image_pdfimage_print

Bugünlərdə dostlarımızın bir çoxu şəxsi brend qurmaq, şəxsi brend qurmaq üçün nələri etmək lazımdır və ya hamıya şəxsi brend lazımdır kimi mövzularda mənimlə tez-tez danışmağa başlayıblar. Mən açıq şəkildə hiss edirəm ki, müxtəlif sahədə çalışan menecerlər bugün şəxsi brendlərini qurmaq barədə düşünürlər. Bu yazıda biz şəxsi brend qurmaq üçün vacib olan bir neçə məsələ barədə söhbət edəcəyik. Beləliklə şəxsi brend olmaq üçün nə etmək lazımdır?!

Yazıya keçməzdən əvvəl gəlin öz yazımızı 3 suallın üzərində təşkil edək. Belə olduqda yazdıqlarımızı Sizlərə daha aydın formada çatdıra biləcəyik. Bu suallar aşağıdakılar olacaq:

  1. Şəxsi brend nədir?
  2. Şəxsi brendin faydası necə olur?
  3. Şəxsi brend nece yaradılır?

Şəxsi brend nədir?

Əslində brend anlayışı Sizin qəbul etdiyiniz kimi müştəri qarşısında verilən vəd kimi başa düşülə bilər. Bu baxımdan əgər biz şəxsi brendlərdən və ya şəxsi brend nədir suallına cavab axtarırıqsa ilk əvvəl yadımıza salmalıyıq ki, brend yalnız konkret hədəf kütlə üçün yaradılır. Biz unutmalı deyilik ki:

  • Şəxsi brendləri çox az adam tanıya bilər;
  • Şəxsi brendlər kimlərinsə xoşuna gəlməyə və ya kimlərsə tərəfindən sevilməyə bilər;
  • Şəxsi brend yalnız konkret sahədə olmaq mümkündür və s.

Biz hesab edirik ki, şəxsi brend – hansısa konkret sahədə ekspert kimi (lider kimi) qəbul edilən və adı konkret olaraq hansısa assosasiya ilə xarakterizə edilən obrazlar, insanlardır. Şəxsi brendlərə misal kimi, qlobal səviyyədə Peris Hilton, Filip Kotler, Stiv Djobs və s., yerli səviyyədə Murad Dadaşov, Aygün Kazımova, Orxan Aslanov və s. kimi şəxsləri göstərə bilərik. Adları çəkilən hər bir şəxs haqqında konkret assosiyalar formalaşır, onların konkret və aydın obrazları var.

Şəxsi brendlərin faydası nədir?

Əslində şəxsi brendlərin faydası yalnız brend sahibləri üçün deyil, butün əlaqəli tərəflər üçün faydalı və lazımdır: brend sahibi, brend sahibinin brendindən istifadə edən (alan) və bu brendi istehlak edənlər üçün. Dediklərimi açıqlayım.

  • Şəxsi brendin – brend sahibi üçün faydası. Şəxsi brend quran istənilən şəxs bazarda daha çox təlabatla qarşılaşır. Məsələn, əgər adi bir mügənni bazarda bir toy məclisinə görə 800-1000 manat pul alırsa, brend müğənni belə məclisdən ən azı 10 dəfə daha çox pul qazana bilər. Eyni misalı digər sahədə göstərmək olar. Brend olan şəxsin bazarda dəyəri bir mənalı şəkildə ortalama bazar qiymətindən baha olur. Şəxsi brend iş axtarmır, iş özü onu tapır. Şəxsi brend networking axtarmır, lazımı adamlar özlərini onu tapır və s.
  • Şəxsi brendin – brend istifadəçisi üçün faydası. Şəxsi brendi işə götürən şirkət öz korporativ dəyərlərini, özünün HR brendini daha gücləndirmiş olur. Təsadüfi deyil, qlobal şirkətlərin bir çoxunda HR əsas vəzifələrindən biridə menecerlərin sektorda tanınmasını təmin etməkdir. Məqsəd çox sadədir. Əgər hansısa bir bankın marketinq direktoru çox tanınmış marketoloqdursa, deməli o bankda professionallar işləyir və s.
  • Şəxsi brendin – istehlakçısı üçün faydası. Şəxsi brendin xidmətlərindən istifadə edən istənilən istehlakçı aldığı xidmətə görə daha çox həzz alır. Düşünün. Məhsul brendləri ilə analoqiya axtarın. Məsələn biz adi marketdən Red Bullu 2 manata alırıq, amma Opera Sky-da buna görə 15 manat verməyə hazırıq. Biz Operada içilən Red Bulldan daha çox həzz alırıq. Axı biz onu Operada içdik!!! Eləcədə biz əlamətdar bir günü brend fotoqrafa çəkdirməklə, o foto çəkilişindən daha çox həzz alırıq, nəyin ki, biz eyni şəkli başqa, az tanınmış fotoqrafa çəkdiririr. Brendlərdən istifadə etmək bizə həzz verir! Bizə əlavə dəyər yaradır.

Şəxsi brend necə yaradılır?

Əslində bu sual butün oxucuları maraqlandırır. Amma maraqlı məqam burasındadır ki, bu suallın heç bir şəkildə düzgün cavab yoxdur. İnanın mənə, əziz oxucu brend – fərqlənmə qabiliyyətidir. Fərqlənmənin yolu isə əlbəttə, naməlumdur. Əgər bunu bilən olsaydı, elə hamı onun kimi edərdi. Onda heç şəxsi brendinqdə olmazdı… hamı brend olardı. Biz hesab edirik ki, şəxsi brendinq hər birimizin içində yatan potensialı oyatmaqla mümkündür. Bizim hər birimiz şəxsi brend ola bilərik. Hətta olmağımız çox asanddır. Bunun üçün sadəcə aşağıda sadalayacağım 3 vacib sualla cavab tapmaq lazımdır.

Birinci sual – Sizin brendin hədəf kütləsi kim olacaq? Brend qurmaq üçün biz bilməliyik ki, kimin üçün brend qururuq. Şəxsi brend qurmaq üçün “niş” bazardan başlayıb, sonra bazarı genişləndirmək lazımdır. Məsələn, yaxşı olar ki, Siz ilk əvvəl öz çalışdığınız şirkətdə brend olasınız – hamı Sizi marketoloq kimi tanısın, məsələn. Tanımaq azdır. Hamı Sizə marketinqin AS kimi baxmalıdır. Edə bilərsiz?! Əlbəttə edərsiz. Sonra çalışarsınız sektorda, sonra ölkədə, sonra dünyada və s. Necə dəyərlər “öz kəndində çempion olmadan, respublika çempionu olmaq olmaz!)” Hədəf kütlənizi seçməmiş heç bir brendinq fəaliyyəti uğurlu ola bilməz.

İkinci sual – Sizin hansı fərqləndiri xüsusiyyətiniz var? Bu suallın cavabı yalnız və yalnız Sizdə var. Düşünün, axtarın. Çox yazmaq istəmirəm. Bilirəm onsuzda vaxtınız yoxdur oxumağa… Sizə təcili brend olmaq lazımdır. Bu suallın cavabını xahiş edirəm tapın!)

Üçüncü sual – Fərqləndirici xüsusiyyətinizi hədəf kütlənizə neçə çatdıra bilərsiniz? Əslində şəxsi brendinq haqqında olan yazılarda, demək olar ancaq bu sualdan danışırlar… və burdan sonra başlayırlar. Ay kitab yaz, ay məqalə yaz, ay bloq yaz, ay nə bilim, qırmızı geyin, maşın al… “risovkalıq” elə… və s. Əzizlərin biz bu haqda Sizinlə heçnə danışmaq istəmirik. Bu sualla cavab vermək üçün, xahiş edirəm birinci suallın üzərində ciddi düşünün. Siz kimin üçün brend qurursuz?! Kimin üçün şəxsi brend olmaq istəyirsiniz? Bu cavabı tapdıqdan sonra, istəsəniz mənə yazarsınız və birlikdə nə etmək lazım olduğunu düşünərik. Hələlik isə… hamınıza bu yazıdan maksimum faydalanmağı arzu edirəm.

Faydalanmaq demişkən, mənədə şəxsi brend olmaq lazımdır… gedim bir-az məndə düşünüm!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close