image_pdfimage_print

Dünyanın ən varlı adamlarından biri hesab edilən Wal-Mart pərakəndə şəbəkəsinin sahibi Sem Uoltonun (Samuel Walton), ölümünə yaxın – “Mən uğursuzam” sözünü işlətmişdi. Sem Uolton ömrünün demək olar ki, hamısını biznesinin çiçəklənməsinə həsr edibmiş və ömrünün son günlərində nail olduğunun əvəzinə hansı qurbanlar verdiyini hiss edərək bu sözü deyib. Məsələ burasındadır ki, muasir həyatda rəhmətlik Semdən daha az uğur qazanmış (yumşaq desək, daha az) insanlar belə həyatlarını belə yaşayır. Onlara elə gəlir ki, biznes və şəxsi həyat əslində tamamiylə fərqli şeylərdir. Onlara elə gəlir ki, xoşbəxt olmaq üçün – çox işləmək lazımdır. Əslində isə, bu belə deyil. Bilirsiz niyə?!

Stiv Djobsun əfsanəvi sözünü Sizin yadınıza salmaq istəyirəm: “12 saat işləməkdənsə, başınızla işləyin”. Bu misal muasir dövrün ən aktual tendensiyalarındandır. Hansısa bir işdə uğurlu olmaq üçün heçdə gecə-gündüz işləmək lazım deyil. Uğurlu olmağın yolu məsələyə daha sistematik yanaşmaq, hamının sadəcə baxdığını, görə bilmək lazımdır. Bəs Sizcə buna necə nail olmaq olar? Necə etmək olar ki, iş bizim şəxsi həyatımızı məhv etməsin?

Mən hesab edirəm ki, istənilən menecer iş fəaliyyətində uğurlu olması üçün 3 son dərəcə vacib, amma bir-biri ilə az əlaqəsi olan məsələlərə diqqət etməlidir. Bu məsələlər aşağıdakılardır.

  1. Hədəf olmadan işə başlamayaq. İstənilən bir fəaliyyətdə mütləq qaydada hədəf olmalıdır. Hədəf olmadan edilən butün işlər bizim həyatımızdan vaxt qoparır. Nəzərə alsaq bizim həyatımız vaxtlardan ibarətdir, deməli hədəf olmadan heç bir işi başlamaq olmaz. Hədəf qoymağın özü belə son dərəcə ciddi və çətin prosesdir. Ümumiyyətlə uğurlu iş təşkil etmək üçün hədəf qoymaq azdır. Sizin qoyduğunuz hədəflər nail oluna biləcək, konkret zaman intervalı ilə məhdudlaşdırılmış şəkildə olmalıdır. Heç bir şəkildə filan işi edəcəm və ya filan şeylər olmalıdır kimi hədəflər qoyula bilməz. Hər bir element mütləq qaydada dəgig və ölçülə bilən formada olmalıdır. Məsələn, mən bu bloq postunu yazmaqda əsas hədəfim bir saat ərzində, Sizə çox işləmək yerinə, ağılla işləmək lazım olduğu haqqında fikirlərimi yazmaqdır. Bir saatdan çox vaxtım getsə, deməli mən hədəfə çatmadım. Və ya bu məqalə Sizin xoşunuza gəlməsə, mən yenədə hədəfdən yan keçdim və s.
  2. Pareto qanunu gözləyək. Hamınızın çox yaxşı bildiyi Pareto qanunu gündəlik həyatımızda mütləq istifadə etmək lazımdır. İstənilən işin uğurunun 80%, bu işin icrasına çəkilən vaxtın (dəyərin, resursun və s.) cəmi 20% təşkil edir. Başqa sözlə desək hər bir hədəfə çatmaq üçün görülən işlərin 20% uğuru demək olar ki, təmin edir. Biz bu 20% tapa bilməliyik. Bunun üçün əlbəttə hədəfləri özümüz başa düşməli və icra mexanizmində əsas elementləri nəzərdə saxlamalıyıq. Alman menecmentində Pareto qanunu hər bir addımda istifadə edilir. Almanlar hər bir işdə alternativ imkanları düzgün hesablayırlar. Sizin bildiyiniz kimi, bizim həyatımız alternativlərlə doludur. Məsələn, mən burda Sizinlə bloqda söhbət etmək yerinə kitabımızın son tamamlama işlərini bitirə bilərəm və s. 
  3. İstirahət edək. Mən çox zaman dostlarla söhbət edirəm və xəbər tutanda ki, yeni il proqramları yoxdur (ağlımda yeni il var deyə, ondan danışıram!_)) və ya həftə ərzində hansısa əyləncə proqramları düşünmürlər çox təəcüblənirəm. Bu məsələyə obrazlı yanaşsaq təxminən belə bir şeyə oxşayır: “Siz harasa uzaq yola gedirsiz, çox tələsirsiz. Bununla belə benzin doldurmursuz. Benzin bitsə Sizin maşın dayanacaq, amma Siz “zapravkaya” girməyə vaxt itirmək istəmirsiz”. İstirahətsiz işləməkdə buna bənzəyir. Əmin olun, biz xoşbəxt olmaq üçün işləməliyik, iş bizi xoşbəxt etməyəcək. VACİB QEYD: Xahiş edirəm bu sözləri əsas tutub əyləncə çox, iş az prinsipinə keçməyin. Amma əyləncəsiz, istirahətsiz işləməyin mənası yoxdur.

Sizə səmimi bir söz deyim, amma heç kimə deməyin. Həyatdan həzz almaq, həyatda xoş günlər yanaşamaq üçün, ən vacib şərtlərdəndə biri sevdiyin işi görməkdir. Bir dəfə, yaxın dostlarımızdan biri mənə dedi ki, əgər gördüyün işdən həzz almırsan, həvəsli deyilsənsə… bu işə davam etmək doğru deyil. Məncə bizim həyatımız o qədər qısadır və alternativlərlə doludur ki, sevmədiyin heç bir işi görməyə dəyməz. Mən Sizinlə bloqda bu işdən həzz aldığıma görə söhbət edirəm. Yoxsa… kimə lazımdır bu qədər yazılar. Hər halda Sizdə bu bloqu sevdiyiniz üçün və ya bu bloq Sizə maraqlı olduğu üçün oxuyursuz. Yoxsa Sizin o qədər alternativiniz var ki, nə işiniz bu bloqda. Düzdür?!

Bilirəm ki, bloqumuzda çoxlu səhvlər olur. Biz bunları düzəltmək istəyirik, amma əsas odur ki, biz bloqun qaydalarını pozmuruq. Neysə…

Biz hesab edirik ki, uğurlu olmaq üçün heçdə hamıdan çox işləmək lazım deyil. Hətta məhşur milyonçunun sözü yadıma düşdü, “Çox işləyən adamların, pul qazanmağa vaxtı olmur!”. Düşünməyə dəyər?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Yenə çox maraqlıməqamlara toxunmusuz.
    Gərgin çalışmaq əlbətdə ki pis şeydir.Ən azından sağlamlıq baxımından. Amma işə tam olaraq fokuslanmaq üçün bu müəyyən bir mərhələdə bəlkədə ən vacib şərt ola bilər…Xüsusən də yeni qurulan işlərdə çox şeyi Sahibkarın gərək özü edə… davamında ancaq məsuliyyəti kiməsə yükləyə, özü də normal rejimdə çalışa…Ədiblərdən birinin dediyi kimi: Qaranlığı hiss etmiyən işığa müraciət edə bilməz.)
    Gözəl yazıya görə təşəkkürlər.

  2. cox sag olun gozel meqale ucun

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close