image_pdfimage_print

Bugün qızımın təkidi ilə, Mall of the Emirates getmişdik – Pingvinləri görmə arzumuz (qızımın arzusu) mənim üçündə əlavə bilik yaratdı. Bu yazıda Louis Vuitton keçirdiyim yarım saatda gördüklərim barədə Sizinlə danışmaq istəyirəm. Daha əvvəldəndə, mən bu brendi yaxından izləyirəm, bugün isə belə demək mümkünsə “əməlli-başlı” treninq keçdim.

Əslində dünyada lüks məhsul adı çəkiləndə mənim gözümdə Louis Vuitton və Gucci canlanır. Həqiqətəndə bu brendlər bizə əsl marketinq və ya sadə dildə desək “heç-zadı, çox pula necə satmaq olar?!” suallına cavab verir.

Sizdən nə gizlədim mağazada olanda “yalan olmasın” bir 5 dəgigəlik video “çəkdim”. Amma bir balaca elementi yadımdan çıxarmışam. İ-phoneda olan çəkmək düyməsini basmaq yadımdan çıxıb… məni tanıyanlar əlbəttə, buna təəcüblənməz, amma əgər biz Sizinlə hələ yaxından tanış deyiliksə, Sizədə deyim: “Məndə nəyisə yaddan çıxarmaq əslində çox adi haldır…”. Neysə kameranı yandırmağı unutduğuma görə çekdiyim heç bir şeyi Sizinlə paylaşa bilmədim. Üzrlu hesab edin. Keçək əsas məsələyə…

Bir vaxtlar yalnız çemodan təklif etməklə bazara girən LV brendi, bugün imkanlılığın, kübar həyatın, pulun bir simvolunu çevrilmişdir. Sözün əsl mənasında bahalı həyat etalonu olan brendin yaradıcısı Louis Vuitton ilk çantanlarının birini Napolionun (üçüncü) xanımına satmaqla Paris eletasının ən sevilən və dəbli çanta markası olur.

Əlbəttə bugün çamodan sənayesini və butövlükdə bir çox digər yan-sənayelər rəhmətlik Louis Vuittona minnətdar olmalıdırlar. Məhz onun 1867-1870-ci illər arasında yaratdığı çemodan vasitəsi ilə sənayedə inqilab baş vermişdi. İlk dəfə “rəhmətlik” çamodanın yandan açılmasını icad etmişdi… neysə biz tarixçi deyilik, sadəcə Sizlərə “ondan-bundan” öyrəndiyim bəzi şeyləri paylaşdım. İndi keçək bugün və daha əvvəl LV-ən öyrəndiklərimizə.

Louis Vuitton (LV) brendinin əsas gücü məhz mükəmməl mağaza dizaynı və xidmət səviyyəsindədir. Vacib deyil, mağaza Milanın Doumunda yerləşir, Parisin Eleseyində və ya Dubai Mall-da… butün mağazalarda eyni gülər üz simalar, eyni mükəmməl interyer, eyni qoxu və hətta eyni formada təklif edilən su və ya şirələr. Mənə elə gəlir ki, LV barmenlərin içki təklif edilməsi üzrə ixtisaslaşmış “akademiya” var. Tam səmimi… mənim hələ bahalı yerlərdə olmağa maddi imkanım çatmasada, sırf marağım olduğundan və ya bəxtimdən dünyada olan bir çox brend restoran və Hotellərdə olmuşam. Dostlar inanın səmimiyyətimə LV-da müştəri münasibət tam fərqli və daha üstündür…

Mağaza dizaynı demişkən… mağazanın çölündə brendin loqosunun qoyuluş tərzindən tutmuş, içəridə olan məshulların düzülüşünə qədər hər bir element kübar həyatı xarakterizə edir. Çantaların düzülüşü və ya zinnət və saatdan başqa heç bir məhsulun üzərində qiymətlərin olmamasına qədər LV bizə marketinq dərsi keçir. Brendi satış nöqtəsində necə mövqeyləndirmək olar… suallının ən gözəl təlimi məncə LV satış nöqtələrində diqqətlə gəzmək ola bilər.

Bəs müştərilər? Sizcə LV əsas müştəri kütləsi kimdir? Bizim müşahidələrimizə görə brendin iki tipli müştəri qrupa var. Birinci tip yeni varlanmış, Louis Vuitton brendi haqqında eşitmiş və özünü kübar sinfə aid etmək istəyən adamlar. Bunlar adətən keçmiş post-sovet ölkələri və ərəblərdir. İkinci tip daim pul və kübar həyatın içində olmuş Amerika və Avropalı yaşı 55-ən yuxarı olan kütlə. Sizində bildiyiniz kimi, Azərbaycanda ikinci tipli müştəri seqmenti “yumşaq desək” azdır.

Eşitdiyimə görə LV tezliklə Azərbaycana gələcək. Yeni yaranan Molların birində olacaq (səhv etmirəmsə, Port Bakuda). Bizdədə bu brendin alıcıları az deyil. Düşünürəm işləri yaxşı gedəcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close