image_pdfimage_print

Biz keçən yazılarımızda dünyanı dəyişəcək bəzi trendlər barədə söhbət etmişdik. Bu yazıda isə, Sizinlə iki ciddi trendin sinerjisi əsasında tibb sektorunda dəyişikliyin olacağı barədə fikirlərimizi bölüşmək istəyirəm. Bu trendlər: mobillik və sağlamlıqdır.

Əlbəttə, dəyərli oxucumuz bilir ki, bugün dünyada olan ən ciddi trendlərin başında iki məsələ dayanır: mobilləşmə və insanların sağlamlıqlarına daha ciddi fikir vermələri. Nə qədər paradoksal səslənsədə bu iki trend arasında düz-mütanasiblik var. Sadə dillə desək, dünyada mobilləşmə (mobil internet) nə qədər çox inkişaf edirsə, sağlamlıq məsələsi bir o qədər önəm qazanır. İnsanlar, biz sağlamlığımıza daha çox önəm veririk.

Bu yaxında “Секреты фирмы” jurnalında oxuduğum bir yazıya görə Linkedinin CEO-su Djef Veynerin sözlərini Sizinlədə paylaşmaq istəyirəm: “Linkedin saytına 2013-cü ildə girişin 38% mobil telefonlarla olmuşdur. 2014-də bu rəqəm minimum 50% olacaq”. Digər tərəfdən çox tezliklə mobil internet, ənənəvi internetdən daha çox olacaq. Dünyada hal-hazırda internetin inkişafı sırf mobil internetin üzərində gedir. Məsələn, bu il ilk dəfə olaraq dünya üzrə smartfonların satışı adi telefonlarda daha çox olmuşdur!!!

Digər tərəfdən qlobal statistikalara görə insanlar ildən-ilə tibbi sığorta xərclərini daha çox pul xərcləyirlər və ümumiyyətlə müayinə bazarının tutumu gündən-günə artır. Bunu biz biliriksə… deməli mobil internet üzərində işləyən şirkətlər “dünəndən” bilir və…

… və artıq “smartfon həkimlər” meydana gəlir. Bugün artıq Basis Science kimi şirkətlər insanların chek-up funksiyasını öz öhdəsinə götürmüşdür. Mobil internet vasitəsi ilə artıq müayinəyə getməyə ehtiyyac yoxdur. Hazırlanan cihazlar vasitəsi ilə insanların gündəlik ürək döyüntüləri, nəbzi və s. paramertlər əsasında bizim sağlamlığımız təyin edilir. Biz artıq onlayn-rejimdə daimi check-up əldə etmiş oluruq. Düşünə bilirsiz?! Bundan sonra kimə lazımdır uzun-uzadı həkim növbələri?!

Cihazlara verilmiş tapşırıq əsasında insanın xəstəlikləri daim nəzərətdə qala bilər. Bununla istifadəçi daimi rejimdə öz sağlamlığına nəzarət edir və tibb sektoru öz bazar prinsipləri tam dəyişmiş olur.

Sizinlə bir səmimiyyət edim. Mən bu yaxında Azərbaycanda internet biznes boş şeydir dedikdə, əsas məqsədin intetnet bizneslə məşğul olan dostlarımızı daha çox hədəfə aksent etmək edi. Bir növ istədim “ayılsınlar”. Düzdür bir-az effekt oldu, amma daha çox olması lazımdır. Bugün internet biznesin gələcəyidir. Onlaynda olmayan biznesin gələcəyi yoxdur. Bu baxımdan klinikalar mütləq bu trendləri izləməlidirlər. Tibb sektoru mobil internetin inkişafı ilə xeyli dəyişə bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close