image_pdfimage_print

Əziz oxucu, bu bloqla biz 2013-cü ildə son bloq-postumuzu edirik. 2013-cü il öz sevincli-kədərli, qazanclı-ziyanlı, sevgili, dostluqlu günləri ilə sona çatır. Bir neçə saatdan sonra bizi yeni – 2014cü il gözləyir. Əlbəttə butün oxucularımızı bu gözəl gün münasibəti ilə təbrik edirəm!!!

Mən arzu edirəm ki, qarşıdan gələn 2014-cü il hər birimizin həyatına bol-bol sevinc bəxş etsin. Bizim bloqun oxucuları əsasən iş adamlarıdır… lakin bunu baxmayaraq mən hesab edirəm ki, hər bir uğurlu iş adamının xoşbəxt olması üçün mükəmməl şəxsi həyat olmalıdır.

Yeni ildə hər birimizin iş həyatında olan uğurlardan qabaq məhz şəxsi həyatınızda bol sevinc, sevgi dolu  günlər arzu edirəm. Arzu edirəm ki, Sizin ailə xoşbəxtçiliyiniz gələn işıq, iş həyatınızı daha çox işıqlandırsın. Mükəmməl biznes adamının arxasında mükəmməl xoşbəxt ailə dayanır (dayanıb)!

Azərbaycan marketinqinə 2014-cü ildə inkişaf templərini dahada rtırmağını arzu edirəm. Qoy at ili bizi dahada hərəkətə gətirsin… biz ölkə Marketinqi üçün daha çox şey etmiş olaq.

Sizə səmimi deyirəm, bu sətirləri yaza-yaza 2014-cü ilə nə qədər umidlə, nə qədər müsbət aura ilə baxdığımı ifadə etməyin yollarını düşünürəm. Mən çox inanıram, yox səhv yazdım mən əminəm ki, bu il bizim hər birimiz üçün uğurlu, düşərli, bərəkətli və ən əsası xoşbəxtliklələ dolu bir il olacaq.

Hədəflərimizə 100% çatacağıq!!! Bunun üçün biz gələn il daha çox işləyəcək, daha çox öz üzəimizdə çalışmalıyıq. Xoşbəxt gələcək, yalnız biz gətirsək gələcək!!!

Vaxtınızı çox almayım. Butün dostlarımızın Yeni ili ürəkdən təbrik edirəmr

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close