image_pdfimage_print

Əziz oxucu daha əvvəl Sizlərə söz verdiyim kitabı bugün axır ki, redaktəyə verdik (redaktə edəcək adamın yerinə pis oluram, mənim yazımı redaktə etmək həqiqətən dəhşətdir!). Bu o deməkdir ki, bizim kitabımız artıq tam yazılmış vəziyyətdədir və tezliklə oxucularımıza təqdim ediləcək. Bloq oxucuları üçün özəl olaraq kitabımız haqqında bir neçə sirlərini açmaq istəyirəm.

İlk əvvəl deməliyəm ki, kitabımızın birinci səhfəsi tamamiylə təşəkkürnamələrlə doludur. Başqa cür olada bilməz. Bu kitab yazılışında başda Marketinq AİR tələbələrimiz olmaqla butün dostlarımızın zəhməti sonsuzdur. Sağ olsunlar!

Oxucularımız bilir ki, bizim çap edilməsini düşündüyümüz kitab brendinq haqqında olacaq. Azərbaycan brendlərinin tarixi və qlobal brendlərin inkişaf istiqamətləri barədə ətraflı söhbətlər edəcəyik.

Kitabımızın 10 fəsildən ibarət olmasını düşünürük. Bu fəsillərdə biz aşağıdakı mövzulara toxunmaq istəyirik:

  • Brend menecerlərin şirkətlərdə adaptasiyası və brendinq fəaliyyətinin gücləndirilməsi üçün nələri etmək lazımdır. Bu fəsildə biz brend menecerlərin (marketoloqların) korporativ mühitdə edəcəyi addımlar barədə olacaq;
  • Qlobal brendlər haqqında keyslər, milli brendlər haqqında keyslər. Bu fəsildə biz istər qlobal, istərsədə yerli brendlərimizdən ətraflı söhbət edəcəyik, çoxlu keyslər nəzərdən keçirəcəyik. Bu keyslərə öz baxış tərzimizi ortaya qoymuşuq;
  • Brendlərin növləri və brendinq haqqında fikirlər. Burada biz daha çox brendlərin inkişaf istiqamətlərindən danışmışıq.
  • İntetnet və brendinq. Burada biz İKT-in brendinq fəaliyyətinə təsiri amillərindən danışmaq istəyirik.
  • HR brendinq. Bu fəsildə biz brendinq fəaliyyətində HR-ın rolu və ya ümumiyyətlə daxili müştəri məmnuniyyətindən danışmışıq.
  • Brend strateqiyalar. Burada daha çox strateji brendinq haqqında danışmışıq. Brendlərin yaradılmasında strateqiyalar necə olur və s.
  • Araşdırmalar, reklamlar, motivasiya, şəxsi inkişaf kimi amillərdən kitabımızın digər fəsillərində söhbət etmişik.

Həmçinin biz kitab çərçivəsində ölkənin aparıcı marketinq direktorlarının fikirlərini ortaya qoymağa çalışmaq istəyirik. Ən azı 10 Top Marketoloqla intervyumuz olacaq.

Əziz oxucu, hal-hazırda kitabımızın konsepsiyası üzərində ciddi işləyirik. Əvvəlcədən demək istəmirəm, lakin Sizin qarşınızda söz verirəm ki, kitabımızın brendinq haqqında olması konsepsiya cəhətdən hiss ediləcək. Kitabımızın çıxması ilə, Sizə, oxucularımıza çox böyük bir surprizimiz olacaq.

Bizə 1-2 ay vaxt verin. Əlimizdən gələni edəcəyik ki, hazırladığımız surpriz kitabımızın belə geç işıq üzü görməsini konpensasiya edə bilsin. Kitabımızda tamamiylə fərqli bir məntiq yaradılacaq. Inanırıq ki, bu fərqli məntiq əsasında Sizin marketinq bilikləriniz dahada təkmilləşəcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close