image_pdfimage_print

Düşünün ki, işdən evə gəlirsiz, TV-ni açırsız və… başlayırsız cib telefonuzdan e-maillinizə baxmayağa, bəlkədə FB statusları yoxlamağa, bəlkədə WhatsApp yazışmağa. Televizordada reklam gedir… biz öz işimizlə məşğuluq, reklam verənin isə pulu gedir. Bugün Shazam vasitəsi ilə qlobal brendlər bu problemi həll etməyə çox yaxındılar. Bilirsiz necə?!

Əslində P&G artıq bu istiqamətdə ciddi addımlar atır. Bugün müştəri ilə danışmaq üçün brendlər mobil cihazlarının içinə tam inteqrasiya olunmalıdırlar. Bu bir mənalı şəkildə olmalıdır. Bunu necə etmək olar?!

İlk olaraq belə inteqrasiyaları brendlər “yüngün” üsullarla etməyə başladılar. Məsələn, İKEA brendi öz kataloqunu AppStore daşıdı. Bununla brendlər müştəriyə demək istəyirdilər ki, istəsəniz biz mobil dünyadada Sizin yanınızda ola bilərik. Lakin bu kifayət etmirdi.

Bundan sonra artıq şirkətlər Shazam-un imkalarından istifadə etməyə başladılar. Daha sadə dildə desək, əgər televizorda hansısa brendin reklamı gedirsə, səsi tanıyan proqram vasitəsi ilə həmin reklam bizim cib-telefonumuza inteqrasiya edilir. Fikrimi Sizə izah edə bilirəmmi?!

Bu o deməkdir ki, əgər bizim telefonuzda Shazon varsa proqramı varsa və o açıqdırsa, televizorda reklam gedə-gedə bizim cib telofonumuzdada eyni anda TV-ə gedən reklam olacaq. Bununlada biz heç bir şəkildə reklam mesajından çəkinə bilməyəcəyik.

Bu dediklərimizin əslində çox sadə məntiqi izahı var. Bugün TV reklam qiymətləri qlobal olaraq son 5 ildə ən azı, 2 dəfə artmasına baxmayaraq, bu reklamların effekti dəfələrlə aşağı düşmüşdür. Milyardlarla büdcələr xərcləyən brendlər əlbəttə bu tendensiya ilə razılaşa bilməzlər. Bu baxımdan reklam sənayesinin xilas olmasının yeganə yolu, TV (radio) reklarla mobil cihazlar arasında sinerjinin (inteqrasiyanın) yaradılması olmalıdır. Bunu mükəmməl edə biləcək alət – Shazon.

Əziz oxucu, butün dunyada olduğu kimi Azərbaycandada TV reklam erası öz son nəfəsini yaşayır. Ola bilər, bizdə bu hələ 4-5 il davam edəcək, ola bilər daha tez öz effektsizliyi göstərəcək, amma Sizi əmin edirəm bu olacaq. Bu baxımdan biz marketoloqlar yeni mediya daşıyıcılarından istifadəyə hazır olmalıyıq. Biz başa düşməliyik ki, bugün TV çox dəyərli informasiya resursudursa, bu sabah belə olmayacaq. Biz indidən alternativ danışıq, kommunikasiya yollarını tapmalıyıq.

Növbəti yazılarımızda biz 2013-cü ilin yekunları və 2014-cü ilin marketinq, biznes trendləri barədə ətraflı yazmağı planlayırıq. Söz verirəm, maraqlı olacaq!!! Hələlik isə yaxşı istirahət edin.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close