Monthly Archives Dekabr 2013

Gillette brendinin gücü haqqında əlbəttə, kitablar yazmaq olar. İstər qlobal bazar payına görə, istər yeni məhsul siyasəti, istərsədə yaratdığı reklam-kommunikasiyaya görə bu brenddən öyrəniləsi çox şey var. Biz bu yazıda Sizinlə Gillettin Azərbaycan bazarında etdiyi marketinq kommunikasiyalarını təhlil edəcəyik.

Yazıya keçməzdən əvvəl brend haqqında bir neçə faktları Sizlərlə bölüşmək istəyirəm. Faktlar həqiqətəndə brendin gücünü ortaya qoyur.

Hər həftənin birinci günü İqtisad Universitetində MBA tələbələrinə mühazirə oxuduğumuzda, Universititetlə yanaşı olan Kitab evinə tez-tez girirəm. Dərsimiz saat 18:30 başlayır və mən probka  (tıxac sözündən xoşum gəlmir) olmasın deyə bəzən daha tez gəlmiş oluram. Təbii ki, vaxtımı kitab mağazasında keçirirəm. Azərbaycanda dilində olan biznes kitabları vərəgləyə-vərəqləyə bir məsələnin şahidi olmuşam.

Dünyanın ən varlı adamlarından biri hesab edilən Wal-Mart pərakəndə şəbəkəsinin sahibi Sem Uoltonun (Samuel Walton), ölümünə yaxın – “Mən uğursuzam” sözünü işlətmişdi. Sem Uolton ömrünün demək olar ki, hamısını biznesinin çiçəklənməsinə həsr edibmiş və ömrünün son günlərində nail olduğunun əvəzinə hansı qurbanlar verdiyini hiss edərək bu sözü deyib. Məsələ burasındadır ki, muasir həyatda rəhmətlik Semdən daha az uğur qazanmış (yumşaq desək, daha az) insanlar belə həyatlarını belə yaşayır. Onlara elə gəlir ki, biznes və şəxsi həyat əslində tamamiylə fərqli şeylərdir. Onlara elə gəlir ki, xoşbəxt olmaq üçün – çox işləmək lazımdır. Əslində isə, bu belə deyil. Bilirsiz niyə?!

Biz Embawood-a yollarımızı ayırdığımız zaman bir söz vermişdik – şirkətin nümünəvi dileri olmaq. Sözümüz sözdür. Yevlaxda (mənim doğma vətənimdə) şirkətin tam konsepsiyasına uyğun bölgənin ən böyük mebel salonunu açdıq. Daha doğrusu 6 aydı artıq işləyirdi, bu dəfə rəsmi açılışını etdik. Tam konseptlə.

Mən çox inanıram ki, bu istiqamətdə gələcəkdə işlərimizi dahada yüksək nəticəli olacaq.

Əlbəttə çoxlarımız üçün öz biznesini açmaq və ya şəxsi işinin başında durmaq istəyi mövcuddur. Hətta bizə elə gələ bilər ki, bugün biznesi açdınsa, sabah Mübariz Mənsimov olacaqsan və s. Əslində isə həyatda heçnə birdən birə olmur. Hər bir işdə olduğu kimi, biznesdədə səbr və davamlılıq əsas şərtlərdəndir. Biz bu yazıda Sizlərlə davamlılıq amilinin biznesə təsirindən danışaceyik.

Bu həftənin altıncı günü, 07 dekabr saat 15:00 Qafqaz Universitetinde Texnopark layihəsi çərçivəsində tamamiylə ödənişsiz təlimimiz olacaq. Butün dostları dəvət edirəm. Söz verirəm maraqlı olacaq.

Bugünlərdə çox maraqlı bir kitabı oxuyub bitərə bildim – Heç vaxt tək yemək, yeməyin – adlanan kitab, muasir dünyada networkinq qurma qaydaları haqqında edi. Mənim çox xoşuma gəldi. Oxumayanlara tövsiyyə edirəm, ümumiyyətlə oxumaq barədə düşünməyənləri isə bu yazını oxusun. Mən bir neçə maraqlı tezisləri Sizinlə bölüşəcəm.

12
Close