image_pdfimage_print

Dostlarımızın bildiyi kimi, bu dərs ilində iki ali məktəbdə dərs deməyə başlamışam. Dərs demək bir-az böyük çıxır… biz sadəcə bildiklərimizlə öz tələbə dostlarımızla paylaşırıq. Marketinq AİR təlimlərimizdə paylaşdıqlarımız sırf praktik tərəflər olduğu halda, Ali məktəblərdə biz daha çox biznesin nəzəri tərəflərindən danışırıq. Bugün mənim müşahidə etdiyim bir problem barədə Sizlərlə söhbət etmək istəyirəm. Ali məktəblərimizdə gənc alimlərimiz demək olar ki, yoxdur. 28-35 yaşlarında PhD etmiş (elmlər namizədi olmuş) adamların sayı barmaqla sayılır. Mən düşünürəm ki, bunun bir neçə ciddi səbəbi var.

Yazıya keçməmişdən əvvəl qeyd etməliyəm ki, bizim yazıda söhbət sırf iqisadçı alimlərdən gedəcək. Biz hesab edirik ki, ali məktəblərdə biznes, marketinq haqqında nəyin ki, kifayət qədər praktiki biliyi olan müəllimlərimiz qıtdır, həmdə elmi adı olan müəllimlərimiz yoxdur.

Biz daha əvvəldə Sizinlə bu haqda danışmışdıq, amma bir daha yadınıza salım. Biznesdə nəzəriyyə anlayışı yoxdur. Biznes, marketinq haqqında ali məktıbdə nəzəriyyədən danışmaq üçündə, bizim mütləq praktik biliyimiz olmalıdır. Səbəb?! Səbəb çox sadədir. Biznesdə nəzəriyyə – kimlərinsə etdiyi praktikadır. Bunu təəsüf ki, bizim bir çox hörmət etdiyimiz ali məktəb müəllimləri başa düşmürlər. Onlara hələdə elə gəlir ki, biznes, marketinq kimi anlayışlar haqqında dərs tədris etmək üçün qalın kitabları tələbələrə “əzbərlətmək” lazımdır. Biz belə düşünmürük… biz belə düşünmədiyimiz üçün, İqtisad Universitetində olan mühazirələrimizdə mükəmməl sakitlik olur.  Belə düşünmədiyimiz üçün son bir ay ərzində tələbələrimizdə 9-dənə təşəkkür məktubu almışıq… neysə keçək, əsas məsələyə, niyə Azərbaycanda gənc alimlər azdır?!

Birincisi biz hesab edirik ki, Azərbaycanda gənc alimlərin az olmasının əsas səbəbi alim olmaq üçün son dərəcə yüksək “burokratik” əngəllərin olmasıdır. Bizdə alimlik dissertasiyası yazmaq, alim olmaq üçün edilənlərin maksimum 30%!!! Maksimum! Təsəvvür edin: Alim olmaq istəyirsən, araşdırma, təhlil, elmlə məşğul olmaq işin 30%. Bəs Sizcə yerdə qalan hissəsi nədir?! Aspirant (dissertant) olanlar bilir. Yerdə qalan hissə… boş-boş sənəd işləri, heç kimə lazım olmayan arayışların yığılması, bir mövzunun ən azı 3 dəfə müdafiyə edilməsi (Ay aparıcı təşkilat, ay digər nə-bilimnələr…, ay VAK, ay nə bilim nə)… bir sözlə elmlə məşğul olmaqdan başqa hər şey etmək olar…

İkincisi biz hesab edirik, Azərbaycanda alim olmaq maraqsızdır. Səmimi deyirəm. Bunu dissertasiya etmiş biri kimi deyirəm. Yuxarıda dediyimiz burokratiyanın çoxluğu gənc adamların alimləkdən yan keçməsinə səbəb olmaqla, yanaşı həmdə maddi və mənəvi cəhətdən alim olmağın verdiyi mənfəət hiss edilmir. Bu çox pisdir. Butün digər sahələr olduğu kimi, iqtisadiyyat, biznes kimi istiqamətlərdədə bizə gənc kadrlar lazımdır. Ən azı ona görə ki, indi olan nəslin yerinə kimlərsə gəlməlidir.

Üçüncüsü biz düşünürük ki, alimlik bizim sahədə yalnız və yalnız praktikadan gəlməlidir. Bizdə isə bu məsələyə tam əskinə yanaşırlar… bugün real biznesdə çalışan adamların elmlər namizədi olmaq istəyi… sırf burakratik cəhətdən çox-çox çətindir. Bugün bizə elə gəlir, Akademiyalarda, VAK-da “oturan” alimlərimiz istəyir ki, alim yalnız pedagoji fəaliyyətlə məşğul olanlar olsun. Bu bizim fikrimizcə tamamiylə səhv yanaşmadır. Biznesdə, marketinqdə praktiki fəaliyyət hər şeydən üstündür.

Biz inanırıq ki, tezliklə ölkəmizdə gənc alimlərimizin sayı çoxalacaq. Biz inanırıq ki, gənc alimlər ölkə iqtisadiyyatını dahada gücləndirəcək. Buna çox inanırıq. Gənc alimlər hardasız?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close