image_pdfimage_print

Əlbəttə çoxlarımız üçün öz biznesini açmaq və ya şəxsi işinin başında durmaq istəyi mövcuddur. Hətta bizə elə gələ bilər ki, bugün biznesi açdınsa, sabah Mübariz Mənsimov olacaqsan və s. Əslində isə həyatda heçnə birdən birə olmur. Hər bir işdə olduğu kimi, biznesdədə səbr və davamlılıq əsas şərtlərdəndir. Biz bu yazıda Sizlərlə davamlılıq amilinin biznesə təsirindən danışaceyik.

Sahibkarlıq ruhu hər bir menecerdə olmalıdır, çünki yalnız şəxsi biznes insanda sərbəst düşüncə, azad fikir formalaşdıra bilər. Bugün bu bizə hamıdan çox lazımdır. Buna baxmayaraq mən bəzən yeni açılmış bizneslərin, çox tezliklə bağlandığını və ya hansısa sahibkar olmaq istəyən dostumuzun tez-tez profilini dəyişdiyi görürəm. Belə edən adamlar şəxsi biznesdə uğur qazanmaları çox çətin olur.

İnkişaf etmiş ölkələrdə yeni bizneslərin (startup deməyə qorxuram!) mənfəətə çıxma müddəti ən azı 2-3 ildir. Məsələn Amerikada bu müddət – 3 il, Avropa ölkələrində 5 ildir. Yəni əgər hansısa alman yeni biznes açırsa, o bilir ki, bu işin mənfəət gətirməsi ən tezi 4-5 ildən sonra olacaq. Diqqət edin – mənfəət gətirməsi, söhbət qoyulan pulun geri qayıtmasından getmir.

Azərbaycanda əlbətdə bu müddət daha azdır. Bunun obyektiv səbəbləri var. Bizdə bazar Amerika və Almaniyaya ilə müqayisədə daha boşdur (rəqabət azdır). Buna baxmayaraq mən açdığı biznesi 8-9 aydan sonra bağlayan adamları başa düşmürəm.

Sırf praktikada bir neçə bizneslə məşğul olduğuma görə mən başa düşürəm ki. yeni açılmış biznes 2-3 aydan sonra pul gətirməyəndə biznesə həvəslə yanaşmaq çətinləşir. Düşünürsən: “Bura bu qədər pul qoymuşdum… əvəzində “bir manatda” qazanmıram və s.” Sonra yaxınlar, dostlar deyir başlayır aşağıdakı “ideyaları” verməyə…))

  • “Sən niyə filan şeyi etdin… bax filankəs, başqa iş gördü… indi qızıl qırıq və s.”
  • “Sən dünyanı kor qoyub gedib gör nə açmısan (edirsən və s.).”
  • “Ah bala (və ya qardaş, dost və s.) sənin ideyan yaxşıdır eee, amma yerin pisdir. Bu işi xaricdə etsəydin super olardı, amma bizdə bu işləməz…”
  • Və s. bunun kimi arqumentlər deyilir.  Onların hər birinin özlərinə görə çox “ciddi” arqumentləri olur.

Amma və LAKİN. Heç bir şəkildə biznesdə tutduğun yoldan çəkilmək olmaz. Heç bir dost, heç bir tanış və ya heç bir qohum Sizin beyninizdə olan düşüncəni Sizin kimi bilə bilməz. Biznes daimiliyi, səbr etməyi sevir. Açdığınız işdən geriyə çəkilmək Sizin yadınıza düşün ən sonuncu iş olmalıdır. Bir neçə misal verim.

Misal №1. Bizim bir yaxın tanışımız İrandan ev əşyalarının topdan gətirərərək, pərakəndə satışı ilə məşğul edi. Birincə mərhələdə gətirdiyi malları əlbəttə pis gedirdi. O şəhərdə 2 mağaza açmışdı. Elə alındı ki, yeni mağaza düüüüz məhərrəmlik ayına düşdü (söhbət vaxtına çəkər), daha sonra dekabr, yanvar və fevral gəlirdi. Dostumuzun satışı (alveri – bu sözdən qorxmayın!) zəif gedirdi. Mağazanın açılmasından cəmi 3 ay keçmiş, mağaza yerinin dəyişdirilməsinə gərar verdi. İşləyənlər bilir, Sizdə bilin. Satış nöqtəsinin yer dəyişməsi son dərəcə çətin və biznesə ciddi zərbə vuran bir məsələdir. Çünki, həm keçmiş müştərilər qaçır, həmdə Siz hər şeyə yenidən başlamış olursuz. Tanışı heç cürə razı sala bilmədik ki, mağaza yerində problem yoxdur, sadəcə səbr etmək lazımdır. Dinləmədi. Yeni yerdə mağaza açıldı… və 3 aydan sonra satışların zəif getdiyindən şikayətlənən dostumuz 2 mağazadan birinə bağladı. Tezliklə ikinci mağazada bağlandı və dostumuz cəmi 8 ayın içində açdığı biznesdən tam imtina etdi.

Nəticə: Hansısa bir çox ciddi səbəb olmadan yeni açdığınız yeri bağlamayın. Biznesdə teləsik addım atmaq olmaz. Davamlılıq, sabitlik Sizlərə davamlı müştəri axını təmin edə bilər. Satış az olanda, problemi ilk əvvəl daxili amillərdə axtarın, xarici mühitin təsiri bizdən onsuzda asılı deyil.

Misal №2. Bizim digər bir dostumuz (buradan ona salamlar) şəhərdə bir vaxtlar heç tanınmayan kimyəvi təmizləmə məntəqəsi açmışdı. Butün avadanlıqlar Almaniyadan alınmışdı, təmizləmə keyfiyyətində problem olmamalı edi. Lakin dostumuzuz ciddi kadr problemi başladı. Özünüz işin içində olmaması və ümumiyyətlə Azərbaycanda biznes təcrübəsinin azlığı öz sözünü deyirdi. İşçiləri müştərilə narazı salırdı. Alman avadanlıqlarından çıxan təmizlənmiş paltarlar biyabırçı vəziyyətdə edi. Hər həftə müştərilərlə üzr istəmə “mərasimləri” olurdu!) Dostumuz 1,5 il ərzində 5 dənə işçi dəyişdi, lakin heç bir şəkildə biznesdə, işdən kənarlaşmadı. Zaman keçdikcə, səhvlərin sayı azalırdı və yer istər-istəməz tanınmağa başlamışdı. Bugün dostumuzun şəhərin 3 yerində, Sumqayıt və Gəncədə təmizləmə məntəqəsi var. Kiçik başladığı bir iş bugün ciddi biznesdir. Mən onunla fəxr edirəm. Çünki bu işi cəmi 4 ilə qura bildi!

Nəticə: Heç bir şəkildə tutduğunuz yoldan çəkinməyin. Həll edilməyən problem, alınmayan iş yoxdur. Sadəcə bacarmayan, səbri çatmayan insan var. İşinizin üstündə olun və Siz mütləq uğur qazanacaqsınız.

Deyəsən bu dəfə uzun yazdım… Allah səbr versin hamınıza, bilirəm bloqda səhvlər çox olur… amma mən düzəltməyə çalışıram. Həmdə öz aramızda… Siz bu bloqu oxuyanda bilməlisiniz mən dilçi deyiləm, sadəcə gördüklərimi Sizlərə danışıram. Sağ olun ki, oxuyursuz!!!

QEYD: Əlbəttə davamlılıq üçün gərək biznes sahibi maddi və mənəvi cəhətdən buna hazır olsun. Buna görə biz hesab edirik ki, yeni bizneslərdə kredit risklidir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Çünki bizim adamımız iş quranda ağlında ilk olaraq İş görmək deyil, pul sovurmaq durur.Yəni ilk başda Pul qazandınsa deməli davamı gələcək,yox işlər pis gedirsə deməli alınmadı. Bunun enişli-yoxuşlu bir yol olduğunu,yaxşı-pis günlərinin olmasını qəbullana bilmir.Buna bir fəaliyyətdən çox sağmal inək kimi baxmağımızdadı bütün problem.
    Maraqlı yazı üçün təşəkkürlər.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close