image_pdfimage_print

Son vaxtlar görüşdüyüm adamlardan, etdiyim söhbətlərdən, ətraflndakılar iki cür səs, eyni məsələyə iki cür bir-birləri ilə tam fərqli fikirlər eşidirəm. Əziz oxucu, mən heç cürə gərar verə bilmirəm bu səslərdən hansı düzgündür, hansı səhvdir. Qorxuram bu səslər məni aldatsın. Gəlin birlikdə baxaq.

Bir səs deyir ki, Azərbaycanda Vergi sistemi sahibkarlıq fəaliyyətini dəstəkləyir, ölkədə münbit biznes şəraiti var. Məsələn, bu ildən meydana gələn “partnyorluq” müqaviləsi əslində sahibkarlığı dahada dəstəkləyir. İşləyə bilən hamı üçün Vergi siyasəti yalnız stimullaşdırıcı funksiya daşıyır.

Digər səs deyir ki, Vergi sistemi sahibkarlığı məhv edir. Ölkədə biznes qurmaq çox çətindir, ona görə ki, ildə bir dəfə audit gəlir və biznesə elə zərbu vurur ki, iş qurmaq mümkünsüz olur və s. Düzgün sistemlə işləmək mümkün deyil.

Bir səs deyir ki, Azərbaycanda gömrük elə şərait qurub ki, yerli sahibkarlar üçün münbit imkanlar var. Sahibkar istər xaricdən, istərsədə xaricə rahat mal ixrac edə bilir. İldən-ilə hər şey daha rahat olur. Hətta bugün bizim gömrük sistemi Rusiya, Ukrayna kimi post-sovet ölkələri ilə müqayisədə daha rahatdır.

Digər səs deyir ki, bizim gömrük biznesin düşmənidir. Gömrükdə olan şəraitə görə ölkəyə heçnə gələ bilmir. Gömrük olmasa bizim işlərimiz daha yaxşı gedir. Gömrük sistemi monopoliya və s. kimi amillərin üzərində dayanır.

Bir səs deyir ki, bizim Azərbaycanlılar ticarəti, biznesi çox yaxşı bilir. Bizim adam “daşdan pul çıxara bilirlər”. Bizim insanlar biznesi çox gözəl başa düşürlər. Belə olmasaydı bizdə Embawoodlar, Ulduzlar, FABlar olmazdı… və s.

Digər səs deyir ki, bizdə adamlar çox bacarıqsızdır. Ay bizim sahibkarlar belə etdi, ay onlar belə etməli edi və s. Azərbaycan biznesinin ən böyük problemi sahibkarlardır, onlar düzəlməmiş iş getməz.

Bir səs deyir ki, bugün Azərbaycanın bölgələrində mükəmməl biznes imkanları var. Bakı artıq dolmuş vəziyyətdədir. Amma bölgələrdə sistemli biznes quran sahibkarlarımız yoxdur. Bazar boşdur yaxşı imkanlar var kimlər başlasa tezliklə böyük imkanlar əldə edə bilər.

Digər səs deyir ki, rayonlarda pul yoxdur. Camaatın vəziyyəti pisdir, orda nə biznes, heç camaatın cörək almağada pulu yoxdur. Biznes yalnız Bakıdadır, oda bir qrup adamların əlində və s.

Bir səs deyir ki, oxumaq, təhsilə önəm vermək bugün yegənə inkişaf yoludur. Öz işini bilməyən adamın maddi və mənəvi cəhətdən rahat olması çox çətindir. İnkişaf etmək üçün öz üzərində ciddi işləməli, bir istiqamət üzrə inkişaf etməlisən. Çalışsan gələcəkdə güclü olacaqsan.

Digər səs deyir…, ay gardaş nə təhsil, nə oxumaq bögün gərək adamın olsun, bugün gərək pulun olsun və s. Filankəsin oğlu oxudu, nə oldu? Amma bax… filankəs heç nə bilmir amma, adama var. Ona görədə yaxşı vəzifədə işləyir.

Bir sözlə əziz oxucu, qalmışam bu iki səsin arasında… hər ikisini eşidirəm, amma bilmirəm hansına inanım. Siz mənə bir məsləhət verin, xahiş edirəm!!!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Yazıya görə təşəkkür İlkin müəllim.
    Vergi və audit doğrudanda surprizcəsinə "ziyan" vurur çox adamın biznesinə.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close