image_pdfimage_print

Son dövrlərdə xarici brendlərin satış konsepsiyalarını təhlil edərək, çox maraqlı bir tendensiyanın şahidi oluram. Bugün məhsul müştəriyə ilk olaraq maksimum sadə, baza formada təklif edilir, daha sonra xırda tamamlayıcılarla müştəri özüdə hiss etmədən daha çox pul xərcləməli olur. Buna Marketinqdə gül konsepsiyası deyirlər. Bu konsepsiyanı daha dərindən təhlil edək.

Bunu ən sadə formada tətbig edən brendlər, sənayə avtomobilçilərdir. Bugünün özündə belə məshul müştəriyə maksimum sadə – quru formada göstərilir və satış prosesində hər bir funksiyaya görə əlavə ödəniş tələb edilir. Məsələn, TV reklamlarda filan qiymətdən başlayaraq… sözünü deməklə, əslində məshul baza versiyada müşrəriləri cəlb etmiş olur.

Gül konsepsiyasında mükəmməl brend konsepsiya quran digər brend – Pandora brendidir. Düşünün ki, ilk əvvəl müştərilər sadə qolbağ alır. Daha sonra qolbağın üzərində yeni daş-qaşları bir-bir almaqla əslində eyni müştəriyə daha baha məhsul təklif edilmiş olur.

Son vaxtlar gül konsepsiyası bir-başa olaraq əyləncə sektorunu transfer olunmaqdadır. Əgər əvvəllər tur-operatorlar qiymətlərdə “all inclusive” yanaşmalarından istifadə edirdilərsə, bugün bu məsələ heçdə belə deyil. Tur operatorlar minimum qiymətlərdən önə çıxaraq ilk öncə baza tur-paketi satır. Daha sonra mövcud tur paketə əlavə xidmətlərin satışından kar qazanır. Hətta bu yaxında oxuduğum bir məqaləyə görə Tez Tour kimi post-sovet ölkələrinin ən böyük tur operatoru 2014-cü ildə öz satış strateqiyasını dəyişmək istəyir. Məntiq çox sadədir. Baza turlar (məhsul) maya dəyərinə təklif edilir, müştəri aldıqdan sonra ona çox ciddi şəkildə əlavə dəyərlər təklif edilir. Biznesin rentabelliyi məhz əlavələrin üzərində qurulur.

Eyni cürə hava daşıması ilə məşğul olan şirkətlər bu konsepsiyadan aktiv istifadə edir. Konsepsiya özündə çox sadə məntiqi aşılayır. İnsanlar (müştərilər) yalnız istifadə etdikləri dəyərlərə görə pul ödəmiş olur. Əlavə heç bir xərc meydana gəlmir, əlavə heç bir xərc müştəriyə yansımır.

Bəs bu konsepsiya Azərbaycan bazarında necə işləyər?! Düşünmək lazımdır. İlk əvvəl deyim ki, bizim millət mentalitetində bir-az xırdaçılığı xoşlamamaq var. Məsələn, digər post-sovet ölkələri ilə müqayisədə alış prosesinə ən az vaxt sərf edən millət bizik. Bu sırf bizim adamların səbrsiz olmasının nəticəsidir, məncə. Bu məntiqlə gül konsepsiyası bizim adamların seçim prosesini gəlizləşdirə bilər.

Təsadüfi deyil ki, bizim adamlar hər zaman hər şeyin bir əldən (bir yerdən) əldə edilməsinə üstünlük verir. Buna baxmayaraq düşününrəm ki, gün konsepsiyasını tətbig edərək diskont bazarlarda ciddi bizneslər qurmaq olar. Bu son dərəcə maraqlı və cazibədar təklif kimi müştəriyə görünə bilər.

Mən düşünürəm ki, tezliklə Azərbaycandada bu konsepsiya geniş istifadə edilməyə başlayacaqdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close