image_pdfimage_print

Yadıma gəlir bir dəfə Almaniyada olanda bir şirkətlə tanış olduq – şirkətin 170 ildən çox yaşı var edi. Bilirsiz şirkət 170 il ərzində nə istehsal edirdi?! Düşünün ki, şirkət 170 il ərzində yalnız və yalnız çarpayı istehsal edib. Təsəvvür edin… 170 il yalnız çarpayı. Ailə şirkəti olaraq 200 mln. EVroluq dövriyyəsi olan biznes, bugünə qədər bir manatda (Evroda) olsun kreditdən istifadə etməyən şirkət kimi rahatlıqla qinnes kitabına düşə bilər. İş fəaliyyətində bir Evro belə krediti olmayıb! Mən düşünürəm ki, bugün belə bizneslər qurmaq mümkündür. Bu haqda fikirlərimi bölüşüm – maraqlıdırsa oxuyun!

Elə bir biznes yoxdur ki, o biznes üçün pul lazım olmasın və ya biznesdə pula ehtiyyac olmasın. Pul hər zaman insan olan yerdə qıtdır və təbii ki, bu belədə olacaq. Necə ki, bizim ehtiyyaclarımız sonsuz, resurslar məhduddur. Eləcədə biznesin genişlənmə istəyi sonsuz, genişlənmə üçün imkanlar isə hər zaman məhduddur.

Bununla paralel unutmaq olmaz yalnız pul hesabına uzunmüddətli işləyən biznesdə yoxdur və mümkün deyil. Bizneslə məşğul olmaq üçün pul əsas resurs deyil, hətta ümumiyyətlə pul tapmaq mümkündür. Əsas olan biznes modelin düzgün qurulmasıdır. Bunu edə bilən adamlar azdır. Bunu etməyi öyrənmək pulla mümkün deyil, çətindir.

Necə olur ki, bir şirkətlər daim kreditlərdən asılı olurlar, daim pul problemləri olur və s. Digər şirkətlər isə ümumiyyətlə kreditsiz son dərəcə mənfəətli bizneslərə sahib olurlar. Bunun üçün aşağıda sadaladığımız prinsiplərə riayyət etmək mütləqdir.

  1. Dar ixtisaslaşma. Güclü və mənfəətli biznes qurmaq üçün mütləq qaydada dar ixtisaslaşma lazımdır. Şaxələnmək mənfəətin düşmənidir. Dar ixtisaslaşma hesabına biznesdə təcrübə əyrisi formalaşır. Bunun nəticəsində işçilərin effektivliyi artır və ildən-ilə maya dəyəri aşağı düşməklə yanaşı, sabit müştəri kütləsidə formalaşır. Burada bir məsələyə diqqət etmək lazımdır. Bizim məqsədimiz çox satmaq deyil. Biznesin məqsədi mənfəət qazanmaqdır. Bu baxımdan satışların artırılması hesabına edilən şaxələnmələr mənfəət və ümumi olaraq biznesin likvidlik dərəcəsinə təsir edir… bir-az maliyyəçilər kimi danışdım?! Sadə dildə dediyim budur ki, dar ixtisaslaşma vasitəsi ilə daha çox mənfəət qazanmağımız mümkündür. 
  2. Tam yüklənmiş işçilər. Çox zaman şirkətlər istər-istəməz strukturda olan kadr saylarını çoxaldırlar. İşsiz və ya tam yüklənməmiş işçi biznesi kreditə aparan ən asand yoldur. Artıq işçilər yerli-yersiz genişlənməni diktə edirlər. Sözlə yox. Sadəcə biznesdə belə artıq və ya az yüklənmiş işçilər şirkət sahibində məcburi genişlənmə istəyi (zərurəti) yaradır. Çalışmaq lazımdır ki, yeni işçi yalnız mövcud işçilər tam yükləndikdən sonra götürülsün. Bu personal xərclərin artmasına görə deyil. Az maaşı olan 2 işçi götürməkdənsə, yüksək maaşlı bir işçiyə sahib olmaq daha yaxşıdır.
  3. Sadə struktur. Biznesdə maliyyəçilərin sevdiyi gəliz strukturlaşmalar və ya bəzi “MBA” bitirmiş adamlar tərəfindən işlənən korporativləşmə… biznesi bir-başa olaraq kreditə aparır. Struktur nə qədər sadə və rahat olursa işlər bir o qədər sistemli və düzgün gedir. Heç bir şəkildə çətin izah edə biləcəyiniz strukturlar yaratmayın… əmin olun bu biznesinizin likvidlik dərəcəsini aşağı salacaq. Həmçinin sadə struktur biznesin çevikliyini artırır. Bu isə şirkət sahiblərinin “ayaqlarını yorğana görə uzatmalarını” təmin edir.

Biz hesab edirik ki, “yersiz” böyümə heç bir biznesmenə lazım deyil (baıqçı misalını buradan oxuyun). Belə böyümə bizi səhv istiqamətə gətirir və biznes bizim üçün deyil, biz biznes üçün yaşayırıq. Buna yol vermək OLMAZ!

Biznes bizim xoşbəxtçiliyimiz üçün bir vasitədir. Bu baxımdan kreditsiz biznes qurmağı hamınıza arzu edirəm. Kim deyir muasir dövrdə bu mümkün deyil?!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close