image_pdfimage_print

Əslində marketinq sindromların üzərində dayanır. Bəlkədə güclü brendlər, özləri haqqında çox saylı pozitiv düşüncələr, sindromlar yaradanlardır. Bugün yerli istehsalçıların qarşısında duran əsas problem məhz, yerli istehsal haqqında mövcud olan mənfi sindromlardır. Bəs Sizcə yerli brendlərə niyə inanmırlar?!

Xatırlayırsınız biz daha əvvəl Sizinlə bu haqda söhbət etmişdik. Sözü gedən yazıda biz əsasən reklamlar cəhətdən məsələyə toxunmuşduq. Gəlin bu yazıda ümumiyyətlə sindromların necə yarandığını nəzər yetirək. Meymun misalını bilənləriniz var həgin ki…

Araşdırma akademiyalarından biri meymunlarla bir təcrübə həyata keçirir. Qapalı otağa 4 meymun salınır. Otağın bir küncəndə bir-az yuxara yerdə bir banan qoyulur və bu bananı götürmək üçün pilləkən olur. Təbii ki, meymunlar bananı görərək götürmək istəyirlər və hər dəfə meymunlardan hansısa banana yaxınlaşırsa, yuxarıdan su tökülür və meymunlar bananı götürə bilmirlər. Həmdə hamısı soyuq su ilə islanırlar.

Bu proses dəfələrlə təkrarlanır və artıq meymunlar banandan ümidlərini üzərək, daha götürmək istəmirlər. Bundan sonra otaqda olan meymunların birinin yerinə, yeni meymun gəlir. Meymun otağa girən kimi, bananı götürmək istəyir və… Sizcə nə olur?! Çox doğrudur. Otaqda olan köhnə 3 meymun təzə gələn meymunu, bananı götürmək istədiyi üçün döyürlər. Meymun təbii ki, banansız qalır… bu arada suyun daha gəlmədiyini heç kim hiss etmir.

Növbəti gün içəriyə köhnə meymunların birinin yerinə daha bir təzə meymun qoyulur… və proses eynən təkrarlanır. Meymunlar yenədə təzə gələn meymuna bananı götürməyə imkan vermirlər. Ən dəhşətlisi budur ki, təzə gələn meymunu ən möhkəm, məhz su görməyən meymun vurur. Beləliklə bir-bir butün meymunlar otaqdan çıxarılır. Otaqda suyu görmüş heç bir meymun qalmır. Amma buna baxmayaraq yenədə, heç kim bananı götürmək barədə düşünmür. 

Bugün yerli brendlərimizin keyfiyyətinə inamsızlıq məhz, yuxarıda danışdığımız misala oxşayır. Hamı yerli brendlərdən qorxur, əslində isə… yerli brendlərimiz kifayət qədər keyfiyyətlidirlər. Təbii ki, bəziləri.

Biz hesab edirik ki, yerli brendlərimizin imicinin qaldırılması üçün makro səviyyədə tədbirlərin görülməsi vacibdir. Məsələn, Made in Germany brendinin formalaşmasında alman dövlətinin rolu sonsuzdur. Brendinin formalaşması üçün xüsusi keyfiyyət laboratoriyalar yaradılır. Bu laboratoriyalar əsasında şirkətlər öz keyfiyyət standartlarını daha yaxşı vəziyyətə gətirirlər. Həmçinin Made in Germany brendi qlobal səviyyədə təbliğ edilir.

Eyni şeyi türk höküməti TURQUALİTY layihəsi ilə həyata keçirir. Türk höküməti xarici eksportu dəstəkləmə ilə yanaşı, yalnız xüsusi keyfiyyət standartlarına çatmış brendləri, türquality brendindən istifadə etməyə imkan verir.

Əlbəttə, belə misalları çox çəkmək olar. Əsas məsələ burada dövlət tərəfindən dəstəyin verilməsidir. Məhz yerli brendlərin bir əldən çıxış etmələri ilə, yerli istehsalın “keyfiyyətsiz olması” sindromunu dağıtmaq olar. Burada həm rasional, həmdə emosional səviyyədə problemlər var.

Növbəti bloq postlarımızda biz “Azərbaycan istehsalı” brendinin formalaşdırılması üçün görülməsi vacib olan işlərdən daha ətraflı danışaceyik. Hələlik isə, əminliklə hesab edirik ki, bugün yerli brendlərimizin əsas problemi məhz, dediyimiz sindromlardadır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close