image_pdfimage_print

Hərdən bizim çox gözəl dövrdə yaşadığımızı dostlarımıza deyirəm. Düşünün… planşetlər, mobil telefonlar, internet, kabel televiziyaları və s. və ilaxir. Bəlkə, həyatımızda gözlənilən mükəmməl gələcək artıq gəlib?! Bugün insan daha rahat yaşayır, bugün informasiyanın yayılma sürəti son dərəcə yüksəkdir, bugün insanoğlu azqala hər şey haqqında anında xəbər tutur… və s. Lakin son dövrlər mən istər iş həyatımda, istərsədə gündəlik müşahidələrimdən bir məsələnin günlər getdikcə dahada aktuallaşdığını hiss edirəm. Bizim həyatımız nə qədər yaxşılaşsada, biz bir o qədər keçmişi xatırlayıb, onun daha gözəl olduğuna inanırıq. İnsanların nostalqiyaya ehtiyyacı var və bu marketoloqlar, brend-menecerlər qarşısında mükəmməl imkanlar yaradır.

Son dövrlər informasiya texnoloqiyalarında olan yeniliklər bizim həyatımızı əslində son dərəcə rahatlaşdırıb (buradan oxuyun rahatlıq barədə). Məsələni bir neçə misal çəkərək dahada açmaq istəyirəm.

  • Bir vaxtlar TV-ə hansısa filmin “həsrətində” olurduq, bugün isə demək olar ki, istənilən filmi asanlıqla istədiyimiz vaxt internet üzərində baxa bilərik. Artıq nəyisə gözləməyə ehtiyyac yoxdur.
  • Bir vaxtlar Forbes, Секреты фирмы və s. jurnalları oxumaq üçün Rusiyaya getməyi gözləyirdim. Hansısa bir kitab çıxanda düşünürdüm ki, xarici səfər edəndə mütləq bu kitabı alacam və s. Bəs bugün?! Bugün məsələ son dərəcə sadədir. Mən (biz) sadəcə iphone vasitəsi ilə istədiyim jurnal, kitabı alıb elə telefonumdaca oxuyuram.
  • Bir vaxtlar hansı ölkəyə üçmaq üçün təyyarə bileti almaq üçün şəhəri gəzirdik. Bugün isə biz nəyinki təyyarə bileti butün səfərimizi telefonla planlaya bilirik.
  • Bir vaxtlar hansısa informasiyanın “həsrətində” edik. Bugün isə biz özümüz informasiyanı nəyin ki, istehlak, hətta istehsalda edə bilirik. Sağ olsun sosial mediya…

Bugün bizim həyatımız yeni texnologiyalar vasitəsi ilə daha rahat olub. Amma bu rahatlıq insanlarda ciddi nostalqiya hissləri yaradıb. Yeni texnoloqiyalar bizim həyatımızı elə bir yüksək templərlə dəyişir ki, dünən – bizim üçün əsl nostalqiya funksiayasında olur. Nostalqiyanın bizim həyatımıza yansımasını göstərək.

Ev interyerində – Nostalqiya. Mən bir-az boş vaxt tapan kimi, German Studio-ın salonlarında oluram. Düşünün. Müştərilərimiz bizim şirkətə gəlir və mətbəxləri üçün yalnız mebel deyil, tam interyer həllər axtarırlar. Bizim dizaynerlərimizin son işlərinə baxıram… hamısında nostalqiya elementləri hiss edilir. Son dərəcə innovativ mətbəx mebeli sifariş verilir, mebelin içərisində olan funksialar super… amma mətbəxin hansısa elementində mütləq “köhnə” elementlərdən istifadə edilir. Bu bugün mətbəxlərin, mənzillərin interyerində bir dəb halına gəlib və təbii ki, German Studio müştəriləri premium mebel istədikləri üçün belə həlləri özləri tələb edirlər. İnsanlar artıq mənzillərinin interyerlərində nostalqiya yaradacaq elementlər istəyirlər.

Geyimdə – Nostalqiya. İstər Dolce Gabbana, istər Zilli, istərsə Gucci son kolleksiyalarına fikir verin. Hər birində konkret şəkildə nostalqiya, keçmişin elementləri özlərini göstərir. Hətta əgər fikir vermisinizsə, 2012-ci ildə Dolce Gabbanın salonların “köhnəlmiş” işıqlanmalardan istifadə edilir. Louis Vuitton demək olar ki, butün salonlarında”köhnəlmiş” çanta göstərir. O bu brendin dəyişməz brend atributudur. Məntiq çox sadədir. Nostalqiya hissi insanlara bugün son dərəcə doğma gəlir. İnsanlar bu hissə görə daha çox pul verməyə hazırdır. İnsanlar yeniliklərdən bezib. Onlarla nostalqiya vasitəsi ilə yenilik yaratmağı düşünür.

Ətrafınızda olan istənilən istiqamətə baxsanız bu sektorun premium bazarında bir-başa olaraq nostalqiya elementlərini hiss edəcəksiniz. Biz düşünürük ki, bugün nostalqiya brend idarəetmədə yeni konsepsiya və ya uğurlu müştəri “insight” kimi çıxış edə bilər. Bu barədə yerli brendlərimizdə düşünsə… yalnız uğur qazanacaqlar.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. ilkin bəy,dedikləriniz bu gün üçün əla işliyə bilər. Bu da ona görədir ki,indiki adamlar çox yox vur-tut 7-8 il bunnan qabağa qədər Smartfon-Planşetləri yox idi. İnternet də çox az yayqınlaşmışdı. Ona görə də insanlar üçün bu hisslər çox uzaq deyil,amma 10 il sonrası üçün həmin adamların və xüsusən də yeni gələn nəslin nostalgiyaya olan marağı mütləq azalacaqdır. Yəni biz bu gün dünənə qayıtmağı istəsək də sabah ən yaxşı halda bu günə qayıtmaq istiyəcəyik…Bu gündə olanlarsa məlum məsələdir…Daha çox sadəlik-rahatlıq, daha çox təkmil texnologiyalar…
    Maraqlı yazı üçün təşəkkürlər )

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close