image_pdfimage_print

Son vaxtlar üzərində çalışdığım layihə ilə bağlı pərakəndəçiliyi daha ciddi araşdırmağa başlamışam. Necə ki, “aşıq gördüyünü çalır”, məndə bu bloqda Sizə yalnız etdiklərimdən yazıram. Başqa cür olada bilməz. Bizim Sizinlə konkret razılaşmağımız var:

“Siz mənim qrammatik səhvlərimi “üzümə” vurmursuz, məndə Sizə biznes, marketinq, brendinq haqqında olan düşüncələrimi paylaşıram. Hər ikimiz məmnunuq. Sövdələşmə baş tutdu!!!))”

Neysə… keçək əsas məsələyə. Düşünürəm ki, çoxlarınız şəhərimizdə xırda ərzaq məhsullarının bağlandığının şahidi olursuz. Yaxın ərazidə “Bizim Market”, “Favorit” və s. kimi bir böyük zəncir market açıldıqda xırda mağazaların “alveri” olür  və tezliklə mağaza bağlanır. Belə bir fikir formalaşır ki, xırda, məhlə arası mağazaların “bazarı” gələcəkdə olmayacaq və s. Biz bu haqda belə düşünmürük və bu yazıda məhəllə arası mağazaların xeyrinə bir neçə arqumentlər göstərmək istəyirik.

İlk əvvəl qeyd etməliyəm ki, Azərbaycan mentalitentində mehribançılıq, qonşularla danışma, ətrafda baş verənlər barədə məlumatlı olma son dərəcə əhəmiyyətli məsələlər olduğundan “məhəllə arası” marketlərin ayaqda qalma şansı çox böyükdür. Gəlin hansısa bir böyük supermarketlə, məhlə arası mağaza arasında olan fərqlərə baxaq.

FƏRQ №1. Böyük marketlərdə satıcıları tanımırıq. Düşünün ki, Siz Bizim Marketdən bazarlıq edirsiz. Hər şey son dərəcə “quru” və demək olar ki, darıxdırıcı ssenari ilə gedir. Siz içəri girirsiz, malları nəyəsə yığırsız, kassada pulunuzu ödəyib çıxırsınız. Bəs məhlənizdə olan mağazada necə olur?

Burada əgər məhəllə mağazasını işlədən adam, işini bacarırsa, Sizinlə mütləq daha əvvəldən tanış olur. O Sizin hansı məhsulları bəyəndiyinizi bilir, Sizi maraqlarınızı, çalışdığınız yeri, hətta ola bilər orta dostunuz olur. Beləliklə məhəllə arası marketdə Sizə xidmət daha fərdi və yüksək səviyyədə təşkil edilir. “Pul yadımdan çıxıb” və ya “Sabah verərəm” kimi sözlərdə əslində rahat istifadə olunandır.

FƏRQ №2. Supermarketdə çeşid bolluğu olur. Əslində bu “bolluğun” belə özünə görə mənfi cəhətləri var. Bol çeşid seçim prosesini bizim üçün dahada çətin edir. Mağazanın böyüklüyü Sizin artıq vaxtımızı alır və mənasız yerə düşünməyə vadar edir. Son aparılan araşdırmalara görə, həftəlik bazarlıqlarını böyük supermarketlərdən edən ailələr ilk baxışdan qənayət etmiş kimi görünsələrdə, onların həftəlik məhsul səbətində ən azı 20% məhsul əvvəlcədən planlaşdırılmır. Başqa sözlə desək, supermarketlərdə olan seçim bolluğu bizə “lazımsız” alışlar etməyə sövq edir.

Məhəllə arası marketlərdə məsələ tamamiylə fərqlidir. Əgər mağaza işlədən adam merçaydanzinqin “baza” prinsiplərini bilsə, asanlıqla müştəriyə bir çox faydalar təklif edə bilər. Hər şey deyil, məhz məhəllədə olanlara lazım olanları mağazada sərgiləmək, müştərilərin rahat seçməsi üçün düzgün sərgiləmə etməklə içəridə əsl rahat alış-veriş cənnəti yaratmaq olar.

Biz burda 3, 4, 5 və s. fərqlər göstərə bilərik. Lakin bunun yerinə mən Sizə bir vaxtlar xırda məhəllə arası marketdən, Amerikanın ən tanınmış pərakəndə zəncirinə çevrilmiş bir brend – Trader Joes barədə məlumat vermək istəyirəm. Bu brend mənim mütəmadi izlədiyim brendlərin siyahısını bir ay bundan əvvəl düşüb.

Düşünün ki, mağazada istər sərgiləmə, istərsə personalın xidməti, istərsədə müştərilərlə münasibətlər vahid standartlara tabe olsada, müştərilər bu mağazanı demək olar ki, öz evləri hiss edirlər.

Trader Joes-ə mağazalarında maksimum 1000 növ çeşid olur. Bu əslində almaniyanın məhşur diskaunteri ALDİ SÜD və ya ALDİ NORD məhsul portfelinə bərabərdir ( ALDİ haqqında tezliklə Sizə ayrıca bloq yazacam!!!). Amma Trader Joes yalnız çeşid sayına görə ALDİ-yə oxşayır. Başqa heçnə.

Mağazada olan qiymətliklərin konsepsiyası demək olar ki, hər bir mağaza üçün fərqlidir. Hər bir qiymətlikdə xüsusi yumoristik sözlər yazılır. Bununla yanaşı mağazada olan mobayllar, voblerlər məhəllənin bugün olan problemlərini, sevinclərini əks etdirir.

Trader Joes brendinin ən güclü tərəfi müştərilərlə mükəmməl qarşılıqlı əlaqələrin qurulmasındadır. Marketoloqların dilində desək, şəbəkədə mükəmməl CRM işləyir.

Bugün Trader Joes Wall Mart kimi, Aldi və ya LİDL kimi pərakəndəçilərin olduğu bazarda yüksək mənfəətlik göstəriciləri və inkişaf templərinə görə göz doldurur. Mağazada hər həftə xüsusi tədbirlər keçirilir. Bu yeni il ərafəsində reseptlərlərlə nəyinsə hazırlandığından tutmuş, flaş-moblara gədər ola bilər.

Mən düşünürəm ki, bizim xırda məhəllə marketlərinin Trade Joes kimi brendlərdən öyrənəcək hələ çox şey var. Məhəllə marketlərin heç bir şəkildə bazardan çıxacağını inanmıram. Bazarda hər satış formatının öz payı var (olmalıdır). Azərbaycan bazarında isə pərakəndəçilik demək olar ki, inkişaf etməyib. Bazarda demək olar ki, heç bir ciddi pərakəndəçi formatı yoxdur.

VACİB QEYD: Bu yazıda biz gətiyyən pərakəndə şəbəkələrin bazar paylarını itirəcəklərini demirik, sadəcə bildirmək istəyirik ki, hər bir pərakəndəçi format üçün bazarda yer var. 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Salam Ilkinn bey.
    Beli, Azerbaycanda xirda,kompakt,mehelle arasi, yol qiragi marketler hec zaman “siradan cixmayacaqlar”.Sadece daha meqsedyonlu calishanlari daha tez ve davamli ugur qazana bilecekler. Bunu bir FMCG sahesinde 15 il calishan ve hal hazirda da boyuk shirketlerimizin birinde Marketinq sahesinde ugur qazanmaga calishan biri kimi eminlikle deyirem. Dediklerinizle raziyam amma cooooxxxxaz bir qeyd elemisiniz. Belkede bu sahede arashdirmalara yeni bashlamaginizdan ireli gelir, amma elave ucun deyimki siz sadalayan cehetin menfi bir hisseside varki, ne qeder qonshuyla dostla munasibet acdinsa demeli magazada kassanin yanina bir “borc defteride” ayirib qoymalisan)) artiq bu problemnen azad olmaq ucun mehelle marketleride ya qonshularla unsiyyetden maksimum qacmaga ve ciddiyyet saxlamaga calishirlar yada umumiyyetle tam yad bir satici getirerek bu beladan qurtulmaq isteyirler…Mence mehelle ve xirda marketlerin ustunluyu magazaya girib 10-15 metr mesafe qet etmele butun seqment mehsullarin qarshisindan kecib istediyini goture bilmeyindir.Neyinki boyuk shebeke markete girib 250-300 m yol qet edib ve sonundada Siz demishken 20-30% lazimsiz mal alib cixasan. Mence bu cur boyuk marketlerinde bir vax sonu gelecek. Boyuk market deyende yeniki bu boyukluyu lazimsiz istifade edenleri nezerden tutramki meselen, bir sok ceshidini 2 m ana vitrinde40 face duzmeyin ne menasi var? eslinde burda udan magaza ve shirketdi,uduzan ise alici…magaza vitrini satir shirket ise ehateni zebt edirki alicinin gozune girsin.sonunda ise alici heqiqetende bilmirki neyi alsin,niye alsin,neceye alsin.hele men ceki shirniyyatlar bolumunnen danishmiram,ilahi,sadece felaketdi.bu haqda uzun uzadi danishmaq olar…yenede deyirem shexsen bir 1-2-3 eded mal ucun hec bir boyuk markete girmirem ve girmeremde hetda xirda market bir az daha uzaq olsa bele,cunki sonunda boyuk marketde serf etdiyim vax her terefden seni zebt ed=tmish olur…he birde deyimki bizim zencir marketlerin coooxxx menasiz bir ideologiyalari varki kassa qabagi mallara cox onem ayirmirlar.meselen men hele hansisa bir boyuk shebekede butun ceshid siqaretin satildigini gormemishem ve bu sonunda hemishe esebleshdirir meniki men 150 manatliq alish verish etmishem amma sonunda yenede siqaret ucun mehelledeki dukana girmeliyem))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close