image_pdfimage_print

Bugünlərdə çox maraqlı bir kitabı oxuyub bitərə bildim – Heç vaxt tək yemək, yeməyin – adlanan kitab, muasir dünyada networkinq qurma qaydaları haqqında edi. Mənim çox xoşuma gəldi. Oxumayanlara tövsiyyə edirəm, ümumiyyətlə oxumaq barədə düşünməyənləri isə bu yazını oxusun. Mən bir neçə maraqlı tezisləri Sizinlə bölüşəcəm.

Kitabı mən rus dilində oxudum, ingilis dilində adı – Never Eat Alone, adlanır. Əlbəttə mən Sizə kitabı bir-bir nəql edə bilməyəcəm amma bəzi və praktikada sınadığım məsələləri, vacib nöqtələri Sizinlə paylaşmalıyam.

Muasir dövrdə əlaqələrin əhəmiyyəti barədə biz bir-neçə dəfə danışmışıq. Hətta bir yazımızda “kruqun” karyeraya, biznesə necə təsir etməsinidə dedik. Bu baxımdan mən təkrarçılığa getmədim – mətləbə keçmək istəyirəm.

Networkinq qurma prosesi dedikdə bəzi dostlarımız forumlarda, görüşlərdə vizitkalarını yeri gəldi-gəlmədi paylamağı düşünür. Əslində vizitka paylamaq dost qazanmaq üçün, əlaqə qurmaq çox az əhəmiyyət kəsb edir. Vacib deyil, Sizi neçə nəfər tanıyır vacib olan Sizin neçə nəfərdən ötrü nesə yaxşılıq edə bilməyinizdir. Əlaqə qurmağın çox sadə, amma sadə olduğu qədər çətin bir yolu var. Yalnız bir yol.

Əgər Siz ətrafınıza güclü networkinq qurmaq istəyirsinizsə, Siz mütləq qarşınızdakıları yaxşılıq etməlisiniz. Yaxşılıq və heç bir təmənnasız. Yaxşılıq və əvəzində heçnə gözləmədən. Yalnız belə olduğu zaman Sizin ətrafınızda lazımlı kruq toplana biləcək. Nəyinsə xətrinə qurulan heç bir tanışlıq səmimi olmur. Səmimi olmayan nesə fayda verə bilməz. Networkinq hər şeydən əvvəl insan münasibətləridir. Burada isə qızıl qayda səmimiyyətdir. 

Kitabda insanlarla səmimi münasibət qurmaq və ya networkinqi gücləndirməyin son dərəcə təsirli olan 3 alətinə ciddi aksent edilir. Keyt Ferrasinin fikrinə görə insanlar 3 istiqamət üzrə köməklik etdikdə bu heç vaxt onudulmur. Bunlar aşağıdakılardır:

  1. Sağlamlıq. Bu mövzuda edilən istənilən bir köməklik insanların beynindən çıxmır. Burada söhbət yalnız ağır xəstəliklər zamanı həkimlərin tapılması, klinikalarla danışmaq və ya hansısa bir formada dəstək vermədən getmir. Kiminsə artıq çəkisinin azalmasında tutmuş, düz düzgün fitnes-klubun seçilməsinə qədər.
  2. Maddi durum. İnsanlarla maddi cəhətdən onlara kömək etmiş adamları heç vaxt unutmurlar. Məsələn, işdən çıxmış adamın hansısa bir yeni işə düzəlməsinə çalışdığımız zaman və ya kiməsə təcili borc lazım olduğu zaman edilən yaxşılıqlar son dərəcə güclü əlaqələr qurulmasında əvəzsiz alətlərdəndir.
  3. Övladlar. Hər bir insan statusundan, maddi vəziyyətindən asılı olmayaraq övladına görə narahatdır. Bu baxımdan düzgün uşaq baxçasının seçilməsi, düzgün məktəb və ya hansısa xaricdə təhsil kimi məsələlərdə köməklik etmək güclü networkinq üçün şərtdi.

Həmçinin kitabda əslində bizim hamımızın yaxşı bildiyi, amma çox az adamların tətbiq etdiyi bəzi məsələlərdə toxunulur.

Yemək yedeyimiz zaman vaxtı səmərəli istifadə edilməsi, mütləq yeməkdə kimlərsə görüşmək. Hansısa görüşlərdən sonra vizitkasını aldığınız adama e-mail yazmaq. Tanış olduğunuz adamlarla növbəti görüş və ya növbəti tanışlıq mərhələsi üçün “pilləkən” qoymaq. Bir sözlə dostlar hamınıza bu kitabı tövsiyyə edirəm. Oxuyun, peşman olmayacaqsınız.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close