün qurulmuş biznes modeldə asan reallaşdırıla biləndir. Əgər Sizin uğurlu biznesiniz varsa, prosesləri yazılı şəkildə hazırlayaraq, bunu hazır biznes kimi “paket” şəklində sata bilərsiniz. Azərbaycan şirkətlərindən bunu ən uğurla edən şirkət əlbəttə ki, Embawood-ur.
  4. Yeni məhsul kateqoriyalarına girmək. Bu mənim ən sevmədiyim üsuldur. Hesab edirəm ki, belə böyümə böyük risklərlə müşahidə edilir və böyük problemlər yarada bilər. Buna baxmayaraq bu biznesin genişlənməsinin əsas yollarından biri kimi geniş yayılmışdır. Biznesin genişlənməsi prosesində yeni məhsulların portfelə daxil edilməsi tez nəticələr verə bilər.
  5. Yeni müştəri seqmentlərinə xitab etmə. Bunun üçün bir yol yeni brendlərin yaradılması ola bilər. Necə ki, Volkswagen qrup həm Audi, həm Volkswagen brendlərinə sahibdir və ya Nokia həmdə Verto brendinə sahibdir və s. Bu yolla biznesin inkişaf etdirilməsi əlavə gəlir mənbələrini çoxalda bilər.

İstənilən inkişaf özündə mütləq qaydada risklər yaradır. Risksiz biznes olmaz. Bu baxımdan nəzərə almaq lazımdır ki, inkişaf edilən zaman bəzi məqamlara diqqət edilməlidir. Məsələn,

  • Şirkət əməkdaşlarının inkişafa hazırlıq səviyyəsi. Çox zaman şirkətin inkişaf templəri kadrların, korporativ mühitin səviyyəsi üst-üstə düşmür. Bugün yerli şirkətlərimizin çoxunun əsas problemlərindəndir.
  • Şirkət sahiblərinin böyük biznesə hazır olmaması. Buda bizim bazarlarda çox rastlaşılan haldır. Çox zaman sahibkar işin içinə o qədər girir ki, biznesin ciddi böyüdüyünü hiss etmir. Bu zaman əlbəttə, növbəti disproporsiyalar yaranır.
  • Bazarın səhv dəyərləndirilməsi. Yeni inkişaf xətti kimi seçilmiş bazarın real vəziyyəti tam təhlil edilmir. Nəticədə qoyulan investitsiya ya çox az, yada çox olur. Bu inkişaf strateqiyaların səhv planlamasına və uğursuz olmalarına gətirib çıxarır.
  • Və s. səhv hesablanma nəticəsində olan addımlar.

Biz hesab edirik ki, inkişaf biznesdə hərəkət vəziyyətidir. Heç bir şəkildə dayanmaq mümkün deyil və düzgün planlama ilə biznes mütləq inkişaf etməlidir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] zamanı bazar yenilik tələb edir. Yuxarıda qeyd etdiyimi kimi, böhran statik biznesləri daha tez təsir edir, çünki onların adaptasiya imkanları zəif olur. Yeni biznes açan […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close