image_pdfimage_print

Hər ay ən azı 2 biznes (marketinq, brendinq, biznesin idarəedilməsi və s.) sahəsində kitab oxumağı qarşıma hədəf qoymuşam. Sizi bilmirəm mən oxuduqlarımı bir-başa olaraq tətbig etmək və ya praktikada sınamağı çox sevirəm. Başqa sözlə desək çalışıram ki, oxuduqlarımı praktikanın “filtrindən” keçirəm. Bu ay ərzində 2 kitabda bunu etməyə çalışmışam və bu kitablardan həqiqət olduğuna inandığım məsələlər barədə Sizinlə bölüşmək istəyirəm.

Oxuduğum 2 kitabdan bir-bir tezisləri Sizinlə bölüşəcəm. Başlayaq birinci kitabdam – “Media Markt – Wie bloed ist das Konsept wirklich?”. Kitabda Metro Qrupun əfsanəvi pərakəndəçisi Media Markt və Saturn haqqında olan yazılar var. Öyrəndiklərimi, Sizlərlə bölüşürəm. Əgər bunları Siz bilirdinizsə, xahiş edirəm mənim cahilliyimə gülməyin!)

  1. Masse macht – Kasse. Tərcüməsi təxminən belə səslənir – kütləvilik pul yaradır. Bu prinsipin üzərində Media Markt öz biznesini yaradıb. Nəyin ki, Media Markt butün muasir diskont pərakəndəçilər: istər AlDi, istər İkea, istər Wall Mart. Məntiq çox sadədir, hansısa bir işdə ucuz məhsul təklif etmək istəyirsənsə, kütləviliyin verdiyi imkanlardan maskimum istifadə etməlisən. Mən bu prinsipi bölgələrdə yaratdığımız diskont məhsullar təklif edən mağazalarda tətbig etməyə başlamışam. İlk olaraq böyük üstünlüklər yaradıb. Tezliklə Sizlərə nəticələr barədə daha ətraflı yazacam.
  2. Reklam sadə və birmənalı olmalıdır. Əgər təklif etdiyiniz məhsul entry, middle seqmentdədirsə reklam mesajlarını maksimum sadə edin. Luxury seqmentdə ola bilsin, bu tezis səhvdir. Amma Media Markt seqmenti bizə məlumdur və strateqiya doğru olduğu görünür. Düşünürəm ki, brendin verdiyi dəyərlərdən asılı olaraq reklamın tərzi müəyyən edilməlidir. Fikir verirsinizsə diskont brendlər öz kommunikasiya strateqiyalarını bir-başa olaraq yumorun, luxury brendlər isə daha çox əlavə emosiyaların üzərində qurur.
  3. Dar ixtisaslaşma biznesdə daha tez uğur qazanmağa təkan verir. Kitabda çəkilən misallar bir daha sübüt edir ki, o vaxt şirkətin sahibləri onlara gələn çox saylı attraktiv təkliflərə “YOX” deməyi bacararaq bugün ki, imperiyanı qura bildilər. Təxminən 3 ay bundan əvvəl bugün təklif etdiyimiz məhsula “yaraşan” bir xarici brendin distribyutorluğunu etməyə başladıq. Tezliklə atılan addımın səhv olduğu üzə çıxdı. Səbəb?! Səbəb çox sadədir. Bizim (mənim) bu brendin üzərində işləməyə və gücümü verməyə vaxtım yox edi. Bu aydan bu sahədə işlərimizi tam dayandırırıq. Şaxələnməkdən çəkinmək şərtdir!

Media-Markt haqqında olan kitab haqqında digər öyrəndiklərimi növbəti yazılara saxlayaraq, keçək ikinci kitabımıza: “Ритаил из первого лица” kitabıdır. Bu kitabı Rusiyada Apple şirkətinin biznesini yaradan bir insanın dilindən yazılıb. Çox maraqlıdır. Ən əsası… sırf praktikadır. Bu kitabdan hansı Key Notelarımız var?!

  1. Biznesmenin ən dəyərli investitsiyası reputitsiyasıdır. Kitabda Rusiyada olan böhranlarda şirkətin imicini, doğruluğunu saxlamağın yolları barədə ətraflı izahlar verilir. Eyni məsələ bugün Azərbaycan sahibkarları üçündə aktualdır. Mən fikir vermişəm, yeni gənc bizneslə məşğul olanlar bu məsələyə çox ciddi yanaşsada, yaşı 45+ olan “sahibkarlar”ın bəzilərində bu məsələ problemdir. Bunun səbəbi həgin ki, Sovet İttifaqının bizə öyrətdiyi “oğurluq” məntiqidir. Biznesdə verdiyin sözü tutmaq çox vacibdir.
  2. Mühasibatçılıq güclü olmayan biznes ölümə məhkumdur. Biz hər nə qədərdə maliyyəçilər barədə tənqidi danışsaqda, başa düşməliyik ki, maliyyə biznesin əsas aparıcı gücüdür. Düzgün aparılan hesabatçılıq biznesin dahada çiçəklənməsinə, zəif xərclərə nəzarət və ümumiyyətlə nəzarətsizlik biznesi məhv edə bilər. Oxuduğumuz kitabda müəllif maliyyə axınlarının idarəedilməsi və mütləq qaydada mühasibatçılığın vacibliyini gündəmə gətirir. Sizə səmimi deyim, 2 aydır “yüz zülmlə” mühasibatçılıq sistemini təkmişlləşdirə bilməmişəm… amma inanıram ki, bu aydan hər şey düzələcək.

Əziz dostlar çalışın Sizdə kitab oxuyun, amma ən vacibi kitab oxumaq deyil, oxuduqlarımızın tətbig edilməsi üçün “meydanın” olmasıdır. İnanıram ki, kitab sayınızın çoxalması ilə tətbig yerinizdə çoxalacaq.

P.S. Birdə bu ay Üzəyir Hacibəyovun felyotonlarını oxumağa başlamışam… dostlar elə-bilin ki, bugün üçün yazıb. Növbəti bloq postlarımda bu haqda yazacam, Sizə.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close