image_pdfimage_print

Keçən yazılarımızın birində ürək ağrısı ilə Azərbaycanda Startup-ın boş şey olduğu barədə yazmışdıq. Məqsədimiz qətiyyən internet biznesiylə məşğul olan adamlara “gülmək” deyil. Biz sadəcə internetdə biznes qurmaq istəyən dostlarımızı hərəkətə təşviq etmək istəyirik, zəhmətləri “havada” qalmasın, heç olmasa gördükləri işlərin mahiyyəti, dəyəri olsun. Bu yazıda biz startup edən dostlarımızın “görmədiyi” bir məsələ barədə danışmaq istəyirik – İT (informasiya texniloqiyaları) mütəxəssisləri yaratdıqları bizneslərdə ciddi səhvlər buraxırlar. Bu səhvlər onların, peşələrindən asılı olaraq yaranmış bəzi problemli xasiyyətlər (vərdişlər) nəticəsində buraxılır. Gəlin bu İT işçilərinin uğurlu biznes qurmağa mane olan üç vərdiş barədə danışaq.

İlk əvvəl qeyd etməliyəm ki, Startup sözünün İT və ya İT sahəsi ilə məşğul olan adamlarla əlaqəsi yoxdur. Ümumiyyətlə dünyada olan uğurlu startupları yaradan adamlara diqqət etsək bir daha əmin olarıq ki, internet startup qurmaq üçün gətiyyən İT mütəxəssisi olmaq lazım deyil. Hətta daha “dəhşətlisi” “İT-tişniklik” olmaq bu işdə ciddi bir qüsur hesab edilir. Bilirsiz niyə?!

Birincisi ona görə ki, İT sahəsində işləyən insanlar təbiyyət olaraq qapalı olurlar. Necə dəyərlər, bu dostlarımızın özlərini xas dünyaları olur. Qəliz terminlər, heç kimin başa düşmədiyi problemlər barədə müzakirələr (əslində çox zaman ümumiyyətlə heç problemdə olmur, özləri yaradırlar ki, danışmağa mövzuları olsun və s.), İT ilə məşğul olmayanlara qarşı kobud münasibətlər bu sahənin adamların son dərəcə zəif networkinqə sahib olmaqlarını yaradır. İT sahənin dostlarına fikir verin: onlar ən çox elə öz sahələri ilə dost olurlar. Səbəb?! Səbəb çox sadədir bu dostlarımızın öz dünyaları olur!

Əlbəttə, bizim bloqun oxucuları yaxşı bilir ki, biznesin inkişaf etdirilməsi üçün insanlara qarşı sevgi, əlaqə qura bilmə qabiliyyəti, yaxşılıq etmək kimi məsələlər şərtdir. İT mütəxəssisləri təəsüf ki, networkinq qurma qabiliyyəti aşağıdır.

İkincisi ona görə ki, İT sahəsində çalışan dostlarımız istənilən işdə alqoritmik düşüncə axtarırlar. Başqa sözlə desək, bu insanlarda standartlaşdırma, sistem, hesablamalar birinci prioritet hesab edilir. Düşüncə tərzləri belədir. Bu tip düşüncə tərzi əslində bir çox fəaliyyətdə son dərəcə vacibdir. Məsələn, proqramlaşdırmada alqoritmik düşüncə olmasa, heç cürə işləmək mümkün deyil və s. Bəs biznesdə, biznesdə hər zamanmı “5+1=6 olur?!”

Əlbəttə, bizim bloqun oxucuları gözəl bilir ki, muaisr biznes fərqlənmə bacarığınız üzərində dayanır. Hamının görə bildiyini görməklə, uğurlu biznes qurmaq mümkün deyil. Biznesmen fərqlə düşüncə qabiliyyətinə malik olmalıdır. Bunun üçün biz, sərhədləri aşmağı bacarmalıyıq (düşüncə sərhədlərini).

Üçüncüsü ona görə ki, İT sahəsində işləyən dostlarımızın bir çoxu daim hansısa bir prosesə aksent etmiş olurlar. Bu analitik, maliyyəçi, loqistika və s. cari fəaliyyətlə məşğul olacaq peşələr üçün əla insan keyfiyyəti olsada, biznes sözünün antonimidir. İT ilə məşğul olanlar hansısa bir layihə başladıqları zaman yalnız iş fəaliyyətindən həzz alır. Əldə ediləcək nəticələr, layihənin hədəfi bir növ yaddan çıxır. Bu biznes üçün çox təhlükəlidir. Biznes hədəfə yönəli insan fəaliyyətidir. Prosesdən həzz alan adamlar bizneslə məşğul ola bilməzlər.

Bizim bloqumuzun oxucuları bilir ki, biznes fəaliyyəti layihə şəklində həyata keçirilir. Layihənin uğurlu olması isə yalnız və yalnız qoyulan hədəfə çatıb, çatmamaqla xarakterizə edilə bilər. Hər zaman biznesmenlər prosesə deyil, nəticəyə aksent edən adamlar olur.

Biz düşünürük ki, İT sahəsində çalışan dostlarımızın arasında yaxşı, uğurlu biznes quranlarımız olacaq. Həmçinin hesab edirik ki, yuxarıda sadaladığımız məsələri oxumaqla biz bu xasiyyətlərində azad olmaq yollarını tapmalıyıq. İnsan öz zəhməti ilə çox şeyə qadirdir, hətta İT ekspert olsa belə. Hər birinizə karlı və hədəf çatmış bizneslər arzu edirəm!

VACİB QEYD: Mənim əlbəttə, son dərəcə güclü biznes düşüncəsi olan İT işçiləridə tanıyıram. Burada söhbət çoxluqdan gedir, Sizdən yox!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Bəzi məqamlarla razı deyiləm. Facebook, Twitter, Google, Dropbox və.s. meqauğurlu nümunələr, hətta bir az keçmişə gedək Microsoft və Apple. Hamısının baniləri proqramçılardır, biznesmen və ya marketoloqlar yox :) Sadəcə normal bazarlarla işin fazaları hər kəsə bəllidir. Daha Azərbaycandakı kimi "uğurlu layihəm var, bunu neçə monetizasiya edim" problemi yoxdur. Normal bazar olan ölkədə ilk fazada proqramçılar işini görür, ilkin investisiya anında gedir problemsiz olaraq investisiyasln alır, sonrası da uğurludursa tutur və növbəti mərhələlərə qədəm qoyur ən nəhayətində monetizasiya modeli işə düşür, uğurlu deyilsə də fail olur, itirən angel investor olur və.s. və ilaxır. Yəni dediyim o ki, startup mexanizmi normal bazarlarla o qədər aydın etaplı, öz relsinə düşmüş mexanizmdir ki, proqramçının fərdi biznes keyfiyyətlərinin burada heç bir önəmi yoxdur. Onun biznes plan qurması, uzaqgörən olması, superiradəli olması və.s. meyarlar ikinci planda olur, çünki mexanizm var və işləkdir, lazım olan uğurlu başlanğıcdır, lazımi anda lazımi yerdə peyda olmaqdır.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close