Monthly Archives Yanvar 2014

Daha əvvəldə Sizinlə danışdığımız kimi, marketinq fəaliyyəti maksimum lokallaşmanı tələb edir. Əgər maliyyə, istehsal, İT və s. kimi biznes istiqamətləri mərkəzləşdirilmiş qaydada daha effektiv olursa, marketinqdə (brend idarəetmədə, reklamda) bunun tam əksi müşahidə edilir. Bu yazıda biz reklam fəaliyyətinin effektivliyini ölçmək üçün istifadə edilən bəzi göstəricilərin Azərbaycanda səhv istiqamətdə işlədiyindən danışmaq istəyirik.

Hər ay ən azı 2 biznes (marketinq, brendinq, biznesin idarəedilməsi və s.) sahəsində kitab oxumağı qarşıma hədəf qoymuşam. Sizi bilmirəm mən oxuduqlarımı bir-başa olaraq tətbig etmək və ya praktikada sınamağı çox sevirəm. Başqa sözlə desək çalışıram ki, oxuduqlarımı praktikanın “filtrindən” keçirəm. Bu ay ərzində 2 kitabda bunu etməyə çalışmışam və bu kitablardan həqiqət olduğuna inandığım məsələlər barədə Sizinlə bölüşmək istəyirəm.

Son dövrlərdə xarici brendlərin satış konsepsiyalarını təhlil edərək, çox maraqlı bir tendensiyanın şahidi oluram. Bugün məhsul müştəriyə ilk olaraq maksimum sadə, baza formada təklif edilir, daha sonra xırda tamamlayıcılarla müştəri özüdə hiss etmədən daha çox pul xərcləməli olur. Buna Marketinqdə gül konsepsiyası deyirlər. Bu konsepsiyanı daha dərindən təhlil edək.

Mart ayının birindən Azərbaycanda artıq ikinci ildir ki, fəaliyyət göstərən praktik marketinq təlimləri – Marketinq AİR – tamamiylə yenilənmiş konsepsiya ilə qarşınızdadır. Hər birinizi təlimlərimizə dəvət edirik. Qeydiyyatdan keçmək bu linkdən mümkündür. Maraqlıdırsa təlim barədə qısaca məlumat verək.

Keçən yazılarımızın birində ürək ağrısı ilə Azərbaycanda Startup-ın boş şey olduğu barədə yazmışdıq. Məqsədimiz qətiyyən internet biznesiylə məşğul olan adamlara “gülmək” deyil. Biz sadəcə internetdə biznes qurmaq istəyən dostlarımızı hərəkətə təşviq etmək istəyirik, zəhmətləri “havada” qalmasın, heç olmasa gördükləri işlərin mahiyyəti, dəyəri olsun. Bu yazıda biz startup edən dostlarımızın “görmədiyi” bir məsələ barədə danışmaq istəyirik – İT (informasiya texniloqiyaları) mütəxəssisləri yaratdıqları bizneslərdə ciddi səhvlər buraxırlar. Bu səhvlər onların, peşələrindən asılı olaraq yaranmış bəzi problemli xasiyyətlər (vərdişlər) nəticəsində buraxılır. Gəlin bu İT işçilərinin uğurlu biznes qurmağa mane olan üç vərdiş barədə danışaq.

Son vaxtlar görüşdüyüm adamlardan, etdiyim söhbətlərdən, ətraflndakılar iki cür səs, eyni məsələyə iki cür bir-birləri ilə tam fərqli fikirlər eşidirəm. Əziz oxucu, mən heç cürə gərar verə bilmirəm bu səslərdən hansı düzgündür, hansı səhvdir. Qorxuram bu səslər məni aldatsın. Gəlin birlikdə baxaq.

Son vaxtlar üzərində çalışdığım layihə ilə bağlı pərakəndəçiliyi daha ciddi araşdırmağa başlamışam. Necə ki, “aşıq gördüyünü çalır”, məndə bu bloqda Sizə yalnız etdiklərimdən yazıram. Başqa cür olada bilməz. Bizim Sizinlə konkret razılaşmağımız var:

“Siz mənim qrammatik səhvlərimi “üzümə” vurmursuz, məndə Sizə biznes, marketinq, brendinq haqqında olan düşüncələrimi paylaşıram. Hər ikimiz məmnunuq. Sövdələşmə baş tutdu!!!))”

Neysə… keçək əsas məsələyə. Düşünürəm ki, çoxlarınız şəhərimizdə xırda ərzaq məhsullarının bağlandığının şahidi olursuz. Yaxın ərazidə “Bizim Market”, “Favorit” və s. kimi bir böyük zəncir market açıldıqda xırda mağazaların “alveri” olür  və tezliklə mağaza bağlanır. Belə bir fikir formalaşır ki, xırda, məhlə arası mağazaların “bazarı” gələcəkdə olmayacaq və s. Biz bu haqda belə düşünmürük və bu yazıda məhəllə arası mağazaların xeyrinə bir neçə arqumentlər göstərmək istəyirik.

Çox zaman kimsə mənə hansı bazarlar Azərbaycana yaxındır və ya bençmarkinq üçün hansı ölkəyə baxaq suallını verdikdə – Rusiya cavabını verirəm. Bu ölkə corafi ərazi, ümumi infrastruktur və ya digər məsələlər cəhətdən bizdən çox fərqlənsədə, inkişaf və biznes cəhətdən bizə bənzəyir, öyrənəcəyimiz məsələlər çoxdur. Bu yazıda mən 2013-cü ildə ilk dəfə olaraq Rusiyanın ən böyük pərakəndə şəbəkəsi olan Magnit və onun sahibi Sergey Qaliskinin biznes yanaşması barədə danışacam. Öyrənəcək çox şey var.

Vaxt keçdikcə bir sadə həqiqətin şahidi oluram. Biznes yalnız pul qazanmaq üçün qurulduqda “pul” və “biznes” sahibindən küsür. Bəli, bəli. Əgər sahibkar yaratdığı biznesə yalnız pul mənbəyi kimi baxırsa, əgər sahibkar hər addımında pul qazanmağı (daha çox qazanmağı) düşünürsə bu işin uğurlu olma ehtimalı çox aşağı olur. Mən bu yanaşmanı nəzəri-psixoloji cəhətdən izah edə bilərəm… amma bloqumuzun oxucuları məndən sırf praktika gözlədiyi üçün, dediyim tezisi bir neçə real Azərbaycan biznes həyatından olan misalla izah etməyə çalışacam. Başlayaq?!

Həyatda yaxın tanıdığım, uğuruna sevindiyin, bir vaxtlar birlikdə yarışlarda olduğun, butün ailəsini tanıdığın bir adamı itirməkdən pis şey ola bilər?! Cavabı çox sadədir - OLA BİLƏR! Əgər bu adam Azərbaycanın ən istedadlı, ən vətənpərvər oğullarından biridirsə... itkinin payı dahada çoxalır. Vuqar Həşimov yalnız mənim çoxtan tanıdığım, böyük qardaşı ilə dost olduğum biri deyil - Vugar Azərbaycan şahmatını bir üst səviyyə…

Hərdən bizim çox gözəl dövrdə yaşadığımızı dostlarımıza deyirəm. Düşünün… planşetlər, mobil telefonlar, internet, kabel televiziyaları və s. və ilaxir. Bəlkə, həyatımızda gözlənilən mükəmməl gələcək artıq gəlib?! Bugün insan daha rahat yaşayır, bugün informasiyanın yayılma sürəti son dərəcə yüksəkdir, bugün insanoğlu azqala hər şey haqqında anında xəbər tutur… və s. Lakin son dövrlər mən istər iş həyatımda, istərsədə gündəlik müşahidələrimdən bir məsələnin günlər getdikcə dahada aktuallaşdığını hiss edirəm. Bizim həyatımız nə qədər yaxşılaşsada, biz bir o qədər keçmişi xatırlayıb, onun daha gözəl olduğuna inanırıq. İnsanların nostalqiyaya ehtiyyacı var və bu marketoloqlar, brend-menecerlər qarşısında mükəmməl imkanlar yaradır.

12
Close