Sözümüz sözdür...

Biz Embawood-a yollarımızı ayırdığımız zaman bir söz vermişdik – şirkətin nümünəvi dileri olmaq. Sözümüz sözdür. Yevlaxda (mənim doğma vətənimdə) şirkətin tam konsepsiyasına uyğun bölgənin ən böyük mebel salonunu açdıq. Daha doğrusu 6 aydı artıq işləyirdi, bu dəfə rəsmi açılışını etdik. Tam konseptlə.

Mən çox inanıram ki, bu istiqamətdə gələcəkdə işlərimizi dahada yüksək nəticəli olacaq. Biz çox əminik ki, Embawood güclü mebel brendi olaraq bölgələrdə dahada inkişaf edəcək.

İnkişaf demişkən, bölgələrin inkişafı bugün paytaxtla müqayisədə daha rahatdır. Həm bölgədə rəqabət mühiti azdır, həm inkişaf templəri daha çoxdur. Neysə… bu ayrı bloq mövzusudur. Bugün isə yuxarıda dediyimiz kimi, dediyimiz hər bir sözün arxasındayıq – Sözümüz sözdür!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: